2025

Naxicevanın Bist kəndi

2025-06-25

Bütün ermənilərin katolikosu lll Kritli Abraam (1734-1737-ci illər) “Tarixşünaslıq” (Fars şahı Nadir şah və onun səfərinin tarixi) əsərində Naxicevanın Bist/Bust kəndinə səfərindən bəhs edir. O Bustun böyük kilsəsində olub, hündür yerdə, sulu bağlarla, bərəkətli torpaqlarla əhatə olunmuş, sağlam havası olan “göyərçinəbənzər monastır”a dırmaşdı, orada dincəldi, səyahətin çətinliklərini unutdu. lll Kritli Abraamı müdrik və fəzilətli bir adam olan lider abid Petros iki günlük qonaq edib.

Gevond Alişan kəndi təsvir edərkən orada yaşayan 100 erməni ailəsini qeyd edir.

Bu kənd Gukas Bstetsi, Hovhan Vorotnetsi və Qriqor Tatevatsinin şagirdi Hakob Bstetsinin doğulduğu yer idi, yuxarıdakı barədə Qriqor Tatevatsi öz 1407-ci ildə yazdığı “Qriqor Tatevatsinin Vəzbələr Toplusu” adlı əlyazmasında qeyd edir. 14-17-ci əsrlərdə yazılan əlyazmalara görə Müqəddəs Nişan monastırı, Surb (Müqəddəs) Astvatsatsin monastırı və Surb (Müqəddəs) Sargis kilsəsi Bistdə yerləşirdi. Kritli Abraam Surb (Müqəddəs) Astvatsatsin kilsəsini “böyük möhtərəm kilsə” adlandırıb, bu kilsə sonuncu dəfə 1877-ci ildə Bist əhalisinin səyləri ilə təmir edilib və hazırda azərbaycanlılar tərəfindən tamamilə məhv edilib. Vurğulamağa dəyər ki, Bistin Surb (Müqəddəs) Astvatsatsin monastırı Naxicevan bölgəsinin ən böyük memarlıq abidəsi idi. Kritli Abraamın xatırlatdığı “göyərçinəbənzər monastır, adinasarlar (cənnət kimi)” Surb (Müqəddəs) Nişan monastırı idi, burada çoxsaylı ermənicə əlyazmalar, xüsusən də Yerevan Matenadaranda saxlanılan İncillərin (№ 6257, 6531) və Çaşotsun (günorta ibadəti zamanı Əhdi-ətiq və Yeni Əhdi-Cədiddən oxunan mətnlər toplusu) (№ 7481) orijinalları yazılmışdır.

Hazırda Bist adlanan bu mənzərəli kənd inzibati cəhətdən Naxicevanın Ordubad rayonunun tərkibinə daxildir. Adın mənası barədə mövcud olan fərziyyələr sözün iran mənşəli olduğunu və türk dili ilə heç bir əlaqəsinin olmadığını göstərir. Müasir fars dilində “bist” “iyirmi” deməkdir və bir versiyaya görə, kəndin qurucuları və ilk sakinləri iyirmi ailədən ibarət idi. Kənd adı həm də Bust formasında xatırlanmış və başqa bir versiyaya görə fasrca “bağ” mənasındadır.

Bistin sonuncu erməni sakinləri azərbaycanlılar tərəfindən 1989-cu ildə məcburi deportasiya olunub. Kəndin zəngin mədəni irsindən isə cəmi iki körpü qalıb. l Şah Abbasın dövründə tikilmiş və 17-ci əsrə aid olan birinci körpü Giran çayı üzərində, daha sonra tikilmiş ikinci körpü isə Mesropavan çayı (hazırda Nəsirvazçay) üzərində yerləşir.

 

Ədəbiyyat

Gevond Alişan, Sisakan, Venesiya, 1893.

A.Ayvazyan, Naxicevanın litoqrafiya irsi, Qoğtn əyaləti (bölgə), cild C, Yerevan, 2007.

XV əsr erməni əlyazmaların kolofonları, birinci hissə, Ermənistan SSR Elmlər Akademiyası, Yerevan, 1955-ci il.

Telegram kanalımıza abunə olun