Moskva şəhərində nəşr olunan “Teologiya. Nəzəriyyə və praktika” («Теология: теория и практика») jurnalında dərc olunmuş “teologiya üzrə namizəd”, vardapet Aleksiy Nikonorovun əsərləri tarixi faktların təhrifləri, saxtakarlıqlar və Azərbaycan rəsmi təbliğat tezisləri ilə doludur. Yuxarıdakı öz dərcləri ilə erməni xristian irsinin albanlaşdırılmasına və azərbaycanlaşdırılmasına töhfə verir, “Qafqaz Albaniya” və ya “Azərbaycan” kimi təqdim edir. Belə bir dəyişdirmənin məqsədi erməni mənəvi və mədəni ənənələrini yadlaşdırmaq və tarixi yaddaşı təhrif etməkdir. Bu dərclər sadəcə elmi obyektivlik prinsiplərinə zidd deyil, həm də kilsələrarası qardaşlıq münasibətlərinə, habelə erməni və rus xalqları arasındakı dostluq əlaqələrinə zərər verir.
Bu, həqiqətin qəsdən saxtalaşdırılmasıdır, xristian xidmətinə uyğun gəlmir, xristian xalqları və kilsələri arasındakı ehtimadı pozur.
«Краткий очерк о наиважнейших православных архитектурных памятниках Азербайджана» (2022. Т. 1. № 2. С. 17–35. DOI: 10.24412/2949-3951-2022-0090) məqaləsində vardapet Aleksiy Nikonorov yazır ki, “Azərbaycanın tarixi torpaqları” 1918-ci ilə qədər mövcud olub. Lakin tarixşünaslıq əksini göstərir: 1918-ci ilə qədər Azərbaycan dövləti, “azərbaycanlı” etnonimi və bu adla xalq da mövcud olmayıb.
«Топографическая карта из коллекции Л.Ф. Марсильи как источник по истории Кавказской Албанской церкви в XVII веке» (2025. Т. 4. № 2. С. 84–92. DOI: 24412/2949-3951-2025-0120) məqaləsində müəllif mənbələrə deyil, Azərbaycan siyasi ritorikasına əsaslanaraq erməni şəhərləri: Yerevan, Naxicevan və Cuğanı “Azərbaycan” adlandırır.
Həmin məqalədə A.Nikonorov Gandzasar katolikosluğunun adını əsassız azərbaycanlaşdırılmış “Gəncəsər” formasında dövriyyəyə buraxır, bu da tarixi reallığın və kilsə ənənəsinin kobud təhrifidir. Bu, erməni irsinin albanlaşdırılmasının Azərbaycan strategiyasının bir hissəsidir.
Bir sıra nəşrlərdə Nikonorov oxucunu çaşdıraraq Erməni Apostol Kilsəsini “monofizit” adlandırır (2025, cild 4, N 2, s. 84-85), o hada ki, məlumdur: monofizitlik bir təriqətdir və Erməni kilsəsinin bununla heç bir əlaqəsi yoxdur.
Öz nəşrlərində və bioqrafik məlumatlarında Nikonorov özünü “kilsə tarixi üzrə doktor” kimi təqdim edir, o halda ki, Papalık Şərq Universitetinin 2025-ci il 15 may tarixli rəsmi məktubu belə bir ada layiq görülmədiyini təsdiqləyir. bu da redaktorları və akademik ictimaiyyəti çaşdırır.
“Geğard” elmi analitik fondu
Nikonorovun nəşrlərini yığışdırılmasını tələb edir,
redaktorlardan faktlara və ilkin mənbələrə əsaslanan izahatlar verməsini tələb edir,
Rus Pravoslav Kilsəsinə müraciət edərək, bu məsələni müzakirə etməyi və vaardapet Aleksiyin (Nikonorov A.V.) yuxarıdakı hərəkətlərinə qiymət verməyi xahiş edir, çünki bu hərəkətlər erməni və rus kilsələri arasında mövcud olan isti münasibətləri pozur və ruhani şəxsin adını ləkələyir.
Əks halda, fond erməni xalqının tarixi-mədəni irsinin qorunması və tarixi həqiqətin bərpasına akademik və kilsə rəhbərliyinə müraciət etməyə haqqı olduğunu hesab ediir.