2025

Azərbaycan dövlətinin yaranması və azərbaycanlıların etnogenezi problemi

Tarixçi-şərqşünas, tarix elmləri namizədi Anuş Harutyunyanın “Azərbaycan dövlətinin yaranması və azərbaycanlıların etnogenezi problemi” adlı kitabı nəşr edilib.

Monoqrafiya Azərbaycan dövlətinin yaranmasına, Azərbaycan xalqının formalaşması problemlərinə həsr edilmişdir. Əsərdə 19-cu əsrin əvvəllərindən rus hakimiyyətinin qurulması nəticəsində türkdilli islam əhalisi arasında başlayan proseslər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun şəraiti və şərtləri, Azərbaycanın sovetləşməsi ilə başlanan gəlişmələri ilə bağlı məsələlər müzakirə olunub.

Monoqrafiyaya yeni aşkar edilmiş bir sıra arxiv sənədləri əlavə edilib, həmin sənədlər sovet dövründə Azərbaycanda baş verən hadisələri yenidən işıqlandırmağa imkanı verir.

Erməni elmi dairələrində Azərbaycan dövlətinin tarixinə həsr olunan belə ilk əsərdir. Kitab “Geğard” elmi analitik fondunun dəstəyi ilə çap olunub.

Kitabın təqdimatı mart ayının 6-da, saat 14:00-da, Ermənistan Respublikasının Milli Elmlər Akademiyasının prezidentlik binasının dəyirmi zalında keçiriləcək (ş. Yerevan, M. Baqramyan prospekti, 24).

Telegram kanalımıza abunə olun