2025
2025-07-10
Ermənistan krallığının Vaspurakanın Qoğtn vilayətinin məşhur yaşayış məntəqələrindən biri Tsğna kəndidir, həm də Çananab, Tsğna, Çalana, Tsxna və başqa adlarla tanınır. Etnoqraf Yeravand Lalayan kəndi Zanabad adı ilə də qeyd edir. Qevond Alişan yazır ki, kəndin erməni adı Tsğnadır. “hansı ki, qədim zamanlarda böyük və məşhur olmalı idi”. Yerlilərin izahına görə, Tsğna adı “Ani tayfası” demakdir. Kənd yerlilərin-zokların ləhcəsi ilə Tsuğna adlanıb, yuxarıdakı barədə kəndin Surb (Müqəddəs) Astvatsatsin monastırının 17-ci əsrə aid litoqrafik kitabəsində qeyd edilir.
Kənd Naxicevan Muxtar Respublikasının Ordubad rayonunda-eyniadlı şəhərdən 25 km şimal-qərbdə: Tsğna çayı vadisində yerləşir. Meyvə ağacları ilə əhatə olunur.
Kənd ətrafından əldə edilən maddi mədəniyyət məlumatları sübut edir ki, Tsğna qədim və xüsusilə də orta əsrlərdən etibarən inkişaf etmiş yaşayış məntəqəsi idi. Əsrlər boyu Qoğtnın görkəmli mərkəzlərindən biri idi. Yazıçı və publisist Mesrop Tağiadyan Tsğna barədə yazaraq qeyd edir. “Fikrimcə, gördüklərim əhəmiyyətsiz bir kənddən daha çox, böyük, dağılmış şəhər idi.”.
Əsrlər boyu əsasən ticarətlə məşğul olan Tsğna erməniləri, xarici işğalçıların yürüşlərinə, basqınlarına və qırğınlarına məruz qalıblar, çox vaxt doğma yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bu barədə 1349-cu ildə Tsğnada yazılan İncil qeydlərində məlumatlar var.
Kəndin yaxınlığında-dağ ətəyində “Bəyin və gəlinin daşları” var, haqqında gözəl bir əfsanə qorunub saxlanılmışdır. Folklor toplayıcısı Aram Ğanalanyan yazır ki, “bir-birinə aşıq olan oğlan və qız valideynlərin zorakılığından xilas olmaq üçün qaçıblar. Yuxarıdakılar bundan xəbərdar olaraq lənət etdilər və onlar dərhal daşa çevrildilər”.
Tsğna çoxlu əlyazmaların yazıldığı məşhur orta əsr yazı mərkəzi idi. Bizə məlum olan təxminən on əlyazmadan ikisi Yerevan Matenadaranında saxlanılır. Ən qədim əlyazma 1349-cu ildə Daniel kənd başçısının hakimiyyəti dövründə Surb (Müqəddəs) Astvatsatsin monastırında yazılmışdır, sonuncu əlyazma isə 1696-cı ildə.
Surb (Müqəddəs) Astvatsatsin möhtəşəm monastırı, Surb (Müqəddəs) Grigor, Surb (Müqəddəs) Nşan və Surb (Müqəddəs) Sargis kilsələri kənddə yerləşirdi, habelə 15-17-ci əsrlərə aid, Surb (Müqəddəs) Astvatsatsin monastırının və Surb (Müqəddəs) Sargis kilsəsinin divarlarında qorunub saxlanılan oyma təsvirləri olub.
Kəndin şimal-şərq hissəsində hələ də 12-13-cü əsrlərdə tikilmiş Surb (Müqəddəs) Astvatsatsin monastırı yerləşirdi. Yuxarıdakı 17-ci əsrin görkəmli erməni tarixçisi Arakel Davrizetsiyə görə Qoğtn və Yerncakdakı (Əlincə) bir sıra abidələrlə birlikdə 17-ci əsrin ortalarında Movses və Pilipos katolikosları tərəfindən təmir olunub. Monastır Sovet Azərbaycan hakimiyyəti dövründə depo kimi istifadə olunub. 1980-ci illərin sonlarına qədər dayanırdı. 2000-ci illərdə azərbaycanlılar tərəfindən dağıdılıb.
