2026

Azərbaycanda pedofiliyanın getdikcə artan templəri

2026-02-11

Uşaqların istismarı, pedofiliyası və bu halların yayılması azərbaycan cəmiyyətinin ən ciddi və eybəcər problemlərindən biri olaraq qalmağa davam edir. Bu vəziyyət sistemli uğursuzluqlar, sosial-mədəni problemlər və hüquq-mühafizə sisteminin faktiki fəaliyyətsizliyi ilə əlaqədardır. Yalnız 2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanda Uşaqların Müdafiəsi üzrə qaynar xəttinə uşaqlara qarşı tətbiq olunan zorakılıq faktları ilə bağlı 334 müraciət daxil olub, onlardan 19-u uşaqlara qarşı cinsi zorakılıq halları ilə əlaqəli olub. Bu göstəricilər Azərbaycanda cinsi cinayətlərin qarşısının alınması və aşkar edilməsi istiqamətində həyata keçirilən tədbirlərin əksər hallarda formal xarakter daşıdığını sübut edir. Üstəlik, yetkinlik yaşına çatmayanların məhz güc strukturlarının nümayəndələri tərəfindən cinsi zorakılığa məruz qalması barədə faktlar da mövcuddur.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hələ də 2023-cü ildə bildirmişdi ki, həmin ilin 10 ayı ərzində komitəyə uşaqlara qarşı cinsi zorakılıq halları ilə bağlı 15 müraciət daxil olub. Lakin həmin komitənin 2024-cü il üzrə rəsmi hesabatında ölkədə cinsi zorakılığa məruz qalmış uşaqların sayı ilə bağlı statistik məlumatlar yoxdur.

“UNİCEF Azerbaijan”ın nəşr etdiyi “Azərbaycanda uşaqların müdafiə sistemi. vəziyyətin təhlili” adlı hesabatına görə, yetkinlik yaşına çatmayanlar əsasən kəndlərdən qaçılaraq Bakıya aparılırlar. İnsan alveri ilə məşğul olan qruplaşmalar onları cinsi istismara məruz edir və ya dilənçiliyə cəlb edirlər.

Bu faktlar göstərir ki Azərbaycan rəhbərliyi insan hüquqlarının müdafiəsi üzrə bir sıra konvensiyalara formal olaraq qoşulub. Xüsusilə, Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqları barədə Konvensiyasını ratifikasiya etsə də, onun müddəalarının icrası faktiki olaraq formal xarakter daşıyır. Azərbaycan qanunvericiliyinin uşaqların cinsi istismarının qarşısının alınması və bu əməllərin cəzalandırılması ilə bağlı beynəlxalq normaların tələblərinə uyğun olmaması hüquqi baxımdan ciddi problemlərindən biridir.

Uşaq pornoqrafiyasının yayılması və uşaqların cinsi istismarı hallarının ictimailəşdirilməsi, sənədləşdirilmiş materiallar və vətəndaş cəmiyyəti nümayəndələrinin narahatlıqları göstərir ki, Azərbaycanda uşaqların cinsi istismarı cəzasızlıq mühitində geniş şəkildə yayılıb.

2025-ci ilin qalmaqallı hadisələrindən biri Nxçıvanın Kəngərli rayonunda 14 yaşlı oğlanın zorlanmasıdır. Bu iş üzrə 4 kişi barəsində ittiham irəli sürülüb, onlardan üçü hərbçidir. Zərərçəkmişin atası bildirib ki, ictimai tənqidlərdən sonra, oğlu bir müddət məktəbə getməyə məcburən ara verib. Oğlanın zorlanması işi üzrə hakim Səxavət Hüseynov olduqca yüngül hökm çıxarıb. Təqsirləndirilən hərbçilərdən birinə “homoseksualizm psixi xəstəliyinə əziyyət çəkdiyini” əsas gətirərək 9 ay cəza verib. Digər bir hərbçi bir il müddətinə azadlıqdan KƏNDİməhrum edilib, üçüncü şəxs isə ümumiyyətlə məhkum olunmayıb.

