2025
2025-09-22
Ağdaş yaşayış məntəqəsi Yelizavetpol quberniyasının Areş (Ərəş) qəzasında yerləşirdi. Sovet və postsovet dövründə eyni adlı rayonun mərkəzi olub. 19-cu əsrdə burada Gandzakdan, Şamaxıdan, Şəkidən və Şuşidən gələn ermənilər məskunlaşıblar, onlar əsasən ticarət və sənətkarlıqla məşğul olmuşlar. Ermənilər arasında həm də dövlət qulluqçuları var idi. Ağdaş yaşayış məntəqəsinin ticarət və iqtisadi həyatı məhz ermənilərin sayəsində daha da canlanıb. Ağdaşlı ermənilər eləcə də baramaçılıqla və kənd təsərrüfatla məşğul olublar. Böyük sayda dükan sahibi erməni olub-təxminən 200 nəfər. Yerli ermənilərdən başqa, ticarət fəaliyyəti ilə həm də Nuxadan və Qarabağdan olan erməni tacirlər məşğul olublar, hansı ki, yay aylarında müxtəlif mallar almağa Ağdaşa gəlirdilər.
Ağdaşda-şəhər yaxınlığında yerləşən Gyancetsyanların ikimərtəbəli geniş qonaq evi məşhur idi.
Şəhərin aəhalisi 1897-ci ildə 528 nəfər idi, onlardan 120-i erməni. Birinci Dünya Müharibəsinin əvvəlində şəhərin əhalisi təxminən 2000 nəfərə çatmışdır.
Ağdaşda uzun zaman məktəb yox idi. Yalnız 1916-cı ildə Ağdaşda yaşayan şuşili Gyancetsyanların ayırdığı vəsaitlə şəhərdə ailəyə məxsus evlərdən birində fəaliyyət göstərən məktəb açılıb. Lakin 1918-ci ildən həmin məktəb fəaliyyət göstərməyib.
Ağdaşlı ermənilərin həm də kilsəsi olmayıb. Gyancetsyan qardaşları kilsənin tikintisinə 25 min rubl ayırmağa qərar verdilər. Karapet Gyancetsyan kilsənin yanında keşiş üçün də mənzil tikməyi planlaşdırıb. Lakin onun ölümündən sonra, kilsənin tikintisinə vəsiyyət etdiyi 10 min rubl uzun müddət istifadə olunmayıb. İşi onun oğlu Samson həyata keçirməyə çalışıb, o da 1906-cı ildə erməni-tatar toqquşmaları zamanı öldürülüb. Ağdaşda heç vaxt kilsə tikilməyib...
1918-ci il Ağdaşda və qonşu erməni yaşayış məntəqələrində yaşayan ermənilər üçün taleyüklü oldu. Anarxiyadan istifadə edərək yerli türk-tatar quldur dəstələri ermənilərə hücum ediblər, çoxlarını öldürüblər və onların əmlakını ələ keçiriblər. Ermənilərə ən faciəli hadisələr Azərbaycan Cümhuriyyətinin qurulduğu və osmanlı qoşunlarının bölgəyə daxil olduğu zamanı baş verdi. Qırğınlar geniş vüsət almışdı. İslam dinini qəbul edən azsaylı ermənilər belə qırğınlardan xilas olmayıb. 1919-cu ilin may ayının 24-də Azərbaycanın müstəqilliyinin ildönümündə Ağdaşda qalan 21 erməni öldürüldü. 5 gün sonra, yerli qəza başçısı tərəfindən qalan son ermənilərin qırğını təşkil edildi.
Gandzak Erməni Kilsəsinin vicarı vardapet Levon bütün ermənilərin katolikosuna 27 avqust 1919-cu il tarixli məktubunda Ağdaş və ətraf türk kəndlərində zorla İslamı qəbul etmiş ermənilərin çox olması barədə xəbərdarlıq edib. Yuxarıdakılar dolanışıq vasitələrinin olmaması səbəbindən aclıqdan ölmək ərəfəsindədirlər. Vicarın sözlərinə görə, çoxları Ermənistan Respublikasına köçməyi xilas vasitəsi kimi hesab ediblər. Lakin, Azərbaycan hakimiyyəti buna imkan vermirdi ki, gələcəkdə onları da qırğınlara məruz qoysun. Yalnız 1919-cu ilin payızında bölgədəki müttəfiq dövlətlərin ali komissarı, polkovnik Vilyam Haskeli vasitəçiliyi ilə sağ qalan areşli və nuxalı ermənilər Ermənistan Respublikasına köçə bildilər.
Ermənilərə məxsus bütün mülklər yerli türk-tatar əhalisinin ixtiyarına keçib. Sovet hakimiyyəti qurulduqdan sonra, həmin talan Azərbaycan hakimiyyəti tərəfindən qanuniləşdirilib.
Sovet dövründə müəyyən sayda erməni yenidən Ağdaşda məskunlaşıb. 1980-ci illərin ortalarında onların sayı 18-20 ailə təşkil edib. Lakin, 1988-ci ildə qırğınlardan yayınaraq onlar Ağdaşı tərk etmək məcburiyyətində qaldılar. Ağdaşdan erməni izi itib. Yerli erməni qəbiristanlığı Azərbaycan hakimiyyətinin səyi ilə məhv edilib.
Ədəbiyyat
Harutyunyan A.H. 1918-ci ildə Zaqafqaziyaya Türkiyə müdaxiləsi və özünümüdafiə döyüşləri, Yerevan, 1984-cü il, s. 228.
Karapetyan S., Albaniyanın erməni litoqrafiyaları, kitab I, Yerevan, 1997-ci il, s. 5
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il, s. 144.
Karapetyan S., Albaniyanın özü, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 14-16.