2026
2024-10-22
11-13-cü əsrlərdə İrana və Aropatenaya köçərilərin, xüsusilə türkdilli tayfaların axınına baxmayaraq, bölgədə fars dili əsas istifadə olunan dil kimi qalmağa davam edirdi. Lakin, iran mədəniyyətinin, fars dilinin və yerli ləhcələrinin çiçəklənməsi ilə yanaşı Atropatenada köçəri həyat sürən türk tayfaları arasında daxili ünsiyyət üçün istifadə olunan türk dili sarhədlərini genişləndirməyə davam edirdi. Məlumdur ki, İranın Səfəvi Şah İsmayıl türkcə şeirlər yazırdı.
İranda Səfəvilər sülaləsi qurulduqdan etibarən (16-cı əsrin əvvəli) Atropatenada türkdillilik geniş yayılmağa başladı. Bu həm də bir qədər şiəliyin yayılması ilə bağlı idi, çünkü çoxlu şiə türkdilli qızılbaş tayfaları Kiçik Asiyadan İrana köçmüşdür və Səfəvi hakimiyyətinin qurulmasına kömək etmişdir. Qızılbaş (“qırmızı başlar”) kollektiv adına baxmayaraq, bu etnik türk tayfalarının ortaq əcdadı yox idi. Qızılbaşlar tayfa ittifaqına .şamlı, ustaclı, təkəli, bayat, rumlu tayfaları daxil olurdu, yuxarıdakılar İranda hakimiyyət uğrunda Səfəvilərin apardığı mübarizəsinə qoşulmuşlar, müttəfiqlərinə çevrilmişdilər. Qızılbaşlar yeni qurulan dövlətin hərbi elitasını formalaşdırdı və şahın şəxsi mühafizəsini təmin etdi. Beləliklə, Səfəvilərin dövrü həm İranın dini vəziyyətinin dəyişməsi, həm türk tayfalarının Atropatenada məskunlaşdığı, həm də türk dilinin yayılması, istifadəsinin təşviqi baxımından dönüş nöqtəsi olmuşdur.
Dilin yayılması və dəyişməsi uzunmüddətli prosesdir, xüsusilə bölgədəki demoqrafik göstəricilər dəyişmirsə. Yerli irandilli əhalisi gəlmə türkdillilərlə ünsiyyət qurmaq üçün onların dilini də yavaş-yavaş öyrənir. Türkdillilərindən bəziləri yerli hakim elita idi, digərləri isə aşağı savadlılıq səviyyəsi ilə köçəri çoban idilər. Yuxarıdakılar yerli iran dillərini öyrənməyə qadir deyildilər.
Bütün bunların nəticəsində Atropatenada türkdillilik geniş yayıldı. Lakin nəzərə almaq lazımdır ki, Atropatenalılar öz yerli mikromədəniyyətinə malik olan, atropatena türkcəsi ilə danışan (fars dili ilə zidiyyət təşkil etmir) iranlıdırlar. Demək olur ki, atropatenalılar və ya azərilər iran mədəni kimliyi ilə türkdillilərdir. İranda yaşayan hər hansı yerli mikromədəniyyətə malik digər xalqlara bənzəyirlər-talışlar, mazandaranlılar, bəluclar və s. Halbuki bu fenomen Arazın şimalındakı Azərbaycan Respublikasına şamil edilmir. Azərbaycan toponimin və azəri tayfa adının linqvistik mənimsənilməsi milli və mədəni kimliyinin, sivilizasiya keçmişinin, tarixinin süni şəkildə formalaşmasına yönəlmişdir.
Şəkildə: Təbrizin Göy Məscidi, Məscid-i Kabud, 15-ci əsr