2026
2024-10-21
2024-cü ilin oktyabr ayının 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Həmin ölkənin prezidenti avqust ayının 27-də kampaniyanın başladığını rəsmən elan edib. Hakim “Gürcü arzusu” elan edib ki, parlamentdə çoxluq təşkil etmək, ən böyük müxalifət qüvvəsi olan “Vahid Milli Hərəkat” partiyasını və yuxarıdakına məxsus digər siyasi qüvvələrini siyasi meydanından uzaqlaşdırmaq istəyir. Müxalifət partiyalarının bir hissəsi fikir ayrılıqları bir kənara qoyaraq birgə siyahıları təqdim edib, digərləri isə təkbaşına parlamentə keçmək üçün mübarizə aparırlar.
2020-ci ildə hakim “Gürcü arzusu” partiyasının seçkiqabağı mesajlardan biri də “David Qareci Gürcüstandır” idi. O vaxt partiya elan edib ki, keçmiş hökumət Azərbaycana Gürcüstandan David Qareci monastır kompleksi də daxil olmaqla ərazi verib.
2020-ci ilin parlament seçkilərindən bir neçə həftə əvvəl, oktyabr ayının 7-də kartoqraflar İveri Melaşvili və Natalya İliçova[1] həbs olunublar. Daha sonra Tbilisi şəhər məhkəməsi girov müqabilində sərbəst buraxıb, lakin cinayət işi hələ də bağlanmayıb. Gürcü hökuməti elan edib ki, həmin cinayət işi dövlət əhəmiyyətə malikdir.
2024-cü ilin sentyabrın 5-də müxalifət “Batumelebi” dövri nəşri cinayət işi üzrə təqsirləndirilən, Gürcüstan-Azərbaycan dövlətlərarası demarkasiya və delimitasiya komissiyasının ekspert qrupunun keçmiş rəhbəri İveri Melaşvilinin müsahibəsini dərc edib, həmin müsahibədə yuxarıdakı qeyd edib ki, “2020-ci ildə David Qarecinin qeyd edilməsi sadəcə saxta və təbliğat idi”. Dövri mətbuat vurğulayıb ki, bu kampaniya zamanı partiya Qareci mövzusuna ümumiyyətlə toxunmur, qeyd edərək ki, “Qareci artıq Gürcüstan deyil mi?”.
Melaşvili öz növbəsində vurğulayıb ki, “2020-ci ilin seçkilərindən sonra bu məsələdə heç bir dəyişiklik olmayıb. Əksinə, belə bir kampaniya ilə qonşumuzu-tərəfdaş Azərbaycanı qəzəbləndirdilər. Bu ona gətirib çıxardı ki, əgər keçmişdə zəvvarlarımız və turistlərimiz dağ silsiləsinə qalxıb keçə bilirdilər, onda indi onlara keçməyə icazə verilmir”.
Ekspert qrupunun keçmiş rəhbəri eləcə də bildirib ki, 2014-2015-ci illərdə həmin xəritə də müzakirə olunub. “hamımız izah etdik və mövzunu müzakirə etməyi dayandırdılar, lakin seçkilər öncəsi camaatı aldatmaq üçün mövzu yenidən gündəmə gətiriblər”. Jurnalistin “Gürcü arzusu” niyə daha David Qarecinin adını qeyd etməmədiyi sualına Melaşvili cavab verdi. “Onlar artıq eyni bəyanatlarla insanları aldada bilmirlər...Yeri gəlmişkən, 2020-ci ilin seçkilər zamanı “Kartoqrafların işi” daha çox “arzu”nun xeyrinə deyil, əleyhinə işləyib”.
Sentyabrın 14-də “Gürcü arzusu”nun təsisçisi, fəxri sədri, milyarder Bidzina İvanişvili seçkiqabağı təşviqat toplantılarından birində elan edib ki, “seçkilərdən sonra güc tapılmalı və əldə olunmuş tapşırığa görə 2008-ci ildə satqın “Milli Hərəkat” osetin bacı-qardaşlarımızı atəşə atmaq üçün üzr istəməlidirlər”. İvanişvili həm də dəfələrlə bəyan edib ki, “ərazi bütövlüyünün bərpasına hazırlaşmaq üçün” parlamentdə çoxluq təşkil etmək lazımdır, bərpa isə yalnız sülh yolu ilə mümkündür.