Polis əməkdaşlarının iştirakı ilə zorlanma hadisəsi Qax rayonunda baş verib. Qaxbaş kəndinin 17 yaşlı sakini bildirib ki, rayon polis idarəsinin 6 əməkdaşı onu meşəyə apararaq zorlayıblar. Onun sözlərinə görə, polis əməkdaşları onu təhqir edib, döyüb və hədələyiblər. Hadisə ilə bağlı yerli polis bölməsinə müraciət edildikdən sonra zərərçəkmiş hədələnib ki, baş verənləri açıqlamasın. Daha sonra hadisə ilə bağlı Azərbaycan Daxilli İşlər Nazirliyi və Baş Prokurorluğa məlumat verilib.

Tədqiqatlara görə, Azərbaycanda uşaqların cinsi istismarının qurbanı ən çox uşaqlar olur. Bakının Suraxanı rayonunun ərzaq mağazasının 64 yaşlı sahibi 12 yaşlı oğlana bir il davamlı təcavüz edib.

Habelə təhsil müassisələrində pedofiliya hallar qeydə alınıb. Bakının 57 nömrəli orta məktəbində 16 yaşlı iki şagird 8 yaşlı oğlana təcavüz edib. Valideynlərin şikayətinə cavab olaraq məktəbin müdir müavini hadisəni saxtakarlıq kimi qiymətləndirib. 2018-ci ildə belə bir hadisə Bakının 263 nömrəli orta məktəbində də baş verib. Birinci sinifdə oxuyan yetim oğlan həmin məktəbdə onuncu sinif şagirdi (bəzi məlumatlara görə, şagirdlər) tərəfindən cinsi təcavüzə məruz qalıb. Yayılan məlumata görə, direktor hadisəni ört-basdır etməyə 10-cu sinif şagirdinin valideynləri ilə razılığa gələrək zorakılığa məruz qalan uşağın xalasına 2000 manat pul verib. Qeyd edək ki, həmin məktəbin 10 yaşlı şagirdlərindən biri 2023-cü ildə yaşlı kişi tərəfindən təcavüz edilib.

Uşaqlara qarşı pedofiliya ilə bağlı qeyd olunmuş faktların təhlili göstərir ki, laqeydlik və qarşısının alınması mexanizmlərinin olmaması mövcud problemləri daha da dərinləşdirir. Zorakılığı həyata keçirənlər ya məsuliyyətdən yayınır və ya müqayisəsiz yüngül cəzaya məruz qalırlar.

Tez-tez zorakılıq törədənlər uşağı hadisəni açıqlamamağa məcbur edirlər: susması qarşılığında pul təklif edir və ya hədə-qorxu gəlirlər, hətta ölüm təhdidi ilə.

Masallı rayonunda 21yaşlı gənc 12 yaşlı oğlana qarşı əxlaqsız hərəkətlər edib, hadisəni kiməsə desə azyaşlını öldürəcəyi ilə hədələyib. Belə bir hadisə də Sabirabadda baş verib. Üç həmkəndli kişi çayın sahilində 12 yaşlı oğlana təcavüz edib, daha sonra sosial şəbəkələrdə yaymamağa pul tələb ediblər. Azyaşlının atası qeyd edib ki, oğlu mütəmadi olaraq cinayətkarlara pul verib. Qeyd etməyə dəyər ki, hadisə ilə bağlı kimsə məsuliyyət daşımayıb.

Azərbaycanda qohumlar tərəfindən azyaşlıların cinsi zorakılığa məruz etməsi hallarına kifayət qədər tez-tez rast gəlinir.

Neftçalada əqli qüsurlu atası, 3 azyaşlı qardaşı və 80 yaşlı nənəsi və babası ilə yaşayan14 yaşlı qız müxtəlif kişilər, o cümlədən qohumları tərəfindən dəfələrlə cinsi istismara məruz qalıb.

2025-ci ildə azərbaycan mətbuatında 13 yaşlı qızın hamilə olduğu barədə məlumət yayılıb. Araşdırma zamanı azyaşlının bibisi əri tərəfindən zorlandığı məlum olub.

Sosial şəbəkələrdə Sabirabad rayonunun Qaratəpə kənd sakini 64 yaşlı qonşusunun azyaşlı nəvəsinə qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən video yayılıb.

