2025
2025-09-17
Azərbaycan rəhbərliyi naxicevanlıların sərbəst hərəkət etməsindən narahatdırmı? Cavab: əlbəttə yox.
2020-ci ilin müharibəsindən sonra Naxicevan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsi yaratmaq Bakının məqsədləri daha ifadəli və aqressiv xarakter alıb. Şərtli “köhnə” və “yeni” niyyətlər kontekstində Azərbaycanla Naxicevan arasında birbaşa quru əlaqəsini iki əsas istiqamətə bölmək olar: xarici geosiyasi və daxili Azərbaycan. Yuxarıdakı Azərbaycan “vahid” dövlət məntiqi və Naxicevanın azərbaycanlılarla birbaşa təmaslarının və sərbəst gediş-gəlişinin təmin olunması zərurəti baxımından xüsusidir.
Naxicevan əhalisini “blokadadan” çıxarma məsələsindən “narahat” olan Bakı hakimiyyəti artıq 5 ildən çoxdur ki, bütün ölkənin, habelə Muxtar Respublikanın quru sərhədlərini bağlı saxlayır. Əgər bundan əvvəl naxicevanlılar qonşu Türkiyə və ya İran vasitəsilə Azərbaycanın digər bölgtələrinə gedərək yaxınlıqdakı bazarlardan istifadə edə bilirdilərsə, indi məhz mərkəzi hakimiyyət orqanlarının verdiyi qərar nəticəsində həmin imkandan məhrumdurlar. Gülüncdür ki, hərəkətin məhdudlaşdırılmasını Ermənistan ərazisi ilə “deəhlizin” mövcud olmaması ilə əlaqələndirirlər, o halda ki, rəsmi Yerevan dəfələrlə bəyan edib ki, kommunikasiyaya zəruri yolu verməyə hazırdır və müvafiq keçid məntəqələrinin fəaliyyətə başlamasını da nəzərdə tutub.
Bolşevik-kemalist müqavilələri və tarixi hadisələr nəticəsində Naxicevan Sovet Azərbaycanın, daha sonra isə Azərbaycan Respublikasının tərkibinə daxil olmuş, özünəməxsus siyasi, demoqrafik və sosial mənzərəyə malik olmuşdur. Bakı hakimiyyətinin həyata keçirdiyi ermənilərə nifrətçilik, ermənilərdən təmizlənmə və erməni mədəni dəyərlərinin məhv edilmə məqsədyönlü siyasətinə məruz qalmış, bunun nəticəsində 1988-ci ildə yerli erməni əhalisi artıq təxminən 1 faiz olmuşdur.
Geosiyasi hesablamalar məntiqi çərçivəsində müxtəlif güclər Naxicevana maraq göstərərək, onu ən mühüm regional iqtisadi quru yollarını birləşdirən kəsişmə kimi qiymətləndiriblər. Lakin onilliklər boyu Bakı hakimiyyəti bu muxtariyyəti ciddi təcriddə saxlayıb, xarici aləmlə, hətta Azərbaycxanın digər əraziləri ilə əlaqələri məhdudlaşdırıb.
“Kəsişmə” məsələsi həmişə “Qarabağ probleminin” səbəbi ilə üzləşib və bununla həm Ermənistanın, həm də Naxicevanın blokadada saxlanılması əsaslandırılıb.
Naxicevan habelə Sovet hakimiyyəti illərində xarici aləmdən təcrid olunmuşdur, İranın və “NATO” Türkiyənin “başı üzərində” bənzərsiz “gizli qala” hesab edilmişdir. Hətta SSRİ-nin digər respulkalarının vətəndaşlarının səfərlərinə bir çox cəhətdən məhdud idi. Müstəqilliyə nail olduqdan sonra belə Bakı hakimiyyətinin Naxicevana ara-sıra gələn əcnəblərə qarşı sayıqlığını davam etdirdiyi bildirilir.
2013-cü ildən etibarən Azərbaycan orada birləşmələri və hərbi texnikanı cəmləyərək həmin bölgə böyük hərbi bazaya çevirib. Bu halda, yerli əhali mərkəzi hakimiyyət orqanları tərəfindən hərbi hərəkatların birbaşa şahidi kimi qəbul edilir, nəticədə Naxicevanın sakinləri yerli hüquq-mühafizə orqanlarının əlavə diqqətində olurlar.
Bu bölgə əsas maliyyə resurslarını Bakıdan alır, dolanışıq üçün lazımi resursların çoxu İrandan və Türkiyədən gətirir. Lakin, bununla belə, burada qonşu ölkələrin təsirini azaltmaq məqsədi ilə Əliyev rejimi 2022-ci ildən etibarən yerli siyasi hakimiyyət dəyişikliyinə və bir sıra bölmələrin yenidən təşkilinə nail olub, onları bilavasitə mərkəzi orqanların tabeliyinə verib.