İvanişvili oxşar bəyanatlardan sonra gürcü ekspert və siyasi sahəsi 2020-ci və 2024-cü illərin kampaniyaları arasında paralellər aparmağa başladı. Əgər 2020-ci ildə ərazi bütövlüyünün məsələsi və kampaniyası David Qareci məsələsi, mənsubiyyəti ətrafında qurulubsa, onda 2024-cü ildə Abxaziya və Cənubi Osetiya ətrafında qurulur.
Partiyası parlament seçkiləri kampaniyasında iştirak edən Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya günlər əvvəl “Gürcü arzusuna” istinad edərək qeyd edib ki, 2020-ci ildə “Qareci Gürcüstandır” və indiki kampaniyalar sadəcə səs almaq ücün blefdir. Qaxariya qeyd edib. “Niyə mən bunun ölkə üçün bu qədər təhlükəli olduğunu düşünürəm? Çünkü yaxşı xatırlayıram və bunun bir parçası olduğu mənim üçün kədərlidir, bilirəm ki, “Qareci Gürcüstandır” kampaniyası zamanı nə baş verib. Həmin təbliğatın yeganə nəticəsi o oldu ki, David Qarecidən cəmi 500 metr aralıqda böyük hərbi baza tikilmişdi”.
Qeyd etməyə dəyər ki, son illər ərzində David Qarecinin monastır kompleksinin mənsubiyyəti ilə bağlı əhəmiyyətli inkişaflar qeydə alınmamışdır. 2020-ci ilin parlament seçkilərindən sonra mövzu Gürcü siyasi və media sferasında demək olar ki, görünmürdü. Azərbaycan tərəfinin bəyanatlarından öyrənirik ki, Gürcüstan-Azərbaycan 480 kilometrlik sərhədinin 2/3 hissəsi razılaşdırılmışdır. Azərbaycan tərəfi iddia edir ki, Gürcüstan-Azərbaycan sərhədində heç bir mübahisəli məsələ yoxdur, elə məsələlər var ki, razılaşdırılmayıb.
David Qarecinin monastır kompleksi unukaldır, Gürcüstan-Azərbaycan sərhədindən keçən dağ silsiləsinin hər iki tərəfinə səpələnmiş 20 monastırdan ibarətdir. Hazırda Gürcüstan tərəfində yerləşən kompleksin baş monastırı Surb (Müqəddəs) David kilsəsidir. Udabno, Çiçxitur və Bertuban kilsələri silsilənin o biri tərəfində qaldı, həmin kilsələr indi Azərbaycanın nəzarəti altındadır. Azərbaycan iddia edir ki, kilsələr Albaniyanın mədəni irsidir və Gürcüstan ilə heç bir əlaqəsi yoxdur. Qeyd etməyə dəyər ki, sərhədin həmin hissəsi
Azərbaycan üçün strateji əhəmiyyətə malikdir, həmin ərazidə tikilmiş hərbi bazası və infrastrukturun inkişafı bunun bariz sübutudur.
Bu da aydındır ki, rəsmi Gürücüstan Azərbaycan ilə olan iqtisadi, siyasi, hərbi əməkdaşlıq və digər məsələləri nəzərə alaraq Qareci məsələsində aktivlik göstərmir.
[1] Onlar Azərbaycanla demarkasiya və delimitasiya danışıqlarında Gürcüstan üçün vacib xaritələri gizlətməkdə ittiham olunublar. Qeyd olunurdu ki, kartoqraflar 1937-38-ci illərdə çap olunmuş orijinal xəritələr gizlədiblər, 1:200000 miqyasda. Buna görə də, gürcü komissiyası məcburən 1970-80-ci illərin 1:100000 və 1:50000 miqyasda xəritələrini istifadə edib.