2025
Azərbaycanlılar arasında aparılan araşdırmalar göstərib ki, Azərbaycanda səhiyyə sistemi korrupsiya baxımından birinci yerdədir. Bu sektorda korrupsiya təhsil sistemi, polis, rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzləri, yerli özünüidarəetmə orqanları və s.-dən daha geniş yayılıb.
Müxtəlif xarici və yerli təşkilatların apardığı araşdırmalar göstərib ki, Azərbaycanda vətəndaşların əksəriyyəti ölkənin səhiyyə sisteminə güvənmir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanda gözlənilən ömür uzunluğu artıb, uşaq və hamilə qadınların ölüm göstəricisi azalıb. Lakin, azərbaycanlılar rəsmi statistikadan fərqli bir reallıq görərək yerli tibbə inamsızlıqlarını davam etdirirlər. Etibarsızlığın əsas səbəbləri arasında tibb müəssisələrində korrupsiya, həkim səhvlərinin və səhlənkarlığın yüksüək göstəriciləri qeyd edilir.
Dövlət tibb müəssisələrində hökm sürən adətlər, acınacaqlı sanitar şərait, tibb işçilərinin peşəkar hazırlığının aşağı olması, vətəndaşlara göstərilən kobud münasibət azərbaqycanlılar arasında böyük narazılığa səbəb olur. Ancaq, əsas problem az maaş alan həkimlərin və xidmət işçilərinin xəstələrdən və onların yaxınlarından ziyarət, qayğı, otaqlar, yemək və dərmanlara rüşvət tələb etməsi qalmağa davam edir.
Tibbi xidmətin bir çox növləri pulsuz elan edildiyinə baxmayaraq, əlavə ödənişlər azərbaycanlılara səhiyyə xidmətlərini “bahalı” edir. Çoxlu vətəndaşlar özünü müəlicə ilə məşğul olmağa və ya ümumiyyətlə həkimlərə müraciət etməməyə üstünlük verirlər-xüsusilə də kəndlərdə evdə doğuşlar geniş yayılmışdır.
Özbaşınalıq mühiti və əhalinin ağır sosial-iqtisadi vəziyyəti fonunda psixi sağlamlıq problemləri, intiharlar, ailə münaqişələri olan insanların sayısının artması qeydə alınıb.
Bəzi hallarda həkimlər də özbaşına fəaliyyət göstərirlər. Məlum olub ki, Azərbaycanın bir sıra tibb müəssisələrində həkimlər öz vəsaitləri hesabına öz kabinetlərini təmir edir və ya lazımi diaqnostika və cərrahiyyə avadanlıqları alırlar. Onlar testlər və müalicələrə daha yüksək qiymətlər tələb edirlər, çox vaxt xəstələr üçün qəsdən lazımsız laboratoriya testləri və ya əməliyyatlar təyin edirlər.
“Pulsuz tibbi xidməti”nin belə bir şəraitdə cərrahi əməliyyatlar və müalicələrə qeyri-qanuni ödənişlərin tələb edilməsinin geniş yayılmış cəzasızlıq “əlverişli” mühiti daha da böyük məyusluğa səbəb olur.
Çox vaxt vətəndaşlar həkimlərin buraxdığı səhvləri sübut edə bilmirlər, o cümlədən, məsələn, sol ayağın yerinə sağ ayağın kəsilməsi və ya səhv diaqnoz verilməsi, düzgün müalicə edilməməsi və nəticədə qeydə alınan ölüm halları. Təsadüfi deyil ki, belə hallar əsasən dövlət tibb müəssisələrində qeydə alınır, həmin müəssisələrdə tibbi xidmətlər özəl tibbi müəssisələrindən daha əlçatan olur-hətta rüşvət olduğu halında belə. Özəl tibb müəssisələri həm də tibbi siğorta sistemi olmadığından azərbaycanlılara əlçatmazdır.
Lakin, ödəmə qabiliyyətinin olması və ya xeyriyyə təşkilatlarının dəstəyinin olması Azərbaycanda xəstənin lazımi xidmət alacağına və ya probleminə düzgün diaqnoz qoyulacağına zəmanət vermir. Bir çox azərbaycanlı Türkiyə, Rusiyə, Almaniya, İran və ya Belarusda müayinə və müalicədən keçməsinə üstünlük verir. Bütün bunlar o halda ki, dövlət büdcəsindən ağır xəstəliklərin müalicəsi və araşdırılması üçün tibb müəssisələrinə külli miqdarda vəsait ayrılır.
