2025
COP29 nədir?
COP qlobal iqlim problemlərinə həsr olunmuş beynəlxalq konfransdır, hər il BMT tərəfindən keçirilir. COP “tərəflərin konfransı” (Conference of Parties) ifadəsinin abreviaturasıdır, buna görə, BMT iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) qoşulmuş ölkələr qanuni olaraq beynəlxalq müqavilənin “iştirakçısıdır”. Müqavilənin tərəfləri “iqlim sisteminə təhlükəli antropogen müdaxilənin” qarşısını almaq üçün könüllü fəaliyyət göstərmə öhdəliyini öz üzərinə götürmüşlər.
İllik konfranslar zamanı öhdəlik götürən ölkələrin hökumətlərinin nümayəndələri tərəqqi haqqında bildirirlər, qarşılarında aralıq məqsədlər qoyurlar, qlobal fayda gətirən elmi-texniki tərəqqinin yayılmasına dair müqavilələr bağlayırlar və siyasi danışıqlar aparırlar. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərin neft dövləti olduğuna baxmayaraq, COP28 Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) keçirilib. Neft ölkələri adətən öz neft və qaz hasilatını saxlamağa meyllidirlər, bu da öz növbəsində istixana qazı emissiyalarının artmasına fayda verir. Eyni zamanda qeyd olunan “neft və qazdan daha iqlimə uyğun yanacağa keçid” ideyasına ziddir. Məsələn, bərpə olunan enerji istehsalının təşviqi qlobal miqyasda istixana qazı emissiyalarının azalmasına töhfə verir.
Lakin, 2024-cü il noyabr ayının 11-22-də Bakıda Azərbaycanın ev sahibliyi edəcəyi BMT COP29 konfransı insan hüquqlarının müdafiəsi sahəsində mənfi reytinqlə başqa bir neft ölkəsində keçirildiyinə tənqid olunacaq. BMT-nin İqlim dəyişikliyi konfransı Azərbaycanda keçiriləcəyi barədə qərarı 2023-cü il dekabr ayında Azərbaycanın Dağlıq Qarabağa genişmiqyaslı hücumundan və Artsaxın erməni əhalisinin boşaldılmasından (deportasiya) cəmi üç ay sonra qəbul edildi.
Bu konfrans COP-un əvvəlki görüşlərin nəticələrinə əsaslanaraq iqlim dəyişikliyi ilə bağlı səylərini davam etdirəcək.
COP29-da əsəs müzakirə mövzularıdır.
Paris sazişinin həyata keçirilməsi. Ölkələrin istixana qazlarının emissiyalarını azaltmaq üzrə öhdəliklərinə əməl etmələrinə zəmanət vermək.
İqlim layihələrinin maliyyələşdirilməsi. Inkişaf edən ölkələrdə iqlim layihələrinin hayata keçirməsində dəstəkləmək üçün maliyyə resurslarının səfərbər edilməsi.
Uyğunlaşma və mübarizə. Iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və həssas icmalarda mənfi iqlim hadisələri ilə mübarizəyə yönəlmiş səylərin həyata keçirilməsini genişləndirmək.
İtkilər və zərərlər. artıq baş verən iqlim dəyişikliyinin təsirlərini nəzərdən keçirmək və zərər görmüş bölgələrə dəstək vermək.
Konfrans eləcə də Kioto Protokoluna (CMP 19) və Paris sazişinə (CMA6) həsr olunmuş Tərəflərin konfrans iclasları keçirəcək.
