2025

Stepanakertdə keçirilən İƏT-in zirvə görüşü anti-erməni təbliğat platforması kimi

2025-07-07

Azərbaycan tərəfindən işğal edilən Stepanakertdə iyul ayının 3-4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci zirvə görüşü keçirildi. İlham Əliyev yenidən bu platformadan Ermənistana qarşı saxta ittihamlar və əsassız tələblər irəli sürməyə istifadə edib.

Əliyev İƏT-in üzvü olan dövlətlərin rəhbərlərini Stepanakertə dəvət edib ki, onların iştirakı ilə növbəti anti-erməni çıxışını qanunlaşdırsın.

Artsaxın ermənilərdən tamamilə təmizləməsindən sonra, Azərbaycanın apardığı siyasətinin əsasında bu gün təhrif edilmiş və manipulyasiya yanaşmaları ilə tarixi yenidən yazmaq cəhdi durur.

Azərbaycan prezidentinin çıxışının demək olar ki, yarısı Ermənistana yönəlmiş ittihamlara həsr olunub. Onun sözlərinə görə, Ermənistan guya Artsaxın (özünün təbirincə desək-“Dağlıq Qarabağ”) şəhər və kəndlərini, mədəni və dini abidələrini məhv edib. Xüsusilə, o bəyan edib ki, Artsaxdakı 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi də zədələnərək tövlə kimi istifadə edilib. Əliyev bu əsassız ittihamlara təhlükəli ton verərək bildirib ki, bu “islam dininə və bütün dünyə müsəlmanlara hörmətsizlik”lə bağlıdır. Onun sözlərinə görə, guya ermənilər azərbaycanlıların məzar daşlarını talayaraq Ermənistana daşıyıblar və Azərbaycan tərəfindən yaradılan dövlət komissiyası Ermənistanın Azərbaycana dəymiş ziyanı 150 milyard ABŞ dolları məbləğində “qiymətləndirib”.

Sual yaranır: Bakının mütəmadi danışdığı “vandalizm”i hansı beynəlxalq təşkilatlar və nə vaxt qeydə alıblar? Əslində, bir sıra beynəlxalq təşkilatlar və müşahidə missiyaları tərəfindən tamamilə əks mənzərə sənədləşdirilib.

Misal üçün, “Caucasus Heritage watch” peyk şəkilllərinə əsaslanaraq Artsax ərazisində erməni mədəni və dini irsinin məhv edilməsini sənədləşdirib. Təşkilatın 2024-cü ilin iyun ayında dərc etdiyi hesabatında erməni kilsələri, monastırları, qəbiristanlıqları, xaçkarları və digər mədəni strukturların itkisində 75% artım qeydə alınıb.

ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCİRF) 2025-ci ilin hesabatında Azərbaycanın Artsaxın dini və mədəni irsinin məhv etməsinə yönəlmiş mütəşəkkil siyasət apardığını açıq-aydın göstərilib.

YUNESKO isə Dağlıq Qarabağda erməni mədəni dəyərlərinin məhv edilməsi ilə bağlı daxil olan çoxsaylı məlumatlarla əlaqədar öz narahatlğını bildirib. Yuxarıdakı mədəni irsin vəziyyətini qiymətləndirmək üçün Artsaxa missiya göndərməyə cəhd etdi, lakin Azərbaycanın razılaşmaması səbəbindən missiya bu günə qədər həyata keçirilməyib.

Əliyev öz çıxışında sözdə “qərbi azərbaycanlılar”a da istinad edərək bildirib ki, Ermənistandan guya deportasiya edilən azərbaycanlıların geri qayıtmaq hüququna zəmanət vermək lazımdır. O, 2025-ci ilin iyun ayında İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında qəbul edilmiş və Əliyevin sözlərinə görə, bu “qayıtmaq hüququnu” dəstəklədiyini bəyan edən qətnamələrə istinad edib.

Bu kontekstdə xatırlatmağa dəyər ki, Stepanakert tarixən erməni şəhəri kimi cəmi iki il əvvəl Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal edilib və ermənilərdən boşaldılıb.

Stepanakertdə keçirilən zirvə görüşünə iştirak edən dövlətlər: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, həmçinin İran, yuxardakılar həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərdir, İstanbulda yuxarıda qeyd edilən qətnamələrin lehinə yekdilliklə səs veriblər.

Lakin, bu dövlətlərin rəhbərləri və nümayəndələri uydurma bəyanatlardan başqa, aşağıdakıları aydın şəkildə dərk etməlidirlər.

  1. Stepanakert tarixi erməni şəhər olub və olmağa davam edir, həmin şəhərin ermənilərdən boşaldılması da Azərbaycanın işğalçı və etnik təmizləmə siyasətinin nəticəsidir.
  2. “Qərbi Azərbaycan icması” adlı təşkilat Ermənistana qarşı Azərbaycanın yaratdığı təzyiq və manipulyasiya vasitəsidir.
  3. “Qayıdış” barədə səsləndirilən tələblər qanuni deyil, regional təhlükəsizlik və sabitliyi pozmağa yönəlmiş təhdiddir.

Ona görə də, bu cür təşəbbüslərdə iştirak edən, müvafiq qətnamələrə səs verən, və ya Əliyevin ritorikasını dəstəkləyən dövlətlər regionda mümkün yeni təcavüz halında Azərbaycanın şərikinə çevrilirlər.

Telegram kanalımıza abunə olun