2025
2025-08-15
İlham Əliyev rejimi söz və mətbuat azadlığını məhdudlaşdıran geniş alətlərə malikdir. KİV-ə qoyulan qadağa və girişə məhdudiyyətlərdən əlavə, mətbuat azadlığının digər təzahürlərinə jurnalistlərin həbsi, onlara qarşı fiziki zorakılıq və təqiblər də daxildir. Azərbaycanda jurnalislərə qarşı zorakılığın həyata keçirilməsinin iki əsas mexanizmi var: birbaşa fiziki zorakılıq və dövlət orqanları və ya vəzifəli şəxslərin KİV-ə və ya onların redaktorlarına, müxbirlərinə qarşı iddia qaldırması. Birinci halda zor tətbiq etməklə korrupsiya və digər qanunsuzluqlar barədə məlumatların yayılmasının qarşısını almağa cəhd edilir. İkinci halda isə məhkəmə iddialarının qaldırılması və məhkəmənin qeyri-sağlam sistemi vasitəsilə onların təmin edilməsi həm jurnalistlərin fəaliyyətini (habelə gələcəkdə) məhdudlaşdırmağa, həm də irəli sürülmüş ittihamların həqiqiliyini inkar etməyə imkan verir.
Jurnalistlərə fiziki zorakılıq-qaçırma, qətl, döymə
2005-ci ildə Azərbaycanın müxalif “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli həm Azərbaycanda, həm də beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdu. Yuxarıdakı insan hüquqlarının müdafiəsi ilə məşğul olub və prezident İlham Əliyevin ailəsi haqqında tənqidi məqalələri ilə tanınırdı.
2006-cı ildə bir sıra jurnalistlər fiziki zorakılıqlara məruz qalıblar: müxalifətdə olan “Bizim Yol” qəzetinin baş redaktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bahəddin Heziyev qaçırılıb və döyülüb, “tənqidi yazılar” yazmağı dayandırmağa “tövsiyyə edilib”.
“Azadlıq” qəzetinin müxbiri Fikrət Hüseynli də naməlum şəxslər tərəfindən qaçırılaraq döyülüb, nəticədə öldürülüb. F. Hüseynlinin bədənində zorakılıq əlamətləri olub: barmaqları sınıb, boyun nahiyəsindən bıçaqlanıb.
“Azadlıq”ın jurnalisti Nikat Hüseynov da hücuma məruz qalıb və bıçaqlanıb. Eyni zamanda müxalif “Azərbaycanın Milli İstiqlal” partiyasının mətbuat katibi Əli Orucov da təzyiqlərə məruz qalıb və döyülüb. Qeyd edək ki, yuxarıdakı jurnalistlər də yüksək vəzifəli məmurların korrupsiya fəaliyyətini işıqlandırmaqda iştirak ediblər.
2007-ci ildə müxalif “Gündəlik Azərbaycan” qəzetinin redaktoru və hərbi jurnalisti Üzeyir Cəfərov və “İmpuls” qəzetinin jurnalisti Süheylə Qəmbərova da eyni aqibəti yaşayıblar. 2008-ci ildə “Azadlıq” qəzetinin müxbiri 25 yaşlı Aqil Xəlil və jurnalist, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov da təqib və zorakılığa məruz qalıb.
Jurnalistlərə qarşı zorakılıq təkcə hökumət əleyhinə məqalələrin dərcinə görə deyil, həm də bilavasitə jurnalist işıqlandırmaları zamanı baş verib. Belə ki, 2009-cu ilin yanvar ayında “Yeni Müsavat”ın jurnalisti Əfqan Muxtarlı İsrail səfirliyi qarşısında keçirilən aksiyanı işıqlandırarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülüb. Eyni zamanda, Naxicevan Muxtar Respublikasının Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sərbəst jurnalist İdrak Abbasovu həbs edərək zorakılığa məruz qoyublar.
“Yeni Müsavat”ın 21 yaşlı jurnalistlər Elmin Bədəlov və Anar Gəraylı “Bakının kənarında yerləşən dəbdəbəli malikanələr” (red.: nəqliyyat naziri Ziya Məmmədovdur) ilə bağlı araşdırma məqaləsi üçün foto çəkdirərkən naməlum şəxslərin hücumuna məruz qalıb.
Böhtan, casusluq, xəyanət. ədalətli ittiham, yoxsa siyasi haqq-hesab?
İllərcə təqiblərə məruz qalan müxalif jurnalist Eynulla Fətulayev 2007-ci ildə böhtan, terror, etnik ədavətin qızışdırılması və vergidən yayınma ittihamları ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Eynulla Fətullayev məhkum olunmazdan əvvəl iki tanınmış müxalifət qəzetini təsis edib: “Real Azərbaycan” və “Gündəlik Azərbaycan”. Həmin qəzetlər 2007-ci ilin may ayında bağlandılar. Fətullayev Xocalı “qırğını” ilə bağlı qəzetdə, sonra isə internetdə məqalə dərc etməkdə ittiham olunub, həmin məqalədə o, guya, Xocalı qurbanlarının xatirəsinə hörmətsizlik edib, hadisənin Azərbaycan versiyasını şübha altına alıb. 2011-ci ildə Fətullayev amnistiyaya əsasən azadlığa buraxılıb və “Beynəlxalq Mətbuat Azadlığı Mükafatına” layiq görülüb.