Azərbaycanın “iqlim davranışı” və istixana qazların emissiyaları
Azərbaycan İqlim dəyişikliyi üzrə BMT-nin çərçivə sənədini 1995-ci ildə, Kioto Protokolunu isə 2000-ci ildə təsdiq edib. 2016-cı ildə Azərbaycan Paris sazişini imzalayıb, 2017-ci ildə isə yuxarıdakını ratifikasiya edib. Öz “milli səviyyədə müəyyən edilmiş töhfələrdə” (NDC) (İqlim amilləri proqramı, hər bir ölkə Paris Sazişinin tələbi kimi təqdim edir) Azərbaycan qeyd edib ki, 2030-cu ilə qədər 1990-cı səviyyələri ilə müqayisədə istixana qazı emissiyalarını yüzdə 35 azaltmağını hədəfləyir. İmzalanmış və təsdiq olunmuş beynəlxalq protokollarına, sazişlərinə, Kioto, Paris protokoluna baxmayaraq, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəmir. Onun göstərdiyi fəaliyyəti və tədbirləri əsasən beynəlxalq tərəfdaşları üçün bir növ nümayişə xidmət edir.
Atmosferdə karbon qazının azaldılması haqqında Paris sazişinin (Azərbaycan imzalayıb) tələbi ilə ən azı iki ildən bir ölkələr həmin məlumatları dərc etməlidirlər. Faktiki olaraq, Azərbaycan 2018-ci ildən istixana qazları emissiyaları ilə bağlı məlumatların dərcini dayandırıb. Lakin, istixana qazları emissiyaları durmadan artır. SOCAR emissiyaların artmasına töhfə verən yeganə şirkət deyil, eləcə də “British Petroleum” var. Azərbaycan hakimiyyəti susqunluğunu COVİD-lə izah edib.
Ən son rəsmi istixana qazı emissiyaları məlumatları 2017-ci ilə aiddir, o zaman 1990-cı ildən 38 faiz aşağı idi, enerji sektoru isə ümumi emissiyaların 75 faizini təşkil edirdi. Enerji üzrə beynəlxalq agentliyinin məlumatlarına görə, 2017-ci ildə Azərbaycanda CO₂ emissiyaları 30.9 milyon ton təşkil edib (2005-ci ildən +6.6 %, 1990-cı ildən -42.1 %). Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycanın enerji tələbatı (ümumi enerji təchizatı kimi ölçülür) 16.1 milyon ton neft ekvivalentində olmuşdur. 2020-ci ildən etibarən Azərbaycanda elektrik enerjisi istehsalı 50 faizdən çox artmışdır, 2022-ci ildə 29.0 teravat-saat təşkil edib. Əsasən təbbi qazdan istehsal olunur (2022-ci ildə 90 faizdən çox).
2021-ci ildə Azərbaycanın ümumi son istehlakı (transformasiya hissəsi olmadan)11.5 milyon ton neft ekvivalenti təşkil edib. Ev təsərrüfatı sektoru son ən böyük istehlaka malikdir (2021-ci ildə 4.1 milyon ton neft ekvivalenti təşkil edib). Son enerji sərfiyyatına görə nəqliyyat ikinci yerdədir (2021-ci ildə 2.6 milyon ton neft ekvivalenti təşkil edib). Nəqliyyat sektorunda istifadə olunan neft məhsullarının əksəriyyəti Azərbaycanda istehsal olunur.
Yekun ümumi istehlak əsasən təbii qazdan (43 %) və neft məhsullarından (39 %) ibarətdir, ondan sonra elektrik enerjisidir (15 %).
Lakin, ölkə yanacağın (qiymətlər və ya vergilərlə mahdudlaşdırılmamış), və təbii qazın (bütün sahələrdə subsidiya edilir) tələbatın artımını cilovlamasa , 2030-cu ildə “Milli səviyyədə müəyyən edilmiş töhfələr” sənədinin məqsədinə çatmaq çətin olacaq.
