2025

Azərbaycanda şiə dindarlarına qarşı növbəti zorakılıq dalğası

2025-07-11

Azərbaycanda şiə dindarlarına və möminlərə qarşı tətbiq olunan təzyiq və təqiblər heç də yeni bir şey deyil. Bakı həmişə dindarları öz nəzarətində saxlamaq, dini mərasimlər zamanı yürüşlərin baş verməsinin qarşısını almaq məqsədi güdürdü, həmin yürüşləri mövcud olan rejimə təhlükə kimi hesab edir.

Aşura matəm günü[1] Azərbaycan hakimiyyətinin şiə dindarlarına və möminlərə qarşı vəhşilik nümayiş etdirməsinə növbəti fürsət oldu. Bakının hakimiyyət orqanlarının göstərişi ilə Azərbaycanda Aşura günü iyul ayının 5-də qeyd olunub, halbuki bütün dünya şiə dindarlarının qeyd etdiyi kimi, iyul ayının 6-da qeyd edilməli idi. Baş verənlər şiə dindarlarının narazılığına səbəb olub.

“İmam zaman məscidi”nin axundu (müsəlman ruhani) Hacı Habil İsgəndərli deyib ki. “Aşura günü iyul ayının 5-də qeyd etmək hakimiyyətin, iyulun 6-da isə imanın, Allahın əmridir”. O, dindarları hər iki günü qeyd etməyə çağırıb. Daha sonra axund polisə aparılıb, ondan sonra “Sahib əz-Zaman” məscidinin imamı vəzifəsindən uzaqlaşdırılıb.

Adətən, aşura günü möminlər matəm yürüşlərində və dualarda iştirak edirlər. Məscidlərdə faciəli nəğmələr səslənir, İmam Hüseynin şəhadəti isə ağlamaq və matəmlə yad edilir.

İyul ayının 6-da səhər tezdən məscidin ərazisində polis əməkdaşları və az sayda dindar olub. Ciddi məhdudiyyətlər var idi. Bəzi yaşayış məntəqələrində dindarlarla pols arasında əlbəyaxa dava düşüb. Polis kobud güc tətbiq edərək, möminlərin məscidə daxil olmasına mane olmağa çalışıb, onları videoya çəkib və “itaətsizləri” döyüb. Dindarlardan “Mən Hüseynəm” yazısı olan bayraqları “Azərbaycana aid deyil” iddia edərək alıb təhqir ediblər.

Yayılan videolarda dindarların məhdudiyyətlərə görə qəzəblərini ifadə etdikləri görünür.

Azərbaycanın “dini təəsübkeşliyin” mərkəzi hesab edilən və İranın təsir zonası sayılan Nardaran kəndində təhlükəsizlik qüvvələri yas mərasimi zamanı məscidlərdən birinə basqın edərək axtarış aparıb, 15-20 nəfər tədbir iştirakçısını həbs edib.

Digər bir halda isə möminlərin Bakı buxtasında yerləşən Bibi-Heybət məscidinə girişi qadağan edilib.

Sumqayıtdakı “Cümə” məscidinin ərazisində “Mən Hüseynəm” şüarı ilə keçirilən etiraz aksiyası nəticəsində polis məscidin qapılarını açmağa məcbur olub.

Gəncədə təhlükəsizlik qüvvələri yağış zamanı qadınları məsciddən çıxarıb, hətta döyüblər. Jurnalist Arzu Abdullah Gülzaman Bakıda dini mərasimlərin keçirilməsinə qoyulan məhdudiyyətlərdən danışıb. Onun sözlərinə görə, ona məsciddə yas oxumağa icazə verilməyib, əsaslandıraraq ki, “hökumət ağlamağa icazə vermir” məsul polislər isə cavab verdilər ki, “hakimiyyət iyul ayının 5-də qeyd etdi, siz isə İran qanunlarını rəhbər tutursunuz (sözün əsl mənasında İranla gedirsiniz)”.

Aşura günü təkcə qadınların deyil, uşaqların da məscidə girişi qadağan edilib. Hələ də iyun ayının sonlarında Azərbaycanın Daxilli İşlər Nazirliyi və Din Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə xəbərdarlıq etmişdi ki, azyaşlıların dini mərasimlərdə iştirakdan çəkinməsi lazımdır.

Sosial işçi S. Heydərova qeyd edib ki, bu qadağa dövlət təhsil siyasətinə ziddir, belə ki, Azərbaycan məktəblərində uşaqlar kiçik yaşlarından hərbi ritorika ilə, “tankların altında əzilən əsgərlərin fotoşəkilləri ilə” təhsil alırlar. Hüquqşünas Xalid Bağırov isə BMT-nin Uşaq Hüquqları Konvensiyasına istinad edərək qeyd edib ki, valideynlərin övladlarını öz dini inanclarına uyğun tərbiyə etməkdə əsas hüququ var. Bu cür qadağalar şiə icmasına qarşı sistemli məhdudiyyət siyasətinin təzahürüdür. “Müsəlman Birliyi Hərəkatı”nın nümayəndəsi Ələmdar Bünyadovun sözlərinə görə, bu cür yanaşma dövlətin şiə icmasına qarşı açıq düşmən münasibətini nümayiş etdirir.

Bundan başqa, azərbaycanın şiə dindarları öz namazlarında və dini məsələlərdə əsasən İranın yüksək rütbəli dini liderlərinin fətvalarını (dini fərmanlarını) rəhbər tutduğundan, Azərbaycan hakimiyyəti ölkədə İran təsirinin yayılmasının qarşısını almağa hər cür cəhd göstərir.

Qeyd edək ki, Azərbaycanda xüsusilə son illərdə bir çox şiə dindarları İran İslam Respublikasının xeyrinə casusluq , narkotik vasitələrdən istifadə, xuliqanlıq və dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” QHT-nin məlumatına görə, ölkədə siyasi məhbusların ümumi sayı 375 nəfərdir, onlardan 241-i (64 %) dini zəmnində həbs edilənlərdir.

Bakı beynəlxalq platformalarda “ermənilər islam irsini məhv edir” deyə səsləndirərkən, Azərbaycanda əksəriyyəti təşkil edən şiə müsəlmanlar hakimiyyətin icazəsi və göstərişi ilə Konstitusiyada təsbit olunmuş dini azadlıqlardan, öz inancını ifadə etmək və yaymaq hüququndan məhrum edilirlər.

[1] Aşura 680-ci ildə Kərbəla döyüşündə şəhid olmuş Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin şəhadətinin anıldığı şiə müsəlmanlar üçün matəm günüdür.

Telegram kanalımıza abunə olun