2026
2025-12-30
Son günlər ərzində azərbaycan mətbuatında dərc olunan bir sıra materiallar azərbaycanlı muzdluların Rusiya-Ukrayna müharibəsində kütləvi şəkildə iştirakını təsdiq edir. Modern.az Rusiya tərəfindən döyüşlərdə iştirak edən azərbaycanlıların ölüm hallarının tez-tez baş verdiyi barədə bildirir. Bundan əlavə, əsir düşmüş Azərbaycan vətəndaşları barədə məlumatlar dövriyyəyə buraxılır. Məsələyə habelə Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də münasibət bildiriblər.
İnsan hüquqları komitəsinin sədri Parlamentdə bildirib ki, söbət onlarla azərbaycanlının hələk olması və ya itkin düşməsi, habelə cəlb edilən azərbaycanlı muzdlulardan gedir. Zahid Orucun sözlərinə görə, yuxarıdakıların arasında, 2020-ci il Qarabağ müharibəsinin iştirakçısı olmuş hərbi qulluqçular da var. “Ən böyük itki Qarabağda döyüş təcrübəsi qazanmış peşəkarların Rusiya-Ukrayna müharibəsində iştirak etməsidir”,-deyə Oruc bildirib.
Azərbaycan Musavat.com saytı Azərbaycan hakimiyyətinin hərəkətsizliyini tənqid edib. “Hər gün şimaldan cənazələr gətirilir”,-deyə sayt yazıb və əlavə edib ki, bu cür davam edərsə, Donbasda hələk olan azərbaycanlıların sayı Qarabağda ölənlərin sayını ötə bilər.
Bu, çoxsaylı azərbaycanlıların digər dövlətlərin ərazisində gedən hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı ilk hal deyil. Müxtəlif məlumatlara görə, Azərbaycanın yüzlərlə, hətta 1000-ə qədər vətəndaşı terrorçu “İslam Dövləti” (İŞİD) təşkilatının sıralarına cəlb olunaraq Suriyada hərbi əməliyyatlarda iştirak edib.
İŞİD daxilində azərbaycanlıların sayı kifayət qədər çox idi, bu isə onlara hətta terror təşkilatı daxilində ayrı qruplaşma yaratmağa və İslam Dövləti komandirliyi sıralarında yüksək vəzifələr tutmaq uğrunda mübarizə aparmağa imkan verib.
2020-ci il müharibəsində muzdluların iştirakı
Azərbaycan yalnız muzdlular cəlb etməyib, eyni zamanda Azərbaycan özü xarici vətəndaşları da hərbi əməliyyatlarda iştirak etməyə cəlb edib.
Hələ 1990-cı illərdə Birinci Artsax müharibəsində, Azərbaycan tərəfindən Əfqanıstandan, Rusiyadan, o cümlədən Şimali Qafqazdan, Ukraynadan və digər yerlərdən minlərlə muzdlular cəlb olunmuşdur. Eynisi 2020-ci il müharibəsi zamanı da təkrarlanıb. 2020-ci ilin yayın sonlarından mətbuatda etibarlı məlumatlar yayılıb ki, Türkiyə Suriyadan muzdluları və terrorçuları cəlb edərək Azərbaycana gətirir. Rəsmi Bakı, 2020-ci il müharibəsində xarici muzdluların cəlb edilməsini qətiyyətlə inkar etsə də, bu həm mətbuat və insan hüquqları təşkilatlarının dərc etdiyi məlumatlarla, foto və videolarla, Suriyaya qayıtmış şəxslərin ifadələri ilə, müxtəlif ölkələrin rəhbərləri və kəşfiyyat xidmətlərinin yaydığı məlumatlarla, habelə Erməni Silahlı Qüvvələri tərəfindən muzdluların əsir götürülmə halları ilə təsdiqlənib. Söhbət yenə də bir neçə min nəfərə qədər cəlb olunmuş şəxslərdən gedir, təsdiqlənmiş ölüm halların sayı isə bir neçə onluqdan çoxdur.
Muzdluluq sosial vəziyyətini yaxşılaşdırmaq vasitəsi kimi
Yayımlanan məlumatlara görə, Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən iştirak etmək üçün yalnız Rusiyada yaşayan azərbaycanlılar (və təkcə azərbaycanlılar deyil), Rusiyada həbs cəzasına məhkum olunmuş əmək miqrantları deyil, həm də Azərbaycanda yaşayan azərbaycanlılar və keçmiş hərbi qulluqçular cəlb olunur. Ukrayna tərəfindən də azərbaycanlıların iştirak halları qeydə alınıb.
Rusiya-Ukrayna müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin keçmiş hərbi qulluqçuların iştirakı əsasən sosial problemlərlə izah olunur. Sirr deyil ki, döyüş təcrübəsi olan azərbaycanlılara Rusiay-Ukrayna müharibəsində yüksək maaş cəlbedicidir, bu da onların arasında ciddi sosial problemlərin mövcud olduğunu göstərir. Müharibə iştirakçıları öz problemlərinə diqqət çəkmək üçün mütəmadi olaraq etiraz aksiyaları keçirirlər.Son illər ərzində Azərbaycanda 44-günlük müharibənin onlarla iştirakçısının intihar halları məlum olub. Müharibə iştirakçılarının sosial problemləri potensial narazılıq mənbəyi ola bilər. 2020-ci ildən sonra müharibə iştirakçıları azsaylı bir neçə aksiya keçiriblər. Lakin, narazılıq daha da geniş miqyasda ifadə olunarsa, bu, Azərbaycan hakimiyyətinə ciddi problem yarada bilər.
Muzdluluğu qadağan edən qanun Azərbaycanda
Azərbaycan qanunvericiliyinə görə,ölkə hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirakı ağır cinayət hesab olunur və belə vətəndaşlar cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycanda muzdluluq və terrorçuluq üçün cəzalar hələ də 2014-cü ildə, Azərbaycandan Suriyaya gedib İslam Dövlətinə cəlb edilmiş yüzlərlə azərbaycanlı barədə artıq məlum olanda sərtləşdirilib. Azərbaycanın Cinayət Məcəlləsinin 114-cü maddəsinə görə, muzdluların toplanması, təlimi, maliyyələşdirilməsi və istifadəsi 8-12 il həbs cəzası ilə, hərbi əməliyyatlarda muzdluların iştirakı isə 5-11 il həbs cəzası ilə cəzalandırılır. 2014-cü ildən etibarən, Azərbaycanın hüquq-mühafizə orqanları bir neçə dəfə İŞİD sıralarına cəlb olunmuş və ya cəlb etmə fəaliyyəti göstərmiş Azərbaycan vətəndaşlarının həbs edildiyi barədə açıqlamalar yayıblar.
Bu halda sual yaranır: Azərbaycan təhlükəsizlik və hüquq-mühafizə orqanları, ölkə daxilində hər hansı bir müxalifi dərhal və operativ şəkildə təcrid edən, xarici ölkələrdə müxalif fəalları və jurnalistləri qaçırıb Bakıya gətirən qurumlar, muzdluluğun kütləvi hallarının qarşısını almağa qadir deyillərmi? Yoxsa qəsdən bunlara göz yumurlar: mümkün narazılıq mənbələrindən qurtulmağa çalışaraq. Axı, eyni üsulla illərdir ki, ölkədən çoxlu müxaliflər və tənqidçilər də ölkədən çıxarılıb və deportasiya edilib.
Qanunla muzdluluq qadağan olunmasına və mövcud olan cəza tədbirlərinə baxmayaraq, Bakı ehtiyac yarandıqda özü də muzdluların xidmətlərindən istifadə edir.