Digər bir halda isə sosial şəbəkələrdə hökumətin siyasətini tənqid edən redaktor Qənimət Zahid və gənc fəallar Emin Milli və Adnan Hacızadə səhnələşdirilmiş davalardan sonra xuliqanlıq ittihamı ilə həbs ediliblər. Q. Zahidin qardaşı məşhur satirik və “Azadlıq” qəzetinin jurnalisti Mirzə Sakit 2006-cı ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qardaşlara atalarının dəfnində iştirak etməyəö belə icazə verilməyib.
2007-ci ildə “Tolişi Sədo” qəzetinin baş redaktoru, talışların mədəni hüquqlarının fəal müdafiəçisi Novruzəli Məmmədova qarşı casusluq və dövlətə xəyanət ittihamı irəli sürülüb. Məmmədov 2008-ci ilin iyun ayında on il müddətinə azadlıqdan məhrum edilib, lakin 2009-cu ildə Penitensiar Sistemin Mərkəzi Xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.
2007-ci ilin dekabr ayında 5 jurnalist ümumi amnistiyaya əsasən azadlığa buraxılıb. Onlardan 3-ü (Yaşar Ağazadə, Rövşən Kəbirli, Fərəməz Novruzoğlu), digər ikisi Rafiq Tağı və Samir Sədaqətoğlu öz məqalələrində Məhəmməd peyğəmbərə böhtan atmaq iddiası ilə dini ədavəti qızışdırmaq ittihamı ilə həbs edilib. “Amnesty International” yuxarıdakıları “vicdan məhbusu” hesab edib. 2008-ci ildə “Sülh və Demokratiya institutunun” rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı iddia qaldırılıb. Yuxarıdakı müxalif “Azadlıq” qəzetinə müsahibəsində Daxili İşlər Nazirliyini “cinayətkarlar yuvası” adlandırıb. 2010-cu ildə məhkəmə Kərimovun ittihamını təsdiqləyib: böhtan. 2018-ci ildə Kərimovun meyiti Bakıdakı öz evində tapılıb, guya qaz sızmasından ölüb.
“Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və müxbir Paramaz Novruzoğlu da 2007 və 2009-cu illərdə “böhtan”da təqsirli bilinərək məhkum edilib. 2010-cu ildə Novruzoğlu Facebook səhifəsində kütləvi itaətsizliyə çağırış ittihamı ilə yenidən həbs edilib. 2010-cu ildə Daxilli İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini Mirqafar Seyidov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) vəkil və məhkəmə müşahidəçisi M. Bağışova qarşı cinayət işi qaldırıb. Bağışov bir sıra siyasi məhbusları hüquqlarının müdafiəsi ilə məşğul olub. Bəlkə də buna görədir ki, 2016-cı ildə Vəkillər Kollegiyasının Rəyasət Heyəti onun lisenziyasını ləğv edərək Müzəfər Bağışovun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə vəsatət qaldırıb.
2010-cu ilin iyun ayında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müstəqil həftəlik “Xural” qəzetinə qarşı şərəf, ləyaqətinin müdafiəsi və mənəvi zərərın ödənilməsi iddiası ilə mülki iddia qaldırıb. Ondan sonra, 2011-ci ildə qəzetin baş redaktoru Əvəz Zeynalov həbs edilib. Hakim partiyanın üzvü, prezident İlham Əliyevin əmisi Cəlal Əliyev 2007-ci ildə böhtan və təhqirdə ittiham edilən “Müxalifət” qəzetinin redaktoru Rövşən Mahmudovu və jurnalist Yaşar Ağazadəni məhkəməyə verib. Söz azadlığının məhdudlaşdırılması xüsusilə 2010-cu il nayabr ayının 7-də keçirilmiş parlament seçkiləri ərəfəsində kəskinləşib.
O vaxtdan etibarən həm parlament, həm də prezident seçkiləri kampaniyaları jurnalistlərə qarşı zorakılıqlarla diqqət çəkir.
Rəqəmsal məlumatlar Azərbaycanda mətbuat azadlığının böhranını nəinki təsdiqləyir, hətta üzə çixarır. “Sərhədsiz Reportyorlar” təşkilatının illik hesabatlarının tədqiqi göstərir ki, dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda bu göstərici davamlı olaraq aşağı düşür. Bundan başqa, təşkilat media azadlığı indeksini 5 komponenti birləşdirərək müayyənləşdirir: siyasi və iqtisadi kontekst, hüquqi əsaslar, sosial-mədəni kontekst və təhlükəsizlik. Belə ki, media azadlığı indeksi nə qədər aşağı olarsa, siyasi azadlıq, sosial-mədəni inkişaf, sektorun tənzimlənməsinə qeyri-mütənasib hüquqi bazalar, iqtisadi mühit bir o qədər qeyri-sağlamdır və təzyiq ehtimalı bir o qədər yüksəkdir.
