2025

COP29-a ev sahibliyi edən Azərbaycanın “iqlim davranışı”. 2-ci hissə. Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı gözləntilər

BMT-nin COP-un bütün görüşləri iqlim dəyişikliyinin problemlərinin həlli üçün əhəmiyyətli idi. Bunlardan bəziləri hətta qlobal siyasəti və prinsipləri baxımından tarixi iz buraxıblar. Belə, 1997-ci ildə Kioto konfransı baş tutub, Kioto protokolu imzalanıb, 2015-ci ildə Paris konfransı baş tutub, Paris sazişi imzalanıb. 2021-ci ildə Şotlandiyada-Böyük Britaniyada keçirilmiş COP26 də vacib idi. “Qlazqo (Glasgow) iqlim sazişi” adlı iqlim sazişi imzalandı,yuxarıdakı bu ölkələrin kömürdən istifadəni azaltmaq və iqlim maliyyəsinin aktiv səfərbər edilməsi öhdəliyinə dairdir.

Paris sazişi dünyanı təhlükəli iqlim dəyişikliyindən qorumaq üçün qlobal fəaliyyət planı hazırlayıb, qlobal isitləşməni 2°C qədər məhdudlaşdırmağı hədəfləyiblər. Saziş iqlim dəyişikliyinin yumuşaldılmasına, uyğunlaşmasına, maliyyəyə dairdir. Həmin fəaliyyətin məqsədi enerji sisteminin aşağı karbonlu, iqlim hadisələrinə tab gətirən iqstisadi artıma keçididir.

2010-cu ildə Tərənflərin 16-cı konfransında inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf edən ölkələrin ehtiyaclarını ödəmək üçün hər il 100 milyard ABŞ dollar səfərbər etməyi öhdəsini öz üzərinə götürüblər.

Tərəflərin 21-ci konfransının qərarında (Paris, 2015-ci il) yuxarıdakı pulu səfərbər etmə prosesinə 2025-ci ilə qədər davam etmə öhdəsi də yer alıb. 2025-ci ildə yeni məqsədin qəbulu gözlənilir.

İqtisadi Əməkdaşlıq və inkişaf Təşkilatının BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının[1] məqsədə doğru irəliləyişə qiymətləndirən yeddinci hesabatına görə, 2022-ci ildə inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi kimi inkişaf etmiş ölkələr ümuilikdə 115.9 milyard ABŞ dollar səfərbər edərək veriblər. İlk dəfə illik 100 milyard dollarlıq hədəfi keçib. İqlim maliyyəsi məqsədinə nail olmasına COP26 zamanı inkişaf etmiş ölkəkər arasında əldə edilmiş sazişlər böyük töhfə verdi.

Buna görə də, 2022-ci ildən etibarən Tərəflərin konfransının keçirilməsinə ölkənin seçilməsi, mahiyyətcə, lazımi 100 milyard ABŞ dolları və ya daha çox vəsaiti səfərbər etmək üçün mövcud imkan və potensialla bağlıdır.

2024-cü il aprel ayında Berlində iqlim nazirlərinin görüşü zamanı Almaniya kansleri Olaf Şolts deyib. “bu ilki iqlim müzakirəsinin əsas nöqtəsi maliyyə olmalıdır”, vurğulayaraq ki, “təkcə dövlət maliyyəsi kifayət etməyəcək”. O bəzi inkişaf etməkdə olan iqtisadiyyatlara iqlim dəyişikliyi ilə mübarizəyə pul ayırmağa çağırıb.

“Financial Times”-in “BMT-nin rəhbərləri deyirlər.İqlim maliyyəsi COP29 konfransı üçün prioritet olmalıdır” (24.03.14) məqaləsində denilir ki, bu il Bakıda keçiriləcək BMT-nin İqlim konfransı maliyyəyə üstünlük verməlidir və iqlim dəyişikliyi üzrə mübarizəyə yeni maliyyələşdirmə mənbələri müəyyən etməlidir. İqlim məsələləri ilə məşğul olan liderləri kimi tanınan bir çox yüksək vəzifəli məmurlar artıq qeyd ediblər ki, bundan sonra iqlim maliyyəsi səfərbərliyi BMT-nin Tərəflər konfransının istənilən görüşün əsas məsələsi olacaq.