Muxtariyyətin ləğvini xatırladan bu proses regional bir sıra gəlişmələrlə paralel gedir və bu da onu göstərir ki, Azərbaycan rəhbərliyinin Naxicevanla bağlı müəyyən narahatlığı var.
Yəqin ki bununla izah oluna bilər ki, Bakı Naxicevanla əlaqə təmin etmək təklifini ya nəzərə almayıb, ya da rədd edib və İran ərazisi ilə təmin etməklə hədələyib. Diqqət çəkən məqam burada “İran ərazisi”nin xatırladılmasıdır, ondan ki, qeyd olunan marşrut daim fəaliyyət göstərib və məhz Azərbaycan özü quru sərhədlərini bağlamaq qərarı ilə onu pozub. Beləliklə, bağlı sərhədlər şəraitində Araksın sağ sahili ilə yeni marşrutun tikintisi barədə bəyanatlar anlaşılmaz olur.
Lakin Azərbaycan tərəfinin real narahatlığı bu Muxtar Respublikasını İlham Əliyevin həyata keçirməyə çalışdığı tam nəzarətinə alınmasıdır. Bu isə onun üçün daha böyük reytinq və siyasi-iqtisadi faydalar təmin edə bilər. Misal üçün, Türkiyə və Avropa ilə əlaqə, “Şimal-Cənub” layihəsinin qarşısının alınması və ya nəzarəti, Ermənistan və İranın quru sərhədlərinin pozulması, İran təsirindən qurtulma məsələsi.
Daxili Azərbaycan məntiqində Əliyev rejiminin motivləri belədir:
Naxcicevanın mühüm strateji əhəmiyyətinə baxmayaraq, bu bölgə sakinlərin rifahına və həyat keyfiyyətinə təsir göstərən bir sıra sosial problemlərlə üzləşir. Azərbaycanın digər bölgələrində olduğu kimi, burada da yoxsulluq, işsizlik, zəruri istehlak mallarının, səhiyyə və digər xidmətlərin çatışmazlığı geniş yayılmışdır. Sərhəd təcridi səbəbindən naxicevanlılar həm də informasiya və hərəkət azadlığının məhdudlaşdırılmasına məruz qalırlar, bunun nəticəsində isə hüquq və azadlıqların pozulması, sui-istifadə və zorakılıq halları barədə səsləndirilən fikirlər çox vaxt eşidilmir. Yerli azərbaycan böyük hərbi mövcudluğu çevriliş təşkil etmək ehtimalı baxımından əlavə risklər da daşıyır. İslam ekstremist qruplarının Naxicevana mümkün daxil olması da digər bir təhlükədir, bunu hətta İlham Əliyev ölkənin quru sərhədlərinin bağlı saxlanılması qərarını əsaslandırmaq kontekstində xatırladıb.
Bu günə qədər Muxtar Respublika İrandan qaz alır, İğdır-Naxicevan qaz kəməri hələ də tikilməyib.
Aydındır ki, birbaşa əlaqə vasitəsilə Əliyev naxicevanlıları Azərbaycan qazı ilə təmin etməyə çalışacaq və bu, həmçinin Türkiyə kəmərinin buraya girişini əngəlləyəcək. Bu, bir tərəfdən Naxicevanın 400 mindən çox sakinini (Azərbaycanın verdiyi məlumatlarına görə, 470 min) Bakıdan enerji asıllığında saxlamağa, digər tərəfdən isə burada Türkiyə və İranın həm iqtisadi, həm də siyasi təsirini istisna etməyə meyllidir.
Bununla belə, Naxicevan Bakının rəhbərliyinə xüsusi bir dayaq nöqtəsi olduğuna baxmayaraq, digər tərəfdən təhlükədir. Naxicevan əsilli İlham Əliyev öz hakimiyyətinin sabitliyini və davamlılığını təmin etməyə bu regiona qarşı təcrid siyasəti aparır. Eyni zamanda, belə bir məcburiyyət Naxicevandan Bakıya siyasi ünsürlərin mümkün axınını əngəlləyəcək (məsələn, 1993-cü ildə Heydər Əliyevin Bakıya “köçməsini” nümunə götürək). Bu kontekstdə aydın olur ki, o qədər çox arzulanan “dəhliz” Naxicevanın sadə əhalisindən daha çox Əliyev ailəsinin və Azərbaycanın geosiyasi maraqları çərçivəsindədir.