2025

Şimali Kiprin tanımasına Bakının ikili yanaşması

2025-10-14

Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan rəhbərləri 2025-ci ilin aprel ayının 4-də Səmərqənddə Avropa İttifaqı və Mərkəzi Asiya arasında keçirilən ilk sammitdə bəyannamə qəbul ediblər, həmin bəyannamə ilə onlar bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öhdələrinə götürüblər və BMT Təhlükəsizlik Şurasının 541 (1938) və 550 (1984) saylı qətnamələrinə olan “sarsılmaz sadiqliklərini” bir daha təsdiqləyiblər. Yuxarıda qeyd olunan qətnamələr Kipr adasında türk müstəqil dövlətinin yaradılmasını rədd edir, qanuni qurum kimi yalnız Kipr Respublikasını tanıyır, kiprli türklərini isə müstəqilliyinin birtərəfli elanından imtina etməyə, BMT-yə üzv olan dövlətlərə isə qondarma Şimali Kipr Türk Respublikası (Şimai Kipr, ŞKTR) adlı vahidi tanımamağa çağırır.

Günlər sonra, aprel ayının 11-də, Antalya Diplomatik Forumu zamanı ŞKTR-nın faktiki rəhbəri Ersin Tatar Azərbaycana göstərdiyi ardıcıl dəstəyə görə öz dərin minnətdarlığını bildirdi. E.Tatar habelə vurğulayıb. “Azərbaycan hər zaman Şimali Kiprin yanında olub”. “Bir millət, üç dövlət” ifadəsini təkrarlayaraq E.Tatar İlham Əliyevin Türkiyə və Şimali Kiprlə möhkəm əlaqələrini, xüsusilə təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlıq potensialının olduğunu vurğulayıb. E.Tatar habelə Azərbaycan və Şimali Kipr universitetləri arasında tələbə mübadiləsi proqramı yaratmaqla akademik və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsini təklif edib.

İlham Əliyevin aprel ayının 9-da ŞKTR-yə hərtərəfli dəstək və onun beynəlxalq tanınma cəhdləri ilə bağlı bəyanatlarına istinadlarını nəzarə alsaq ŞKTR prezidentinin sözlərini Səmərqənd Bəyannaməsinin qəbulundan sonra İlham Əliyevin aprel ayının 9-da ŞKTR-ın Azərbaycan dəstəyinə arxalanmaq kimi dəyərləndirmək olar.

Həmin forumun çərçivəsində Azərbaycan xarici işlər naziri Bakının “ŞKTR-yə sarsılmaz dəstəyini” təsdiqləyib, Əliyev isə öz növbəsində onun dəstəyi ilə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu aldığını xatırladıb.

Azərbaycanın ŞKTR-yə dəstəyi həm də aprel ayının 9-da Bakının ADA universitetində keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumunda İlham Əliyev ŞKTR-nın beynəlxalq aləmdə tanımasına hərtərəfli dəstəkləməyə hazır olduğunu təsdiqlənib, habelə onun dəvəti ilə E.Tatar Şuşidə keçirilən qeyri-rəsmi forumunda iştirak etdiyini və orada Şimali Kipr bayrağı dalğalandığını vurğulayıb.

Bakının bu və digər oxşar son bəyanatları hazırki regional reallıqlar kontekstində Şimali Kiprin müstəqilliyi məsələsində Azərbaycanın mövqeyinə və mümkün davranışına əlavə diqqət cəlb edir.

Bakı 2004-2005-ci illərdə və sonraki illərdə möhkəm əlaqələr yaratdığına və Şimali Kipr məsələlərində bir çox cəhətdən iştirak etdiyinə baxmayaraq, Şimali Kiprin müstəqilliyinin tanınması halında Yunanıstan və digər Avropa ölkələrinin Artsaxın müstəqilliyini tanımaqla cavab verəcəklərini qeyd edilirdi. Lakin, hazırda türk və Şimali Kipr tərəfləri məsələnin neytrallaşdırıldığına eyham vurur və Bakıdan hüquqi addımlar gözləyir.

Lakin Bakı hələ ki, ritorik, iqtisadi (investisiya) və humanitar platformalardan (məsələn, ŞKTR faktiki rəhbərinə doktorluq dərəcəsinin verilməsi) Yunanıstan və Aİ ilə münasibətlərin pisləşməsindən çəkinərək hüquqi tanınma mərhələsinə keçməyə tələsmir.