Qrafik 2-dən göründüyü kimi, 2003-2025-ci illər arasında müşahidə olunan 180 ölkə arasında Azərbaycan, davamlı olaraq, aşağı sıralarda qərarlaşıb və azadlığın ən aşağı göstəricilərinə malik iyirmi ölkə sırasına daxil olub. Belə ki, Azərbaycan 2020-ci ildə 180 ölkə arasında 168-ci, 2024-cü ildə 164-cüdür, 2025-ci ildə isə 167-ci olacağı gözlənilir.
2024-cü ildə Azərbaycan indeksi ən pis media azadlığı indeksindən (16.64) cəmi 11,35 faktorla fərqlənib. Azərbaycandan sonra adətən Belarus, İraq, Vyetnam, Şimali Koreya, Əfqanıstan kimi ölkələrdir.
Digər bir hal da diqqətə layiqdir: Azərbaycanda mətbuat azadlığı indeksi xüsusilə prezident və parlament seçkiləri ilə əlaqədar aşağı düşür. Məsələn, 2018-ci ildə prezident seçkiləri ilə əlaqədar media azadlığı indeksi əvvəlki illə müqayisədə 3.33 azalaraq 43.60-dan 40.27-yə düşüb. 2024-cü ildə 39.93-dən 11.94-lə enərək 27.99-a çatıb. Mənzərə xüsusilə narahatedicidir 2010-cu il parlament seçkilərindən sonra: əgər 2010-cu ildə göstərici 56.3 idisə, 2011-2012-ci illərdə 87.25-ə yüksəlib və nəticədə Azərbaycan dövlətlərin reytinqində 152-ci yerdən 162-ci yerə düşüb.
Bütün seçki prosesi boyu KİV-ə və jurnalistlərə qarşı zorakılıqlar müşayiət olunub: hazırlıq mərhələsində seçki prosesinə yönəlmiş tənqidləri mümkün qədər azaltmaq, seçkidən sonrakı mərhələdə isə artıq baş vermiş seçki saxtakarlıqları ilə bağlı tənqidlərinin qarşısını almaq cəhdləri göstərilib. “World Economics” Azərbaycana mətbuat azadlığı indeksini mümkün 100 baldan 12.2 olaraq müəyyən edib.
2003-cü ildə “Freedom House” aqrtıq Azərbaycanı mətbuat azadlığı indeksinə əsasən qeyri-azad ölkə kimi təsnif etmişdi. Əgər eyni təşkilatın indeksinə görə 2017 və 2018-ci illərdə internet azadlığı göstəricisinə əsasən Azərbaycan 100 mümkün baldan müvafiq olaraq 42 və 40 bal toplayaraq qismən azad dövlətlər sırasına daxil edilibsə, 2019-cu ildəki 39 baldan 2024-cü ildə 34 bala enib.
“Cato Institute”in “İnsan Azadlığı İndeksi-2021” araşdırmasına görə, 2019-cu ildə Azərbaycan şəxsi azadlıq balı 5.96, mətbuat azadlığı üzrə isə cəmi 3.9 balla 165 ölkə arasında 127-ci yerdə qərarlaşıb.
Ümumiyyətlə, mətbuat azadlığı konkret ölkədə mövcud siyasi və ictimai-siyasi vəziyyətin mühüm göstəricisidir. Mətbuat azadlığı indeksi nə qədər aşağı olarsa, siyasi və vətəndaş hüquqları bir o qədər məhdudlaşır və insan hüquqlarının həyata keçirilməsi mexanizmləri bir o qədər həssas olur. Demək ki, müxtəlif formalarda özünü insan haqlarını müdafiə edən, “multikulturalizam” mərkəzi kimi təqdim edən, təbiətin mühafizəsi ilə maraqlanan, “tarixi ədalətin” bərpasına iddialı olan Azərbaycanda insan hüquq və azadlıqlarının necə reallaşdığını təxmin etmək çətin deyil. Bunu dəfələrlə nüfuzlu beynəlxalq insan haqları qurumları və təşkilatları səsləndirib. “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” beynəlxalq insan haqları təşkilatları dəfələrlə Azərbaycanda insan haqları, habelə mətbuat azadlığı və jurnalistlərə qarşı zorakılıq problemlərinə istinad ediblər. Hüquq müdafiə təşkilatlarının hesabatlarına baxmayaraq, İlham Əliyev dövrünün dörddə əsrlik hakimiyyətinə xas olan “mətbuat azadlığının olmaması” yalnız dərinləşəcəyini göstərən inkişaf meyilləri nümayiş etdirir.
Davamı var...
Birinci hissə burada