2025
2025-12-15
Su qıtlığı və bununla bağlı vəziyyətin gələcəkdə daha da pisləşməsi barədə Azərbaycanda hələ də 1990-cı illərdən etibarən danışılırdı. Olanların nəticəsi kimi sovet sisteminin çökülməsi və xüsusilə də Artsax müharibəsinin nəticələri vurğulanıb. Galiba xaricdəki mütəxasislərin müxtəlif proqnozlarını nəzərə alaraq, 2013-cü ildə Azərbaycan prezidenti qeyd etmişdi ki, Araks, Kür və Samur çayları Azərbaycan ərazisində başlamır və bu “strateji məsələ, su təhlükəsizliyinə təhdiddir”.
Samur Rusiya və Azərbaycan arasında sərhəd çayıdır. Azərbaycan tərəfi çayın mənsəbi ilə bağlı çoxsaylı sərhəd məsələləri barədə mütəmadi olaraq Rusiya Federasiyasına eyham vurub. Nəticədə, Azərbaycan və Rusiya arasında 2013-cü ildə müqavilə imzalanıb, bundan sonra müddət sərhədyanı və çaykənarı kəndlərə qarşı iddialar irəli sürməkdən çəkinmiş, Rusiya tərəfi isə çaydan Bakıya içməli və suvarma suyu nəqli üçün nəzərdə tutulmuş Taxtakörpü kanalının istismara verilməsinə etiraz etməmişdir.
Azərbaycanın habelə Türkiyə ilə rəsmi bəyan olunmamış problemləri var. Yuxarıdakının həyata keçirdiyi su siyasəti Türkiyədən qonşu ölkələrə axan su ehtiyatlarının axınını azaltmağı nəzərdə tutur, yəni suyun böyük həcmdə yığılması yolu ilə. Kür və Araks çaylarının üzərində böyük su anbarlarının tikintisi ilə bağlı türk layihələri barədə məlumat 2010-cu ildən etibarən məlumdur. Türkiyə hətta Kür çayının axınını dəyişdirməyi planlaşdırmışdı-inşa olunacaq yeni kanalla və Çorox çayı vasitəsilə suyu Qara dənizə yönəltmək. Lakin, Azərbaycanın içməli və suvarma suyunun əsas mənbəyi olan Kür çayının daha da qurulmasına səbəb olacaq türk layihələri heç bir tənqidə məruz qalmayıb.
Azərbaycanlı hakimiyyətpərəst bəzi ekoloqlar, xüsusən də 2020-ci ildən sonra Kür çayının səviyyəsinin görünməmiş aşağı düşməsi şəraitində belə Türkiyəyə haqq qazandırmaqda davam edirlər. Çayın axını dəyişmədiyinə baxmayaraq, türk hakimiyyəti Kür çayı üzərində bir sıra su anbarları inşa ediblər, suvarma və enerji məqsədlərinə suyun səviyyəsini azaldıblar. Kars vilayətinin Sarıqamış, Qaraqurt və İğdır vilayətinin Tuzluca (Koxb) rayonlarında Araz (Araks) çayı üzərində inşa edilmiş 2 böyük su anbarı Araksın (Araz) axınını əhəmiyyətli dərəcədə azalıb.
Azərbaycan adətən içməli və suvarma suyunun əsas mənbəyi olan Kür çayını çirkləndirməkdə Ermənistanı və Gürcüstanı ittiham edib. Azərbaycan parlamentinin təbii resurslar, enerji və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun iddia etdiyinə görə, Kür çayı Azərbaycana artıq çirklənmiş vəziyyətdə daxil olur. Azərbaycan tərəfi habelə Alazan (Qanıx) çayından daha çox su götürüldüyünə görə də Gürcüstandan narazılıq bildirib.
Bakı Ermənistanı əsassız şəkildə Debed çayını, Alaverdi mis-molibden kombinatı vasitəsilə, həmçinin Metsamor AES-dən, Ararat mərzindəki istehsalat obyektlərindən və Kacaran mis-molibden kombinatından Araks çayını və onun qollarını çirkləndirməkdə və müəyyən olunmuş həddən artıq su götürməkdə ittiham edib. Azərbaycan hesabatlara görə, çirklənmə nəticəsində Araksda mis, molibden və digər ağır metalların miqdarı norma üzrə 100 dəfədən çoxdur, bu səbəbdən çayın mikroflorası və faunası məhv olur, mənfi təsir isə əhalinin sağlamlığına çatır.
Su ehtiyatlarından istifadə edərək Artsax məsələsinin “həlli” üzrə Azərbaycanın dövlət siyasətinin başlanğıcı kimi 2012-ci ili göstərmək olar, həmin vaxt Bakı aktiv şəkildə anti-erməni “su” təbliğatını aparmağa başlamışdı. Yuxarıdakı Erməni tərəfini Qarabağ, Tavuş və Sünik bölgələrində su resurslarını Azərbaycana “bloklamaqda”, Azərbaycan yaşayış məntəqələrini “susuz qoymaqda” və, ən diqqətçəkən məqam isə, Sevan gölünü “təkbaşına istifadə etməkdə” ittiham etmişdi.
