2025
2025-07-07
İsmayıllı rayonunun Ğalaka kəndi rayon mərkəzindən 19.5 km cənub-qərbdə yerləşir. Ğalaka Şamaxı Qardman mahalının ən sıx məskunlaşan kəndlərindən biri olub. Sakinlərin əcdadları Xaçenin Daşbulaq, Qışlaq, Aracadzor, Xandzk və Xndzristan, Craberd eləcə də Hğorti və Naxicevanik kəndlərindən köçüblər.
1861-ci ildə Ğalakada 111 ev, 1865-ci ildə isə 170 ev erməni əhalisi olub. 1890-cı ildə məşhur topoqraf Makar Barxudaryantsın ziyarəti zamanı kənddə 298 ev-1593 erməni əhalisi olub. 1914-cü ildə Ğalakada yalnız ermənilər yaşayırdı-2466 sakin.
1918-ci ilin yayında kənd türk nizami qoşunlarının hücumuna məruz qalıb, lakin ğalakalılar bir günlük özünümüdafiə təşkil ediblər. Qeyri-bərabər döyüşdən sonra, türklər kəndə daxil olublar. Əhali qaçaraq qonşu kəndlərə sığınıb. Bu müddət ərzində ğalakalılardan təxminən 60 nəfər hələk olub və yaralanıb. Sovet hakimiyyəti dövründə hələk olan ğalakalıların xatirəsinə aşağıdakı yazı ilə abidə ucaldılıb:
«Братская магила жертвам гражданской войны 1918-19 гг».
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra qırğınlardan canlarını qurtaran ğalakalılar öz doğma kəndlərinə qayıdıblar. 1924-cü ildə Ğalakada 180 ev erməni əhali-715 sakin yaşayırdı.
Sovet hakimiyyəti dövründə Ğalaka kəndində rus orta məktəbi fəaliyyət göstərirdi, həmin məktəbdə 1984-cü ildə 135 erməni və 40 ləzgi şagird təhsil alırdı.
1984-cü ildə Ğalakada ermənilərin yaşadığı 121 ev-460 sakin olub. Kəndin əhalisi 1988-ci ilin sonlarında deportasiya edilib.
1984-cü ildə abidəşünas Samvel Karapetyanın səfəri zamanı Ğalaka kəndinin köhnə məhəlləsində əvvəlcə taxtdan olan və sonra kəndlilərin səyləri ilə əsaslı təmir olunan Surb (Müqəddəs) Astvatsatsin kilsəsi hələ də dururdu. Kilsənin tikinti protokoluna görə.
“Bu məbəd Ğalaka kəndinin erməni icmasının vəsaiti və səyləri ilə tikildi,
Daxili və xarici dekorasiya isə
Mikayel Tsaturyanın işidir. 1867-ci il”.
Surb (Müqəddəs) Astvatsatsin kilsəsinin cənub divarında aşağıdakı məzmunda ianə yazısı həkk edilmişdir.
“Ğalaka sakini Grigor Bardanyantsın ruhunu Tanrı rəhmət eləsin,
O Surb (Müqəddəs) Astvatsatsin kilsəsinin tikintisi və ruhanilərin paltarları üçün 300 rubl bağışladı”.
Sovet Hakimiyyəti dövründə kilsə taxıl anbarı kimi istifadə olunurdu. Azərbaycanlı vandallar 2003-cü ildə Ğalaka Surb (Müqəddəs) Astvatsatsin kilsəsini partlayıblar, yuxarıdakı hazırda dağıdılmış vəziyyətdədir.
Samvel Karapetyanın səfəri zamanı Ğalaka kəndinin köhnə qəbiristanlığında 15-20-ci əsrlərə aid 2000-dən çox qəbir daşları (təxminən 400-ü kitabəli) qorunub saxlanılırdı. Qəbiristanlığın 1701-ci ilə aid qəbir daşlarından birinin üzərində ox, yay və xaç həkk olunubdu. Onlardan ən qədimləri 15-16-cı əsrlərə aid idi.
Qəbir daşlarından birinin kitabəsi.
“Burada Balasi Ter-Gabrielyan
Ter-Gasparyants dəfn olunub, o 1892-ci ilin avqust ayının 11-də, 38 yaşında vəfat etmişdir.
Bu cansız məzar daşını görənlər
Sizin üçün də nümunə olsun ki,
dünyanın izzəti boş və puçdur,
Ancaq yaxşı əməl və yaxşı ad ölməz xatirə olaraq qalır”.
Ğalaka kəndinin keşişi Nerses Ter-Gasparyantsın qəbir daşı üzərində aşağıdakı kitabə ilə qorunub saxlanılırdı.
“Burada keşiş Ter Nerses-Ter Gasparyants dəfn edilib, o 1899-cu ildə, 57 yaşında hələk oldu, ey rəbb ata sən vəfat etdin,
Ölməz bir ad və xatirə qoyub getdin
Əməllərilə yaxşı nümunə oldun
Müqəddəs bir iş uğrunda hələk oldun”.
Samvel Karapetyasnın ziyarəti zamanı kənd ərazisində Şinateğ, Keov, Cmana xut arxeoloji məkanları qorunub saxlanılırdı.
Kənd hazırda Qalagah adlanır və azərbaycanlılar, ləzgilər yaşayır.
Ədəbiyyat
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il.
Karapetyan S., Albaniyanın erməni litoqrafiyaları, Yerevan, 1997-ci il.
Karapetyan S., Albaniyanın özü, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 147-165.