2026
2026-05-06
ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası bu yaxınlarda Azərbaycanla bağlı 2025-ci ilin yenilənmiş hesabatı dərc edib. Digər problemlərlə yanaşı qeyd olunur ki, Dağlıq Qarabağda və ətrafdakı tarixi erməni dini abidələri təhlükə altında qalmağa davam edir-2025-ci ilin iyul ayında peyk görüntüləri vasitəsilə ən azı 8 dağıdılmış və 10 zədələnmiş dini obyekt qeydə alınıb.
Hesabatın dərc edilməsindən bir neçə gün sonra, vandalizmin bir neçə halı da məlum oldu. Peyk görüntüləri ilə təsdiqləndi ki, Stepanakertdə Surb Astvatsamor (Anası Himayəsi) Kafedralı və Surb Hakob kilsəsi tamamilə dağıdılıb, bir çox kilsələrin taleyi isə hələ də naməlum olaraq qalır.
Hesabatda habelə iyirmidən çox xristian erməni məhbuslara qarşı tətbiq edilən təzyiqləri qeyd olunur. Onlar lazımi hüquqi müdafiə ilə təmin edilmədən mühakimə olunub, döyülüb, psixoloji zorakılığa məruz qalıb, onlara zəruri dərmanlar və normal qida verilməyib, “İncil”i yanlarında saxlamağa icazə verilməyib, bədənlərinə döymə edilmiş xaçlar “yandırılaraq” silinib.
Hesabatda dini zəmində təzyiqlər sırasında habelə şiə dini xadimlərinə qarşı zorakılıq və onların ağır şəraitdə saxlanılması qeyd olunur. Sənəddə hamçinin vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblər qeyd edilib.
Təbii ki, cüzi tənqid və ya hər hansı problemi qeyd edən istənilən hesabat və ya bəyanat Bakıda qərəzli və təxribatçı kimi qıymətləndirilir.
Hesabata habelə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) reaksiya verib. QMİ-ə görə, bu qiymətləndirmələr “ölkə daxilində və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində Azərbaycanın göstərdiyi səylərini” əks etdirmir. Aprel ayının 27-də Qafqaz Müsəlmanları İdarəsi daha bir bəyanat yayaraq kilsələrin dağıdılma siyasətinə haqq qazandırıb. Həmin qurumun məntiqinə görə, kilsələr “işğalın” simvollarıdır və buna görə də onların dağıdılması dini və mədəni irsin məhv edilməsi kimi qiymətləndirilə bilməz.
Gördüyümüz kimi, hesabatın qiymətləndirmələri və “Bakının tolerantlığının” təbliğatı bir-birinə ziddir. Məsələ ondadır ki, “tolerantlıq” sözü necə ola bilər ki, abidələrin dağıdılması, onların təhrif edilməsi və mənimsənilməsi, erməni kimliyinin tam inkarı kimi halları özündə ehtiva etsin. Üstəlik, bütün bunlar açıq şəkildə və çəkinmədən həyata keçirilir, elan olunan “tolerantlıq” isə ilk növbədə xarici auditoriyaya ölkənin təqdimatının bir hissəsidir.
Tolerantlıq sözünün çox dəqiq izahı var: bu, başqalarının-özündən fərqli və ya ona zidd olan inanc və davranışlarına qarşı anlayışlı və hörmətli münasibətdir. “Tolerantlıq” sadəcə söz deyil, bir anlayış və fenomendir ki, ya mövcuddur, ya da yoxdur. ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının hesab etdiyi kimi, bu baxımdan Azərbaycanı xüsusi müşahidə siyahısında saxlamaq zərurəti var.