2025
Tolerantlıq Azərbaycanın təbliğatının və beynəlxalq imicinin qurulmasının əsas komponentlərindən biridir, yuxarıdakının təbliği və yayılmasına müxtəlif platformalarda təbliğat tədbirləri keçirilir, kitablar nəşr olunur, məqalələr dərc olunur.
Bu yaxınlarda “The American Spectator” və “The Christian Post” media orqanlarında beynəlxalq auditoriyaya yönəlmiş, Azərbaycan təbliğatı olan iki məqalə dərc olunub: A Fascinating Nation at the Crossroads of Civilizations[1] və Travel: Visiting Azeribaijan, a little-known country at the crossroads of everything[2]. Qeyd etməyə dəyər ki, məqalələrin müəllifləri öz işlərinin mahiyyətini, yəni ödənişli təbliğat materialları hazırlamaq olduğunu belə gizlətmirlər. Üstəlik, onların nəşrlərində təəccüblü oxşarlıq var: sanki həmin məqalələr Bakının verdiyi metodik vəsaitlər əsasında yazılıb.
Belə ki, “The American Spectator” Azərbaycanı “sivilizasiyalar kəsişməşisində”, “The Christian Post”u isə “hər şeyin kəsişməsində” ölkə kimi təqdim edir. “The Christian Post”da Azərbaycan “Rusiya, Xəzər dənizi və İran arasında sıxışdırılmış” tolerantlıq adası, “The American Spectator”a görə isə İran, Ermənistan, Gürcüstan və Türkiyə arasında yerləşən “ada” kimi təqdim edilir.
Şərqlə Qərbin bu qarışığı, müəlliflərin söylədiyi kimi, turistə tanış olmayan bir yerdir. “The American Spectator” hesab edir ki, “bəlkə də Azərbaycan axşam xəbərlərinin əsas mövzusu deyil”, “The Christian Post” isə “bir çoxlarının, o cümlədən bu rubrikanın oxucularının xəritədə belə tapa bilməyəcəyi az tanınan Azərbaycan” kimi təqdim edir.
Ermənistan barədə:
Təbliğat xarakterli bu məqalələrdə Ermənistan mənfi tərəfdən təqdim edilir. “The American Spectator”a görə müharibəyə Azərbaycan deyil, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük bir hissəsini işğal edərək başlayıb. Ermənistan minaları müdafiə üçün deyil, məcburi köçkün azərbaycanlı ailələrin geri qayıtmasına mane olmağa yerləşdirib.
“The Christian Post” sülhün bərqərar olması məsuliyyətini Ermənistanın mövqeyi ilə əlaqələndirir: “bütün bu erməni mövzusu dolaşıqdır, lakin ümid edirik ki, Ermənistan Vladimir Putinin orbitindən çıxmaq istəsə, sülh sazişi problemi həll edəcək”.
Niyə sülh yoxdur, yaxud niyə son vaxtlar müharibə olub sualına cavab tapmağa müəllifin İlham Əliyevin çıxışları ilə tanış olması kifayətdir. Yuxarıdakı dəfələrlə Azərbaycanın hərbi əməliyyatlara necə başladığını, hansı ilkin şərtləri və tələbləri irəli sürdüyünü qeyd edib, mütəmadi olaraq hədələyici, anti-erməni çıxışları edib.
İran barədə:
Azərbaycanın “dəyərini” vurğulamaq üçün İrana da istinad etmək lazımdır. “The Christian Post”. “Azərbaycanda böyük tolerantlıq var. Xüsusən də nəzərə alsaq ki, Azərbaycan öz İslam rejimi ilə İrana yaxındır”. Burada məntiq tapmaq belə çətindir: Azərbaycan İrana rəğmən tolerantdırmı? Yaxud hansısa ölkə qonşu ölkənin daxili tolerantlığına necə təsir edir...?
“The American Spectator” qeyd edir. “dünyəvi, qərbyönlü (red.-doğrudanmı?)”, enerji ilə zəngin ölkə, İranla qonşu olan Azərbaycan regional təhlükəsizlik və ABŞ-ın geosiyasi maraqlarında həlledici rol oynayır”.
Azərbaycanın İrana qarşı çıxan qüvvələrin potensial müttəfiqi kimi mövqeyini saxlamaqda davam etməsi başa düşüləndir. Bakının üzünmüddətli hədəfi İranın şimal-qərbindəki türkdilli bölgələr üzərində ərazi iddialarıdır.