Son dövrün ŞKTR məsləsində Bakının nümayiş etdirdiyi müəyyən siyasi fəallıq-məsələn, parlamentlərarası əlaqələr, müntəzəm qarşılıqlı səfərlər, habelə Stepanakertə və Şuşiyə səfərlər, beynəlxalq platformalarda dəstək, ikitərəfli və çoxtərəfli görüşlər-yalnız bir şeyi göstərir-Azərbaycan İsrail və Türkiyə ilə münasibətlərini tarazlaşdırmağa çalışır.

Hesab edilir ki, Azərbaycanın indiki siyasəti Türkiyə ilə geosiyasi sövdələşmə ilə şərtlənir. Azərbaycan tərəfindən ŞKTR-ni tanınması Kipr məsələsinin həlli ilə bağlı Qərbin “yanaşmasına” və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Lakin, Bakı həmçinin 2021-ci ildəTürkiyə ilə imzaladığı Şuşi Bəyannaməsini də nəzərə almaya bilməz, çünki bu sənəd, faktiki olaraq, Azərbaycana müəyyən təhlükəsizlik təminatı rolunu oynayır. Azərbaycanın müasir davranışı həm də 1992-ci ildə Heydər Əliyevin başlığı ilə Naxicevan Muxtar Respublikasının Azərbaycanın daxili siyasi tənzimləmələrində Türkiyənin dəstəyini almağa ŞKTR-ın müstəqilliyini tanıdığı zaman baş verən hadisələrlə müqayisə edilir.

Amma bu gün Bakı daha irəli getmək niyyətində deyil, çünki bu halda, bir yandan, ŞKTR-nin müstəqilliyinin tanımasına dair ondan gözləntilər artmaqda davam edərdi, digər tərəfdən isə, kəskin addımlar atmaq Türkiyə-İsrail “Kipr” münaqişəsinə birbaşa cəlb olunmaq demək olardı.

İsrailə Şimali Kipr Aralıq dənizi və Yaxın Şərq regionlarında onun hərbi-siyasi və iqtisadi strateji planlarının həyata keçirilməsinə maneə törədən və ya onları məhdudlaşdıran problemli məqamdır. Təsadüfi deyil ki, yəhudi dövlətinin nümayəndələri hətta Kipri silah gücü ilə azad etmə niyyətlərini (“Poseydonun qəzəbi”) irali sürürlər.

Digər tərəfdən, son dövrdə Şimali Kiprdə İsrailin iqtisadi mövcudluğunun artması müşahidə olunur, xüsusilə daşınmaz əmlakın alınması sahəsində. Bu məlumatlar Azərbaycanın elan etdiyi investisiya proqramları ilə üst-üstə düşür. Bakı və Təl-Əvivin yaxın münasibətlərini nəzərə alaraq bəzi ekspertlər israilli investorların Azərbaycan investisiyaları adı altında Şimali Kiprə daxil olduğunu istisna etmirlər. Bəlkə də İsrailin ŞKTR ilə Bakı arasında sıx münasibətlərə qarşı görünan səbirli mövqeyi bununla izah olunur.

Əvəzində, Türkiyədən ŞKTR-də İsrail mövcudluğunun artması ilə bağlı narahatlıqlar səslənir. Türkiyə tərəfi Şimali Kiprdə bir tərəfdən İsrail mövcudluğunun artmasına dözümlü yanaşır, digər tərəfdən isə narahatdır, lakin önləyici tədbirlər görmür. Məhz burada Azərbaycan faktoru gizlənə bilər, bu halda o, yəhudi sahibkarlara Türkiyənin “anti-İsrail divarını” aşmaqda yardım edir.

Yunanıstan ilə əməkdaşlıqla İsrail Kiprdən Türkiyə hərbi mövcudluğunu çıxarmaq planlarını işləyib hazırlamağa çalışır, Türkiyəni Şimali Kipr və Suriyanı işğal etməkdə ittiham edir. Azərbaycan hələlik bu problemli vəziyyətdən yayınmağı bacarır: Türkiyə tərəfinə ŞKTR-ə dəstək göstərdiyini nümayiş etdirir, İsrail tərəfinə isə ŞKTR-ni hüquqi baxımdan tanımadığını göstərir.