Beləliklə, sual yaranır ki, COP29-u keçirmək üçün Azərbaycan maliyyə baxımından kifayət qədər cəlbedicidirmi? Və cavabı-bəlidir. Neft ölkəsi Azərbaycan BMT-nın COP29 konfransından əvvəl iqlim maliyyəsinin səfərbər etməsi istiqamətində öz ilk simvolik addımını atıb. İlham Əliyev sözdə “gələcək üçün iqlim investisiya fondu” yaradıb, spekulyativ əməliyyat keçirmə öhdəsini öz üzərinə götürüb. Azərbaycanın dövlət neft “SOCAR” şirkətinin investisiyasi ilə yaşıl layihələr üçün ən azı 500 milyon dollar toplamağı planlaşdırır.

Əliyev fəal şəkildə yaradılmış fondunda sərmayə qoymağa hazır olan dost ölkələri axtarır. Demək olar ki, bütün Mərkəzi Asiya ölkələrinin liderlərini fərdi olaraq COP29-də iştiraka rəsmi dəvət etmişdir. Mərkəzi Asiyanın dövlətlərinin liderlərinin sonuncu məşvərət görüşü zamanı Özbəkistanın prezidenti Mirziyoyev tərəflərə COP29 görüşü zamanı birgə mövqe ilə çıxış etməyi və bu tədbiri dəstəkləməyi təklif edib. Lakin, yeni yaradılmış fondunda hələ heç bir ölkə sərmayə qoymağa hazır olduğunu açıqlamayıb. Hətta iqlim xaosunun qarşısını almaq üçün heç bir böyük neft və qaz şirkəti minimumunu belə edəcəyinə söz vermir.

Qeyd etməyə dəyər ki, iqlim fondunun ideyası yeni bir şey deyil. Birləşmiş Ərəb Əmirlikləri Dubayda keçirilmiş sonuncu COP28-u zamanı 30 milyard dollarlıq fondu haqqında elan edib, yuxarıdakının məqsədi 2030-cu ilə qədər iqlim fəaliyyəti üçün özəl sektora 250 milyard dollar investisiya səfərbər etməsidir. Müqayisədə, Azərbaycan fondunun vəsaiti kifayət qədər təvazökardır (500 milyon dollar).

Beləliklə, COP29 keçən ilki razılaşma ilə müəyyən edilmiş fosil yanacaqlardan uzaqlaşma və iqlim maliyyəsi üçün yeni hədəf müyyən etməsinə diqqət yetirməli. Azərbaycan iqlim maliyyəsi üçün yeni konsolidasiya edilmiş kəmiyyət hədəfi üzrə razılığın əldə edilməsinə dəstəkləməli.(ədalətli şərtlərlə maliyyələşmədə trilyonlarla ifadə edilməlidir).

Aydındır ki, COP29-a ev sahibliyi, külli miqdarda pul xərcləməsi, dost ölkələrinin liderlərini və fəxri qonaqların qəbulu, beynəlxalq çərçivəsində geniş təbliğatı təsadüfi deyil və müəyyən məqsədi var. Azərbaycan beynəlxalq ictimaiyyətinə öz iqtisadiyyatının böyük hissəsinin neft sənayesindən asılı olduğuna baxmayaraq ölkə iqtisadiyyatına ən son texnologiyalarının tətbiq etməsini, ətraf mühitin mühafizəsi və yaşıl layihələrinin tətbiqi ilə bağlı narahat olduqlarını inandırmağa çalışır. Bütün bunların siyasi, təbliğat konteksti var,özünü dünyaya mütərəqqi, texnoloji cəhətdən inkişaf etmiş, demokratik və insan hüquqlarına hörmət edən dövlət kimi təqdim etməyə çalışır. Yəni, bütün bunlar əliyev təbliğat maşınının onilliklər ərzində qurulmuş saxta domendə tamamilə yerləşir.

Lakin reallıq başqadır, Azərbaycanın istər texnoloji, istər iqtisadi, istər ekoloji, istərsə də demokratiyanın inkişaf səviyyəsi ən aşağıdadır və əliyev rejiminin dövründə həmin sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etməsi gözlənilmir.

Nazaryan Gevorg

[1]İDÜÇK- iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası.

Telegram kanalımıza abunə olun