Azərbaycanda son istehlakçılara tədarük olunan neftin, qazın və enerjinin indiki qiymətləri regionda ən aşağılarındandır (hətta tədarük qiymətindən aşağı müəyyən edilir). 2018-ci ildə Azərbaycanın enerji qiymətlərinin subsidiyaları 2010-cu illə müqayisədə 3 dəfə çox olub, elektromiyoqram hesablamalarına görə 2.6 milyard ABŞ dollar və ya ümumi daxili məhsulunun 5.8 %-i təşkil edib. Belə ağır subsidiyalaşdırılən tariflər şəraitində ev təsərrüfatları və sənaye istehlakçıları enerjidən daha səmərəli istifadə etmək üçün heç bir həvəsi yoxdur. Avrasiya İqtisadi Birliyi regionunda Azərbaycanın neft yanacağının qiymətləri ən aşağı qiymətlər arasındadır (aşağıdakı cədvəlinə bax) və bu fakt istehlakçılara daha iqlimə uyğun yanacaq seçimlərinə keçmək üçün stimul vermir (məsələn elektromobillər, hibrid avtomobillər almaq, hidrogen yanacağı, sıxılmış təbii qaz (CNG) və ya mayeləşdirilmiş neft qazından (LPG) istifadə etmək).
Mənbə. Avrasiya İqtisadi Komissiyası, Sputnik Azərbaycan
İstixana qazı emissiyalarının digər böyük mənbəyi qazın alışmasıdır. Tutmaq əvəzinə qazın yandırmasıdır, neftin qazılması zamanı baş verir və qlobal istiləşməyə böyük töhfə verən karbon qazın, metan və qara karbonun emissiyalarının əsas mənbəyidir. “Financial times” dövri nəşrinə görə, 2023-cü ildə Azərbaycanda qazın yandırma dərəcəsi son onillikdə ən yüksək göstəricisidir։ Tədqiqatçılar qrupunun təhlili bunu göstərdi ki, “British Petroleum” və “SOCAR” şirkətləri günahkarlar arasındadır.
“Global Witness” qeyri-kommersiya təşkilatı tərəfindən peyk məlumatlarının təhlili bunu ortaya qoydu ki, Azərbaycanda neft və qaz qurğularında yanan qazın həcmi 2018-ci ildən etibarən 10.5 %-lə artıb. o zaman ölkə istixana qazı emissiyaları bildirib.
Ölkənin məşəldə yandırılmasını azaltmaq üçün ölkənin əvvəlki səylərini nəzərə alaraq belə artım əhəmiyyətlidir. Məsələn Dünya Bankının məlumatlarına görə, Azərbaycan 2012-ci ildə 333 milyon kubmetrdən 2020-ci ildə qazın yandırması ildə 135 milyon kubmetrə qədər azaldıb. Lakin, sonuncu peyk məlumatları göstərirlər ki, 2018-ci ildən etibarən mindən çox ayrı-ayrı hadisələri ilə 70 %-dən çox qazın yanma sürəti artmışdır.
Azərbaycanın mənfi iqlim davranışına əlavə olaraq Azərbaycan hakimiyyətinin siyasi yanaşmalarını qeyd etməyə dəyər. Xüsusi ilə, 2024-cü il aprel ayında Berlində iqlim dəyişikliyinə dair yüksək səviyyəli görüş zamanı İlham Əliyev ölkənin qalıq yanacaq sektorunu qorudu, iddia edərək ki, Avropa tələbinə görə,öz ölkənin “nefti və qazı illər boyu” lazım olacaq.
Əliyev deyib ki, Azərbaycan yaşıl enerji təchizatı infrastrukturunu çalıştığında, “geosiyasi vəziyyətlə əlaqədar olaraq” “Avropaya daha çox qaz lazım olduğundan” qaz hasilatı infrastrukturuna da sərmayə qoyur.
Bakının başçısı eləcə də neft və qaz ehtiyatlarına malik olan ölkələrə İqlim dəyişiklik mövzularına dair müzakirələri zamanı “ön sıralarda” olmağa çağırıb.
Bu İqlim dəyişikliyə dair qlobal siyasətinə, Paris sazişində yer almış yanaşmalarına və illik iqlim sammitlərinin məntiqinə tamamilə ziddir.
Nazaryan Gevorq