Üstəlik, Türkiyə ilə münasibətlərində Bakı Şimali Kipr mövzusunu gündəmdə saxlayır ki, Türkiyədə baş verən daxili proseslərdən kənarda qalmasın. Hesaba alsaq ki, bütün türk siyasi təşkilatları ŞKTR məsələsində demək olar ki, eyni fikirdədilər və Ərdoğanın Türkiyədəki hakimiyyəti əbədi deyil, İ. Əliyev bununla Ərdoğandan sonra da Ankaraya təsir imkanlarının olmasını gözləyir və bu o halda ki, Türkiyənin indiki prezidenti hələ də 2005-ci ildən əminliklə bildirirdi ki, Bakı Şimali Kiprin müstəqilliyini tanıyacaq. Lakin Artsax məsələsi Bakı tərəfindən Ankarayla münasibətlərdə qarşılıq oyun kartı kimi istifadə edilib.

2000-ci illərin ortalarında müəyyən canlanma dövrü keçən Şimali Kiprlə Azərbaycanın yüksək səviyyəli rəsmi təmasları 2020-ci ildə-Artsax müharibəsindən sonra-yeni bir mərhələyə keçib. Bu addımla Bakı Kipr məsələsində Türkiyənin siyasi gündəmini dəstəkləyərək Ankaraya öz “minnətdarlığını” bildirmək istəyir.

Eyni zamanda, azərbaycanlı rəsmilərin və ekspertlərin çıxışlarında ehtiyatlılıq müşahidə olunur. Bakının narahatlığı var ki, Artsax məsələsi Avropa İttifaqı və ümumilikdə Qərb üçün hələ də tam şəkildə bağlanmayıb. Bundan başqa, Bakı Türkiyə qarşısında ehtiyatlı addımlarını bu narahatlıqla əsaslandırmağa çalışır və həmçinin Ermənistan-Azərbaycan sülh prosesi ətrafında hələ də mövcud olan qeyri-müəyyənliyi vurğulayır.

Bakının Gürcüstan, Ukrayna, Moldova və ümumiyyətlə dövlətlərin ərazi bütövlüyü məsələlərinə dair rəsmi mövqeyini nəzərə alaraq, Şimali Kiprin müstəqilliyinin tanıması Azərbaycana qarşı separatizmə dəstəkləyən addım və ikili standartların tətbiqi kimi istifadə oluna bilər.

Azərbaycan özünü Türkiyənin və Şimali Kiprin “ən sadiq” tərəfdaşı kimi təqdim etməyə çalışdığına baxmayaraq, əslində ehtiyatla hərəkət edir və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirə biləcək addımlardan çəkinir.

Azərbaycan həm də Şimali Kiprdəki ictimai və siyasi prosesləri diqqətlə izləyir. Bu yanaşma ilə Bakı mümkün hər hansı xoşagəlməz vəziyyətdə müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edərək və öz maraqlarını irəli sürərək Türkiyənin mərkəzi hakimiyyəti ilə “çox vektorlu oyun” aparmaq imkanı əldə etməyə çalışır.

Bakı öz çox vektorlu oyununu davam etdirir-həm Türkiyə-ŞKTR əməkdaşlığından, həm də Yunanıstan-İsrail-Kipr oxundan, habelə Türkiyə-İsrail ziddiyyətlərindən öz maraqlarına faydalanır. Şimali Kiprin sakinləri gələcək proseslərdə daha əhəmiyyətli addımlar gözləyərək İlham Əliyevə minnətdarlıqlarını bildirdikləri bir vaxtda, Ərdoğan Artsax məsələsində göstərdiyi dəstəyi xatırladaraq Əliyevin vədlərinə istinad edir.

Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan tərəfi “qardaş” Türkiyə və ŞKTR naminə Şimali Kiprin müstəqilliyini rəsmi və de-yure tanımağa tələsməyəcək. Bakı keçən 20 ilin təcrübəsinə əsaslanaraq, bu məsələ ilə bağlı maraqlı tərəfləri çaşdırmağa davam edəcək, bütün mümkün faydaları çıxaracaq və Artsaxın ələ keçirməsində ona dəstək olmuş Türkiyəyə qarşı Azərbaycan ikiyüzlülüyünü və “minnətsizliyini” nümayiş etdirəcək.

Telegram kanalımıza abunə olun