2025
2020-ci ilin müharibəsindən və xüsusən də 2023-cü ilin sentyabr aynıda Artsaxı ermənilərdən təmizlənməsindən sonra, Azərbaycan münaqişələrin həllində hətta “dərs vermək” hüququnu özünə aid edərək dünyaya özünü qalib mövqeyindən təqdim etməyə başladı.
İlham Əliyevin rejimi “ölkəni xarici təhlükələrdən qorumaq” zərurətini əsas gətirərək, tezliklə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumlarının ofislərini bağlamağa başladı. İnsan haqlarının pozulması və mediaya qarşı repressiyaları ilə tanınan Azərbaycan hakimiyyəti 2023-2025-ci illər ərzində bir sıra beynəlxalq təşkilatların və KİV-lərin Azərbaycanda fəaliyyətinə qadağa qoyub. “Tranparency İnternational” təşkilatının Azərbaycan bölməsi, korrupsiyaya qarşı mübarizə ictimai birliyi “Transparency Azerbaijan”, Aİ-nin ən böyük təhsil mübadilə proqramı olan “Erasmus+” və nüfuzlu qurumların digər ofisləri bağlanıb və ya bağlanmaq təhlükəsi qarşısındadır. Azərbaycan hakimiyyəti “BBC News”, “Sputnik”, “Bloomberg” və “Amerikanın Səsi”nin müxbirlərinin akkreditasiyasını ləğv edib.
BMT ilə əməkdaşlıq prioritetlərinin nəzərdən keçirilməsi və Artsax məsələsində qərəzililik ittihamları ilə əlaqədar Azərbaycan bu təşkilatın dörd nümayəndəliyini: Birləşmiş Milətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) və Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) ofisini bağlamaq niyyətində olduğunu bəyan edib. Bakı hakimiyyəti belə əsaslandırırdı ki, “Azərbaycan ərazilərinin azad edilməsi, antiterror əməliyyatı” və Azərbaycanın son illər əldə etdiyi irəliləyiş ona sosial layihələrin həyata keçirilməsində öz resurslarına və imkanlarına arxalanmağa imkan verib. Həmçinin vurğulanıb ki, Azərbaycan artıq özü bir çox ölkələrə donor xidmətləri göstərir.
Müstəqilliyin ilk illərində BMT proqramlarının ölkənin institusional inkişafına töhfə verdiyini etiraf edən Azərbaycan rəsmiləri BMT-nin bu resursları böhran zonalarına və daha çox ehtiyacı olan ölkələrə yönəldə biləcəyinə diqqət çəkiblər. Vurğulanıb ki, Bakının da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyinə ehtiyacı yoxdur, çünki öz vətəndaşlarını öz imkanları ilə “azad edilmiş ərazilərə” qaytara bilər.
Rəsmi Bakı, xüsusən bəyan edib ki, Azərbaycan təşkilatın baş qərargahı və ayrı-ayrı strukturları ilə tərəfdaşlığını layihə əməkdaşlığı formatında davam etdirəcək. Dayanıqlı İnkişaf Gündəliyi çərçivəsində, həm də İnsan Məskənləri və Ətraf Mühit Proqramı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər strukturlarla əməkdaşlıq davam etdiriləcək. 2026-cı ildə Azərbaycan BMT tərəfindən təsis edilən Ümumdünya Şəhər Forumuna (WUF) ev sahibliyi edəcək.
Bakı, demək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan tərəfinin ısrarına baxmayaraq, 2021-ci ildə Artsaxın Taliş kəndinə səfər etməsindən imtina etməsi faktını “bağışlamadı”. Azərbaycanda qeyri-hakimiyyət təşkilatı kimi fəaliyyət göstərən BMT-nin İnkişaf Ofisinə qarşı gərginlik Proqram nümayəndəsinin 2022-ci il avqustun 27-də Şuşidə “işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq, minalardan təmizləmə və digər təxirəsalınmaz məsələlər sahəsində həyata keçirilən işlərə” həsr olunmuş beynəlxalq konfransda iştirakdan imtina etməsindən sonra başlayıb.
Azərbaycan tərəfinin iddia etdiyinə görə, 2020-ci il müharibəsindən sonra BMT-nin bölmələrinə Dağlıq Qarabağın keçmiş ərazisinə daxil olmamaq göstərişi verilib. Bundan başqa, 2025-ci il BMTİP-in Azərbaycan nümayəndəliyində ciddi qanun pozuntuları və maliyyə pozuntuları aşkar edilib. Qeydə alınıb ki, verilən qrantlar “Qrantlar haqqında" Azərbaycan Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmayıb və qeyri-qanuni vəsait kimi təsnif edilib. Azərbaycan tərəfi eləcə də Proqram tərəfindən maliyyələşdirilən tədbirlərin məzmunu və benefisiarları ilə bağlı narahatlığını bildirib. BMTİP maliyyə əməliyyatlarını QHT-lərlə deyil, onların üzvləri, işə götürüldükləri peşəkarlar və ya qohumları tərəfindən yaradılan kommersiya təşkilatları ilə aparırdı. Vurğulandı ki, təşkilat 2023-cü ildə 29 layihə üzrə qrant alan 23 QHT barədə məlumat verməyib.