Surb (Müqəddəs) Sargis adlı digər bir kilsə kənd mərkəzində yerləşirdi. 13-14-cü əsrlərdə tikilmişdi, S. Sağatelyan tərəfindən 1890-cı ildə təmir olunub. Naxicevandakı digər erməni memarlıq abidələri kimi bu kilsə də 2000-ci illərdə azərbaycanlılar tərəfindən dağıdılıb.
Surb (Müqəddəs) Gevorg kilsəsi də kənddə yerləşirdi, yuxarıdakı 1467-ci ilə aid bir əlyazmada qeyd olunur. Hazırda xarabalıq vəziyyətdədir.
“Naxicevan avropalı səyyahlarının səyahətnamələrində (13-17-ci əsrlər)” əsərində cizvit rahib Jak Vilonun 1690-cı ildə Təbrizə səyahəti barədə qeyd var. Yuxarıdakı yolda Naxicevanın Tsğna kəndində dayanıb, həmin kəndi “300-dən çox erməni ailəsinin yaşadığı kifayət qədər böyük bir kənd” kimi qeyd edib. Avropalı səyyahı həm də Surb (Müqəddəs) Astvatsatsin kilsəsində olub.
Tsğnada həm də Tambr məhəlləsinin qəbiristanlığı, Tsğna qalası, körpüsü və başqa tikililər məşhur idi. Kənddə görkəmli erməni musiqişünası Komitasın ata-babalarına aid Soğomonents sarayı da məşhur idi.
Tambrın qəbiristanlığı qədimdir, həmin qəbiristanlıqda 350-400 məzar daşı olub. 1940-cı illərdə məzar daşlarının çoxu azərbaycanlılar tərəfindən tikinti materialı kimi istifadə edilmişdir.
Tsğnada iki erməni (kilsə) məktəbi və bir dövlət (Rus) məktəbi (1900-cü ildə açılıb) olub, həmin məktəblərdən biri 1862-ci ildə, o birisi də 1878-ci ildə açılıb.
Kənddə hamişə ermənilər yaşamışlar, kənddə bir neçə yüz erməni ailəsi yaşayırdı. 1914-cü ilin vəziyyəti ilə kənddə yalnız ermənilər yaşayırdı. Tsğnanın ərazisində heç bir müsəlman abidəsi qorunmayıb.
1919-cu ilin yayında Tsğna türk-tatar qoşunlarının hücumuna məruz qalıb və aylarla müqavimət göstərib. Lakin, 1919-cu ilin sonlarında kənd tamamilə ermənilərdən boşaldılıb.
Tsğna məşhur erməniləri ilə tanınır, məsələn, görkəmli musiqişünas Aram Merangulyan, “Ararat” jurnalının redaktoru, yepiskop Karapet Ter-Mkrtçyan və başqaları.
Kənddə hazırda azərbaycanlılar yaşasa da və Çənnəb adlansa da tarixi mənbələr və arxeoloji tədqiqatlar sübut edir ki, kənd bölgədəki erməni mədəniyyətinin və siyasi həyatının ayrılmaz hissəsidir.
Ədəbiyyat
Qevond Alişan, Sisakan, Venesiya, 1893.
M. Tağiadyan erməni Surb (Müqəddəs) Eçmiədzinin diakonu M. Tağiadyanın səyahəti, Kəlkətə, 1847-ci il.
Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoğtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904.
T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 5-ci cild, Yerevan 2001.
L. Xaçikyan XIV əsr ermənicə əlyazmalarının xatirə qeydləri, Yerevan, 1950-ci il.
A. Davrijetsi, Tarix, Yerevan, 1988-ci il.
Argam Ayvazyan, Naxicevanın monumentəl abidələri və heykəlləri (oyma təsvirləri), Yerevan, 1987-ci il.
A.Ayvazyan Tsğnanın memarlıq abidələri, “Eçmiədzin” jurnalı, 1978-ci il, 3-cü.
A.Ğanalanyan, Əfsanələr toplusu, Yerevan, 1969-cu il.
Naxicevan, xəritə kitabı, Erməni memarlığının tədqiqi fondu, Yerevan, 2012-ci il.
Karagyozyan, Naxicevan avropalı səyyahların səyahətnamələrində (XIII-XVII əsrlər), Yerevan, 2019-cu il.