2025
2025-03-28
Fotoşəkildə Müqəddəs Tovmanın monastırı
Tarixi Ermənistanın Qoxtn vilayəti (öz ərazisi ilə hazırki Naxçıvan Muxtar Respublikasının Ordubad, həm də Culfa rayonlarına uyğun gəlir) erməni mədəniyyətinin, ədəbiyyatının və adət-ənənələrinin beşiyi olmuşdur. Qoxtn Naxçıvanın cənub-şərqi hissəsində, Araz çayının sol sahilində yerləşir. “Aşxaratsuyts”a görə Vaspurakan əyalətinin 33-cü vilayətidir, 5-ci əsrin salnaməçisi Koryunun verdiyi məlumatlarına görə isə, Mesrop Maştots bir müddət bu vilayətdə yaşamışdır.
Görkəmli erməni etnoqrafı, folklorşünası və arxeoloqu Yervand Lalayanın qeyd etdiyinə görə Qoxtn vilayəti, haqlı olaraq, “mövhumat ”adlandırılır, çünki Sünik və bu vilayət xristianlığı ilk qəbul edənlər oldu. Burada Həvari Müqəddəs Bartalmay və Müqəddəs Tovma təbliq edirdi. “Atropatenadan gələrək Müqəddəs Bartalmay Qoxtna daxil olub, orada bir kilsə tikdirdi, həmin kilsə “Tanrı önündə” adlanıb...”.
Erməni kilsəsinin müqəddəslərindən biri Vahan Qoxtnetsi (700-737-ci illər) Qoxtnlı idi, yerli şahzadə Xosrovun oğlu. Tovmas və Ğukas Vanandlılar vilayətin Vanand kəndinin Nuricanyanların nəslindən idilər, onlar öz göstərdiyi fəaliyyəti ilə erməni çapı tarixində əbədi iz qoymuşlar. Amsterdamda mətbəə qurublar, bir sıra əsərlər çap etmişlər- “Qısa qrammatika”, “Şarakan” (erməni kilsəsinin tərənnümü), “Zəbur”, “Sadə hekayə”və s.
Manuk Abeqyan “deyilən, həm də qismən oxunan” epik mahnıları Qoxtn vilayəti ilə bağlayır. Movses Xorenatsi yazır. “Bunun haqqında həqiqətə uyğun olaraq bildirilir, şeirlər sətirləri, eşitdiyim kimi, şərəb kimi xoş, şirəli Qoxtn vilayətinin əhalisi zövqlə saxladı”. Şarab kimi xoş, şirəli vilayətin qusanları öz mahnıları, rəqsləri, söhbətləri ilə ermənilərin qədim mifoloji həm də səhnələşdirilmiş hekayələrini təqdim edərək çatdırdılar.
Erməni musiqisinin iki dahisinin Komitasın və Aram Xaçatryanın əcdadları da Qoxtndandır.
Qoxtnın zəngin mədəniyyət tarixi vilayətin şəhər və kəndlərində yazılmış günümüzə qədər çatan əlyazma irsini tamalayır, bir hissəsi Yerevan Qədim Əlyazmalar İnstitutunda-Matenadaranda saxlanılır. İncillər, kilsə mərasimləri məcmuəsi və s. bu mirasın bir hissəsidir. 1336-cı ildə Surb Nşan monastırının qələmxanasıda (Matenadaran, əlyazma nömrəsi 6257) köçürülmüş İncili, 1385-ci ildə yazılan saat kitabı, məsləhət dəftəri və dualar topladığı toplusu (Matenadaran, əlyazma nömrəsi 592) qədim əlyazmalarındandır. Qələm sahibi: Kahin Ğazar.
16-18-ci əsrlər ərzində Qoxtnda yaradılmış erməni əlyazmalarından Bistdə yazılmış İncili (Matenadaran, əlyazma nömrəsi 592), 1637-1638-ci illərdə Parağa kəndində kahin Martirosun köçürdüyü Tatevli Qrigorun “Sorğudan kitab”ı (Matenadaran, əlyazma nömrəsi 8205), 1634-cü ildə Qoxtnın Tsğna kəndində kahin Marutun yazdığı “Maştots”u (onu mədrəsə müəllimi David Tanki üçün tərtib etmişdir) (Matenadaran, əlyazma nömrəsi 4175) qeyd etmək olar. 1708-ci ildə Qoxtnda köçürülmüş İncil (Matenadaran, əlyazma nömrəsi 2590) və s. gözəl miniatürləri, yarımmağara şəkilli məkanları, işıqlandırılmış ornamentləri ilə seçilir.
Bu əlyazmalar Qoxtnın erməni zehni düşüncəsinin, qələm xətiblərinin, erməni yazı mərkəzlərinin, yaşayış məntəqələrinin və ümumiyyətlə Naxçıvan haqqında danışan şahidləridir, yuxarıdakının erməni tarixi və mədəniyyəti 20-ci əsrin əvvəlində Azərbaycana ilhaq edildikdən sonra susduruldu.
“Geĝard” fondu “Naxicevanın erməni yaşayış məntəqələri” adlı yeni seriyaya başlayır.
Bax:
Yervand Lalayan, Naxçıvan vilayəti, 1-ci hissə, Qoxtn, 1904-cü il.
Manuk Abeqyan, “Qədim erməni ədəbiyyatı tarixi”, 1-ci cild, 1944-cü il.
Eduard Aqayan, “Qoxtn (Qoxtn toponimi) erməni 221-Elmlər Akademiyasının məlumat bülleteni, sosial elmlər 12, 1957-ci il, s. 51-52.
Maştots adına Matenadaranın əlyazma siyahısı, c. 1-3.
A.Ayvazyan “Qoxtn vilayətinin Bist qəsəbəsinin memarlıq abidələri”, tarixi və filologiya jurnalı 1, 1978-ci il, s. 283-289.