O da məlum olub ki, bir sıra səhiyyə müəssisələrində əlavə məliyyə vəsaiti əldə etmək məqsədi ilə ağır xəstəliklərlə bağlı saxta diaqnozlar və xəstələr barədə uyğun olmayan məlumatlar qeydə alınıb. Bundan başqa, korrupsiya sövdələşmələri nəticəsində saxta diaqnoz verilmiş vətəndaşlar müavinət almaq, habelə hərbi xidmətdən yayınmaq üçün əlil kimi qeydə alınıb. Əsas korrupsiya yuvası təkcə Azərbaycan Səhiyyə Nazirliyi deyil, həm də Milli Hematologiya və Transfuziologiya Mərkəzi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ərazi bölmələridir. Bu səhələrdə korrupsiya halları adışəkilən strukturların müxtəlif vəzifəli şəxsləri arasındarazılaşdırılmış korrupsiya fəaliyyətləri ilə ifadə olunub-buna rüşvət müqabilində tibbi və farmasevtik fəaliyyətlə məşğul olmaq üçün qanunsuz icazələrin və saxta sertifikatların verilməsi də daxildir. Təsadüfi deyil ki, səhiyyə xərclərinin böyük hissəsi məhz bu qurumlara yönəldilib. Azərbaycanda göstərilməyən xidmətlərə görə ödənişlər, mövcud olmayan xəstələrə dərmanların ayrılması və s. artır. Eyni prinsiplə Əliyevin Azərbaycanı tibbi turizm ölkəsinə çevirmək məqsədi ilə ayrılan maliyyə vəsaitləri israf olunur. Nəticədə, Türkiyədə tibbi turizmi azərbaycanlıların “sayəsində” inkişaf edir. Yuxarıdakı, əslində, Azərbaycan səhiyyəsinin “nöqsanlarından” istifadə edərək, bu sahədə böyük fəaliyyət aparır. Türkiyə çoxsaylı səhiyyə tədbirləri təşkil edir, özəl xəstəxanalar tikir, həmçinin azərbaycanlıları Türkiyənin tibb müəssisələrinə aparır (qeyd edək ki, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev ömrünün son illərində Ankarada müalicə edilirdi).
Azərbaycanın səhiyyə sektorunda korrupsiyanın sistemli olduğunu təkcə xaricdə yaşayan azərbaycanlılar, yerli və beynəlxalq təşkilatlar, KİV-lər deyil, həm də rəsmi şəxslər təsdiqləyir. Və dövlət strukturlarının nümayəndələri tez-tez günahkarları başqa dairələrdə axtardıqlarına baxmayaraq, müxalifətçilər bu sahədə aparılan korrupsiyayı təşviq edən siyasətə görə birbaşa İlham Əliyevi məsuliyyətli hesab edirlər.
Korrupsiya ilə bağlı cinayətlərin və həbslərin üzə çıxması ilə bağlı xəbərlərin yayılmasına baxmayaraq, Azərbaycan prezidentinin, onun ailəsinin və yaxınlarının adları səhiyyə sektorunda çoxsaylı korrupsiya sövdələşmələri, xüsusən də dərman bazarındakı acınacaqlı vəziyyəti ilə əlaqələndirilr.
Azərbaycanda Səhiyyə Nazirliyi vaksin və dərman vasitələrinin, diaqnostik və dezinfeksiyaedici vasitələrin və digər materialların satın alınmasını tender yolu ilə həyata keçirir. Əslində, bu iş tərzi sektorda şəffaflığın səviyyəsini aşağı salır.
2016-cı ildə səhiyyə sahəsinin tədbirlər planı qəbul edildikdən sonra bütün kimyəvi dərman preparatlarının pulsuz veriləcəyi bildirdiyinə baxmayaraq, bədxassəli qan xəstəliklərinin müalicəsinə zəruri olan bir sıra dərman vasitələri pulsuz dərmanlar siyahısına daxil edilməyib. Lazımi dərmanları yalnız paytaxt Bakının bəzi apteklərindən və baha qiymətə almaq olar. Qeydə alınıb ki, dərman vasitələrinin və tibbi ləvazimatların topdan və pərakəndə idxalı və satışı ilə məşğul olan şirkətlər qiymətləri məqsədəuyğunluğuna görə müəyyən edir.
Jurnalist araşdırması nəticəsində məlum olub ki, dövlət satınalmalarında qalib gələn şirkətlər ayrı-ayrı məmurlara məxsusdur. Onların arasında: “Zeytun”, “AvroMed” MMC, “Pharma Kapur”, “Azmedkom” və s. Azərbaycanda ən çox aptekə malik olan “Zeytun”, ölkədə fəaliyyət göstərən klinika və sağlamlıq ocaqlarının 90 faizindən çoxuna xidmət göstərir. Bu formal tender sistemi xüsusilə də Covid-19 pandemiyası zamanı o qədər geniş yayılmışdır ki, korrupsiya “virusdan daha təhlükəli” kimi təsvir edilmişdir. Pandemiyanın yayılması və qarşısını alındığı zamanı Azərbaycanda korrupsiya daha da geniş vüsət alıb. Azərbaycanın səhiyyə sistemində korrupsiyanın mövcudluğu barədə faktlarından biri də silahlı qüvvələri də daxil olmaqla, insan orqanlarının satışı ilə bağlı ifşalardır. Xüsusilə məlum olub ki, sabiq səhiyyə nazirinə məxsus klinikalarda İsraildən Azərbaycana gətirilən xəstələrin gizli əməliyyatları həyata keçirilib. Bundan başqa, mütəxəssislərin olmaması səbəbilə əməliyyatlar İsraildən gəlmiş və Azərbaycan Səhiyyə Nazirliyinin xüsusi icazəsinə malik hakimlər tərəfindən həyata keçirilib, orqanların çıxarılması və köçürülməsi prosesləri isə sənədləşdirilməyib. Deməli ki, beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ən korrupsiyalaşmış ölkələr siyahısına salınması heç də siyasi məqsəd daşımır. Bu, əslində, həmin ölkədə mövcud olan ciddi problemləri əks etdirir, yuxarıdakı ən yüksaək səviyyədə himayə olunur və idarə edilir. Bunlar səhiyyə, təhsil və ictimai əhəmiyyətli digər sahələrdə sistemli xarakter daşıyır və yalnız öz xalqına deyil, həm də region ölkələrinə təhlükə törədir və zərər verir.