2025

44 günlük müharibəsindən sonra intihar edən azərbaycanlı hərbçiləri. 3-cü hissə

2024-08-09

44 günlük müharibəsindən sonra azərbaycanlı keçmiş hərbçilərinin kifayət qədər səs-küy salmış intihar hadisələrini Azərbaycan öz daxili auditoriyasına guya psixi pozğunluğu olan şəxslərin hərəkəti kimi təqdim edir. Belə çıxır ki, müharibə iştirakçılarının arasında nəinki "səhhətində problemləri olan" insanlar var idi, hətta onlar hərbi əməliyyatlarda iştirak etməsinə ölkə başçısının sərəncamı ilə "qəhrəmanlar" kimi təltif ediliblər. Ölkə başçısının sərəncamı ilə onlar iştirakçı “qəhrəman” kimi təltif ediliblər.

Ölkədə baş verənləri rəsmi Bakı nə qədər başqa cür təqdim etməyə çalışsa da, faktlar bunun əksini sübut edirlər.

  1. Vüsal Musayev

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intihar edən növbəti azərbaycanlı hərbçi Vüsal Musayevdir. Onun qardaşının Ramin Musayevin dediyinə görə, Vüsal Hərbi Hospitalın hamamında hamam xalatının kəməri ilə özünü asaraq intihar edib. Qeyd etməyə dəyər ki, Vüsal Musayev hərbi əməliyyatları zamanı fərqlənən müharibə içtirakçılarından biridir, “Cəsur döyüşçü” medalı[1] ilə təltif edilib.

  1. Alim Məmmədov

Kapitan Alim Məmmədov 1989-cu il təvəllüdlüdür. Daxili Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri idi. O tapança ilə atəş açaraq özünü öldürüb[2].

  1. Ülvi İsgəndərov

1997-ci il təvəllüdlü İsgəndərov Ağdaş rayonunda intihar edib. Müharibədən əvvəl o Bakı şirkətlərindən birində mühafizəçi işləyib, lakin müharbədən sonra onu artıq işə gütürməyiblər. Keçmiş hərbçinin atası müsahibə zamanı qeyd edib ki, oğlu 1 ildən çox idi ki, iş tapa billmirdi. “Nə deyə bilərəm. Çox ağırdır. Oğlumun narahatlığı işsizlik idi. Müraciət etmədiyi yer qalmamışdı. Ağlımıza gətirəməzdik ki, belə bir addım atar[3]”.

Ülvi İsgəndərovun dostu isə əlavə edib. “Uzun savaş keçən, Füzuli[4], Qubadlı[5], Cəbrayıl[6] və Zəngilan[7] döyüşlərində qəhrəmanlıq göstərən bir adama medal verilməmişdi[8]”. Onun dediyinə görə, dostunun problemləri işsizlik və medal almamaq idi.

  1. Rüfət Nəbizadə

Leytenant Rüfət Nəbizadə Daxilli İşlər Nazirliyinin Daxilli Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib. Müharibədən öncə Nəbizadə YAŞMA-nın tərkibinə qoşulub. İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşinin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdu[9].

  1. Elçin Hüseynzadə

Xəzər rayon sakini Elçin Hüseynzadə 44 günlük müharibəsinin növbəti iştirakçılarından biri idi. Hüseynzadenin ölümü barədə Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev bildirib. Onun dediyinə görə intihar edən hərbçinin cibində məktub tapılıb və prokurorluğa təqdim edilib[10].

  1. Namin Məmmədov

Gizir Namin Məmmədov intihar edən növbəti azərbaycanlı hərbçidir. O məzuniyyətdə olarkən yaşadığı evində intihar edib. Qeyd etməyə dəyər ki, Məmmədov da döyüşlər zamanı fərqlənmişdi, “Suqovuşanın[11] azad olunmasına görə” medalı ilə təltif edilib[12].

[1] news24.az, İntihar edən qazi Vüsal Musayev özünü hamam xalatının kəməri ilə BOĞUB- QARDAŞI DANIŞDI: https://news24.az/54743-gece-intihar-eden-shehidimiz-ozunu-hamam-xeleti-ile.html (giriş 15.07.2024).

[2] Sonxeber.az, Ürəyindən tapança ilə atəş açaraq özünü öldürən KOMANDİRİN YENİ FOTOSU: https://sonxeber.az/208009/ureyinden-tapanca-ile-ates-acaraq-ozunu-olduren-komandirin-yeni-fotosu (giriş 16.07.2024).

[3] Bizim.media, İntihar edən qazinin ATASI - “İş üçün baş vurduğu qapılar üzünə bağlandı”: https://bizim.media/az/cemiyyet/47096/ (giriş 16.07.2024).

[4] Erməni: Varanda.

[5] Erməni: Sanasar.

[6] Erməni: Crakan (Mexakavan).

[7] Erməni: Kovsakan.

[8] Bizim.media, İntihar edən qazinin ATASI - “İş üçün baş vurduğu qapılar üzünə bağlandı”: https://bizim.media/az/cemiyyet/47096/ (giriş 16.07.2024).

[9] Press.az, Xüsusi təyinatlı zabitimiz intihar edib – FOTOLAR:

https://press.az/az/news/87903 (giriş 17.07.2024).

[10] Becan.az, Daha bir qazi özünə qəsd etdi - Cibindən məktub tapılıb – FOTO: https://becan.az/index.php?newsid=1691 (giriş 24.07.2024).

[11] Erməni: Matağis.

[12] Modern.az, Azərbaycan Ordusunun giziri İNTİHAR EDİB: https://modern.az/azerbaycan-ordusunun-giziriintihar-edib-/311934 (giriş 25.07.2024).

Telegram kanalımıza abunə olun