2026

Sisərnəvəng erməni kilsə memarlığının şah əsərlərindən biri

2024-08-26

Azərbaycanlılar tərəfindən erməni mədəniyyətinin mənimsəməsi hələ Sovet dövründən etibarən başlamışdır. Erməni orta əsr monastırları, kilsələri, xaçkarları, qəbir daşları və digər abidələr azərbaycanlı “alimlərin” qələmi ilə guya alban və ya türk tayfalarına aid mədəni dəyərləri kimi elan edilmişdir. Azərbaycan hətta tarixi abidələrinin üzərindəki erməni yazılarına məhəl qoymayaraq, erməni maddi mədəniyyətini mənimsəməyə və azərbaycan kimi təqdim etməyə çalışır.

Erməni kilsə memarlığının şah əsərlərindən biri Qaşatağ (Laçın) ərazisində qorunan Tsitsernəvəng (Sisərnəvəng) də oxşar taleyi yaşadı.

2020-ci ilin sonunda əliyev rejimi Tsitsernəvəngdə bir “teatr tamaşası” təşkil edir və bunun videoyazısını internetdə yerləşdirir. Azərbaycanda girov kimi yaşayan udi xalqının bir neçə nümayəndəsi azərbaycanlı hərbçilərinin nəzarəti altında monastırda dini ritualın təqlidini yerinə yetirirlər. Məqsədi belə bir təbliğat tədbiri ilə, sonradan azərbaycan tarixi-mədəni irsinin bir hissəsi kimi elan edilməsinə dair uzunmüddətli planla monastırı alban kimi təqdim etməsidir.

Lakin reallıq belədir. Tsitsernəvəng (Sisərnəvəng) Ermənistan krallığının Sünik vilayətinin Ağaheçk əyalətində (Berdzordan təxminən 30 km şimal-qərbdə Həkəri çayının yuxarı qərb qolu Ağavano (Zabuxçay) çayının sağ sahilində Tsitsernəvəng (Hüsülü) kəndində) yerləşir. Orta əsrlərdən etibarən monastır məşhur bir ziyarətgah idi, Müqəddəs Georgi bazilika kafedralı ilə.(4-cü əsrdə bütpərəst məbədin təməli üzərində inşa edimişdir), yuxarıdakının divarlarında və ətraf ərazilərində erməni yazıları[1] var idi.

Tsitsernəvəng (Sisərnəvəng) tarixdə və xalq istinadlarında da Agravi (qarğa) məzarı, qəbir daşı, Tsitsernəvəng (Sisərnəvəng) və digər adları ilə də məlumdur. 13-cü əsrin erməni tarixçisi Stepanos Orbelyan öz “Sünik ölkəsinin tarixi” əsərində erməni 10 kilsə və monastır arasında Tsitsernəvəngin (Sisərnəvəng)[2] də adı çəkilir. Böyük zəvvarlıq yeri idi, xüsusi ilə  Hambardzman (Yüksəliş) və Müqəddəs Xaç bayramında Sünik və Artsax vilayətlərinin minlərlə erməni zəvvar ziyarət edib.

1993-cü ildə Tsitsernəvəngin (Sisərnəvəng) ərazisi azad edilmiş. 1998-2000-ci ildə monastır kompleksinin həyətində qazıntılar aparılmışdır, ərazi təmizlənib, kilsə əsaslı təmir edilmişdir. Yeməkxanası yenidən qurularaq muzeya çevrildi, arxeoloji qazıntılardan tapılan materiallar orada saxlanılırdı.                                                                                           

                                                                                                   

Foto Nerses Matinyan tərəfindən çəkilmişdir

[1] Sedrak Barxudaryan, Erməni litoqrafiyasının divanı, 5-ci cild, Yerevan, 1982, səhifə 192-193.

[2] Stepanos Orbelyanc,“Sünik ölkəsinin tarixi”, Yerevan, 1986, səhifə 197.

Telegram kanalımıza abunə olun