Daimi mənzildən (yaşayış yeri) məhrum olan uşaqlar da cinsi istismara məruz qalırlar. Məsələn, 2016-cı ildə Bakı küçələrində yaşayan azyaşlılar arasında sifilis aşkarlanıb.

Azərbaycanın müxtəlif rayonlarında azyaşlıların qrup şəklində zorlanması ilə bağlı çoxsaylı faktlar qeydə alınıb. 2025-ci ilin avqust ayında Qaxda 13 yaşlı qıza qrup şəklində təcavüz edildiyi halı səs-küyə səbəb olub. Bu iş üzrə ikisi polis əməkdaşı olmaqla 30-a yaxın kişi həbs edilib.

Bərdədə 15 yaşlı qızın zorlanması ittihamı ilə 4 şəxs həbs edilib. Fakt ilə bağlı cinayət işi açılıb-Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə.

Uşaqların valideynləri tərəfindən cinsi istismara məruz qalması halları məlumdur. Belə ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi təcavüz edən azyaşlının anası da daxil olmaqla 4 nəfər həbs edilib.

Azərbaycan tərəfindən işğal edilmiş ərazilərdə də qrup şəklində zorlama halları qeydə alınıb. Belə ki, 2025 ci ildə Aknada (Ağdam) 16 yaşlı qızı təcavüz etmə ittihamı ilə 4 şəxs həbs edilib.

Qeyd edək ki, pedofiliya kimi nalayiq hallar xaricdə yaşayan azərbaycanlılar arasında da yayılmışdır. Belə ki, 2020-ci ildə Rusiyanın Beryezovski rayonunda 33 yaşlı azərbaycanlı kişi öz övladlarını zorlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Azərbaycanlı kişinin iştirakı ilə digər bir pedofiliya halı Volqoqradda baş verib. Azərbaycanın 35 yaşlı vətəndaşı Xəyal Məmmədov 13 yaşlı azyaşlı qızı yol göstərmək adı ilə meşəyə apararaq zorlayıb.

Rusiyada azyaşlılara qarşı seksual xarakterli cinayətlər törədən digər bir azərbaycanlı da həbs edilib. 54 yaşlı azərbaycanlı A. Şahmuradov 8 yaşlı qıza təcavüz edib. Cinayətdən bir həftə sonra istintaq zamanı Şahmuradov analoji cinayəti daha 3 azyaşlı qızlara qarşı törətdiyini etiraf edib.

Əslində, pedofiliya halları bildiriləndən daha çoxdur. Cinsi zorakılığa məruz qalan uşaqlar, əsasən qorxudan başlarına gələnləri gizlətməyə məcbur olurlar. Lakin qeydə alınan hallarının sayı onu deməyə imkan verir ki, azərbaycan cəmiyyətində əxlaqsız hərəkətlərin “arzulanan” qurbanları oğlanlardır. Qohumları tərəfindən uşaqların cinsi istismara məruz qalması, azyaşlıların qrup şəklində zorlanması, onların bu alçaq prosesə birbaşa cəlb olunması Azərbaycanda uşaq cinsi istismarının “köklənmiş” fenomenin mövcudluğunu göstərir.

Görünən odur ki, Azərbaycan cəmiyyəti də bu reallıqla barışmış deyil, lakin aidiyyəti qurumların fəaliyyətsizliyi, dövlət strukturlarında əxlaqsız şəxslərin mövcudluğu (təqdim etdiyimiz faktlar əsasında hətta açıq şəkildə görünən), ölkədə uşaqların istismarına əlverişli mühit formalaşdırmışdır. Öz cəmiyyətinin uşaqlara qarşı törətdiyi zorakılıq halları Azərbaycan ictimaiyyətinə bir siqnal olmalı, onları etiraz etməyə və bu cür halların-hakimiyyətin bu proseslərdə məsuliyyət dərəcəsindən asılı olmayaraq-kökündən aradan qaldırılmasını hakimiyyət orqanlarından tələb etməyə sövq etməlidir.

Telegram kanalımıza abunə olun