Tolerantlıq gendə:
İlham Əliyev müxtəlif formalarda təkrarlamağı sevər: “Multikulturalizm və tolerantlıq bizim üçün sadəcə həyat tərzi deyil, həm də Azərbaycan siyasətinin prioritetidir”.
Bu fikri yuxarıda qeyd edilən məqalələrin müəllifləri George Landrith də qeyd edir. “Tolerantlıq sadəcə dövlət siyasəti deyil, həm də milli mənəvi xarakterin bir hissəsidir”. Dennis Lennox isə bunu belə ifadə edir: “azərbaycanlıların mədəniyyəti tolerantlıq və müxtəlifliklə aşılanıb”.
Lakin tolerantlıq və multikulturalizm dövlət siyasəti deyil, Azərbaycanlı məmurlarının demək olar ki, hamısının istifadə etdiyi dövlət təbliğatıdır.
Yəhudi icması:
Məqalələrin müəllifləri tolerantlıq və multikulturalizamin nümunəsi kimi Azərbaycanda Yəhudi icmasının mövcudluğunu qeyd edirlər.
Lennox: “Sübut-Azərbaycanda yəhudi əhalisinin möhkəm yerləşməsi”.
Landrith: “Yəhudilər Azərbaycanda 2000 ildən çoxdur yaşayırlar və çiçəklənməkdə davam edirlər”.
Statistikaya görə, 1970-ci il siyahıyaalınmasına əsasən, Azərbaycanda yəhudilərin sayı 49 min, 1989-cu ildə təxminən 31 min, 2009-cu ildə 9 min, 2019-cu ildə isə 5 min nəfərdir. Dünya Yəhudi Konqresinin məlumatına görə, Azərbaycanda yəhudilərin sayı 7200 nəfərdir. Belə çıxır ki, “çiçəklənən və tolerant Azərbaycanda” yəhudilərin sayı mütəmadi olaraq azalıb.
Başqa bir məqam: niyə Azərbaycan təbliğatı yəhudilərin mövcudluğunu vurğulayır, amma talışların, ləzgilərin və başqa xalqların mövcudluğunu unudur?
Xatırlamağa dəyər ki, 2000 il bundan əvvəl və ondan sonra çox uzun müddət Azərbaycan adlı dövlət vahidi və ya birliyi mövcud olmamışdır. Bunu Landrith yaxşı bilməli idi.
Bu iki nəşrdə başqa problemli ifadələr də var. Belə ki, Lennox xalçalardan danışarkən qeyd edir ki, “mötəbər mənbə mənə bildirdi ki, Azərbaycan xalçalığının çoxəsrlik ənənəsi region ölkələrinin ənənələrini üstələyir”. Lennox buna tam əmindirmi? Yoxsa belə bir ifadə işlətməklə qonşu xalqların sənətkarlığını aşağılamağa ehtiyac varmı? Tolerantlıq budurmu?
Epiloq əvəzinə:
Azərbaycan “tolerantlığının” bariz nümunəsi Şuşi rayonunun Karin Tak kəndində-azərbaycanlıların Daşaltı adlandırdıqları kənddə, bu yaxınlarda məscidin tikintisinin başa çatdırılmasıdır. “Azərbaycan dövlət tolerantlığı”nı təbliğ edən məqalə müəlliflərinə bu iki şəkli müqayisə etməyi təklif edirik.
İlk fotoşəkil: Karin Takın yeni açılmış məscidi.
İkinci fotoşəkil: 2020-ci ilə qədər ermənilərin daimi məskunlaşdığı Karin Tak kəndinin peykdən çəkilmiş fotoşəkilidir: kənd tamamilə yerlə-yeksan edilib. Karin Takdakı Surb Astvatsatsin kilsəsi də vandallığa məruz qalıb. Budurmu Azərbaycan tolerantlığı, dini-mədəni müxtəliflik, dinlərarası dialoq budurmu?
Əslində, adı çəkilən iki media vasitəsi və müəlliflər “tolerantlıq” obrazı ilə çıxış edən Bakının cinayətləri ört-basdır etmək və tənqidi susdurmaq cəhdlərində birbaşa iştirak edir.
Arzuolunandır ki, demokratik və xristian dəyərlərə sadiq olan media orqanları Cənubi Qafqaza istinad edərkən, Azərbaycanın törətdiyi zorakılıq halları, vandallığı, erməni xristian mədəniyyətinin məhv edilməsi və ümumiyyətlə, ermənilərə qarşı həyata keçirilmiş soyqırım xarakterli hərəkətlər barədə də qeyd etsinlər.
[1] Müəllif: George Landrith.
[2] Müəllif: Dennis Lenox.