Bakı 1992-ci ildən fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yerli ofisinə onun fəaliyyətinin lazımsızlığını və faydasızlığını əsas gətirərək, yuxarıdakını bağlamaq məqsədi barədə bildirib. Azərbaycanla Qırmızı Xaç arasında problemlər 2020-ci ilin əvvəlində, Bakının razılığı olmadan Artsaxda ofis açılanda və Azərbaycanın Yerevan ofisinin Stepanakertdəki həmin nümayəndəliyinin bağlanması tələbi rədd ediləndə yarandı.
Azərbaycan tərəfi sonradan, mütəmadi olaraq, iddia edirdi ki, Qırmızı Xaç humanitar missiya adı altında Laçin keçid məntəqəsindən müxtəlif növ malları Artsaxa daşıyaraq qaçaqmalçılıqla məşğul olub. Bakı hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarını Ermənistanın xeyrinə casusluqda, Azərbaycan ordusunun əməliyyatlarını ifşa etməkdə ittiham edərək cinayət işi açıb.
Lakin, əslində məhz Bakıda saxlanılan erməni hərbi əsirlərin və girovların məsələləri ilə məşğul olan Qırmızı Xaçın səlahiyyətindən qurtulmağa çalışan Azərbaycan bu humanitar təşkilatın Artsaxdakı fəaliyyətinə mane olub. Qeyd edək ki, Qırmızı Xaç yeganə müstəqil beynəlxalq təşkilatdır ki, mütəmadi olaraq Bakıda saxlanılan ermənilərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamaq imkanı yaradır.
İlin əvvəlində Donald Tramp ABŞ prezidenti seçildikdən sonra, Bakı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) öz ərazisində fəaliyyətini dayandırması barədə Amerika tərəfini xəbərdar edib. Daha əvvəl ölkənin xarici işlər naziri bəyan edib ki, Amerika təşkilatının Azərbaycanda fəaliyyət göstərməsinə heç bir hüquqi əsas yoxdur. Bakı öz narazılığını bildirib, bəyan edərək ki, USAİD Azərbaycanda öz maraqlarını irəli sürür. Əvəzində o, strukturla əməkdaşlığın bərpasını təkcə yuxarıdakının rəhbərliyi dəyişdiyi, həmçinin Bakının Azərbaycanın daxili işlərinə qarışmamaq, müstəqilliyə, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqlara hörmət etmə barədə tələblərini qəbul edəcəyi halda mümkün hesab edir.
2024-cü ilin dekabr ayında Qazaxıstanda Bakıdan Qroznıya uçan Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Moskva ilə Bakı arasında münasibətlərin gərginləməsi fonunda Azərbaycan tərəfinin müraciəti əsasında “Rossotrudniçestvo” agentliyinin də fəaliyyəti dayandırılıb. Rəsmi məlumata görə, Qərb təşkilatlarından nümunə götürərək “Rus evi” kimi tanınan bu strukturun fəaliyyəti də “kəşfiyyat”, onun bağlanması tələbi isə “milli maraqların qorunmasına yönəlmiş addım” kimi qiymətləndirilib. Həmçinin “Sputnik” və “Ria Novosti” xəbər agentliklərini idarə edən “Rossiya Seqodnya”nın fəaliyyətinə Azərbaycanda qadağa qoyulub.
“USAİD”nin timsalında Rusiya strukturları “yumşaq güc” siyasətini həyata keçirən və casusluq edən təşkilatlar kimi təqdim edilib. Lakin, hesab edilir ki, Bakının Moskvaya qarşı davranışı Azərbaycanın Qərb institutlarına qarşı aqressiv davranışı ilə bağlı iddiaları yumşaltma məqsədi daşıyır. Azərbaycan tərəfi Rusiya və Qərb KİV-lərinin bağlanmasını “bərabərlik prinsipini” pozmaqla əsaslandıraraq, Azərbaycanda yalnız Azərbaycanın eyni sayda işçisi olan ölkələrin nümayəndələrinin fəaliyyət göstərə biləcəyini iddia edib. Belə ki, Azərbaycanın “Azərtac”ın Moskvada cəmi bir əməkdaşının olduğunu nəzərə alaraq Rusiya “Sputnik”ə bir müxbirin olmasına icazə verilib.
Bakı bəyan edib ki, sadəcə Azərbaycanın da eyni sektorlarda maliyyə əməliyyatları həyata keçirdiyi ölkələrdəki ofislər Azərbaycanda xarici maliyyə vəsaiti ala bilər.
Yerli və xarici mediaya qarşı oxşar davranışı bundan əvvəl də nümayiş etdirilib. Beynəlxalq təşkilatların şikayətlərinə baxmayaraq, bu məsələ ilə bağlı vəziyyət dəyişməyib. Nəticədə, Əliyev rejiminin öz xalqına, vətəndaş cəmiyyətinə və xarici qurumlara tədbiq etdiyi məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Şimali Koreya ilə müqayisə edilib.
Müvafiq olaraq, Azərbaycanın da avtoritar rejimlər kimi daim “günahkarları” tapmaq prinsipini rəhbər tutaraq izolyasiyaya doğru irəliyədiyi ilə bağlı müşahidələr aktualdır. Bu ölkədə daxili həyat və informasiya sahəsi, maliyyə axınları, sivil proseslər tam nəzarət altındadır. Bütün bunların yalnız bir məqsədi var: Azərbaycan cəmiyyətinin dünya ilə olan təmaslarını məhdudlaşdırmaqla müxalifətçilərin və kənar aktorların Azərbaycanda hakimiyyət dəyişikliyinin və ya inqilab meyillərin qarşısını almaq.