Su problemi, Bakı tərəfindən “gözəl qablaşdırmada” təqdim etdiyi bu saxta ittihamlar, təəssüf ki, qlobal taleyi düşünən və iqlim dəyişikliyinin mənfi təsirlərinin yumşaldılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyən beynəlxalq ictimaiyyət arasında müəyyən anlaşma yaradıb.
Nəticədə, 2016-cı ilin yanvar ayının 26-da Dördgünlük Aprel müharibəsinə “hazırlıq” olaraq-Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın sərhəd bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib” 2085 saylı qətnaməsini qəbul edib. Bunun 5-ci bəndində 2014-cü il mayın 20-də Atət-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına istinad olunmuşdu, burada həmsədrlər ümid etmişdilər ki, “tərəflər razılığa gələrək su resurslarını bölgənin xeyrinə birgə idarə edəcəklər”. Habelə qeyd olunurdu ki, Sərsəng su anbarı qəza vəziyyətindədir və Azərbaycan yaşayış məntəqələrinə təhlükə yaradır. Ermənistanı Azərbaycan ərazisindən silahlı qüvvələrini çıxarmağa çağırıbdılar, araşdırmalar aparılmasına müstəqil mühəndis və hidrologların əraziyə daxil olmasına mane olmamağı tələb ediblər.
Əslində, Bakı bu sənədi Artsaxa qarşı Aprel təcavüzünü əsaslandırmağa tətbiq edib və uğurla danışıqlar prosesinə “cəlb olunub”. O, Azərbaycan təbliğat maşınının Sərsəng, Matağis və Artsaxın digər su ehtiyatları məsələsini manipulyasiya etməsinə yeni təkan verib. Elə dərclər ortaya çıxıb ki, guya “1994-cü ilin atəşkəsi ilə Azərbaycan təkcə ərazilərini deyil, həm də su ehtiyatlarını itirib, o cümlədən 1976-cı ildə tikilmiş və 560 milyon m3 həcmə malik su anbarlarını, hansı ki, erməni separatçıları nəzarətdə saxlayaraq Azərbaycan Tərtəri və ətrafdakı rayonları (təxminən 480 min əhali) susuz qoyurlar”.
2016-cı ilin qətnaməsi, demək ki, Azərbaycana Ermənistanı aqressor hesab etməyə imkan verib (həm hərbi, həm də “ekoloji” mənada) və bununla da öz gələcək hücumlarını “əsaslandırıb”. Bundan əlavə, Azərbaycan hakimiyyəti öz ictimaiyyətini “azərbaycanlıların suyu yoxdur, çünki ermənilər suyun axınını kəsib” kimi yalanlarla qidalandırıb.
İran ilə su münasibətləri də Azərbaycan tərəfindən siyasi xarakter alıb. Hələ də 2016-cı ilin fevral ayında Azərbaycan və İran arasında Xudafərin su anbarının (yalnız 2020-ci il Artsax müharibəsi zamanı Azərbaycanın nəzarətinə keçib) birgə istismarı ilə bağlı müqavilə imzalanıb. Buna əsasən, İran hidroqovşaqların və hidroelektrik stansiyaların tikintisini başa çatdırılmalı, su və enerji resurslarını qoruyub saxlamaq və istismar etmək öhdəliyini götürüb öz üzərinə-Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər.
2020-ci ildən etibarən su problemi Azərbaycanda hakimiyyət orqanlarının gündəliyinin əsas mövzularından birinə çevrilib. Azərbaycan mətbuatı 2020-ci ilin yay aylarında su qıtlığı barədəki xəbərlərlə dolmuşdu. Narazılıqlar yalnız kənd təsərrüfatı rayonlarında deyil, həm də Abşeronda idi. Gərginliyi yüngülləşdirmək məqsədilə parlamentdə hətta dinləmələr də təşkil olunmuşdu. İştirakçılar vurğulamışdılar ki, Azərbaycan su ehtiyatları baxımından Qafqazda ən pis vəziyyətdədir, bunun səbəbi su mənbələrinin coğrafi mövqeyidir, onların paylanması və əsas su ehtiyatı olan çayların çirklənməsidir. Bu baxımdan, Bakı rəsmi olaraq İran tərəfinə onun ərazisində su götürməni azaltmaq və Araks (Araz) su anbarının buraxılışını artırmaq təklifi ilə müraciət edib. Tehran Azərbaycanın narazılıqlarını müəyyən dərəcədə yumşaldaraq müsbət reaksiya vermişdi.
2020-ci ilin iyul ayının 23-də hökumət iclasında Azərbaycan prezidenti hətta etiraf etmişdir ki, su qıtlığı kənd təsərrüfatı sahəsində problemlər yaradıb. Pambıqçılığın (ağ qızıl) inkişafı üzrə 2017-2022-ci illər üçün dövlət proqramı uğursuz olmuşdur.
Əliyevin sözlərinə görə, ölkə səhralaşır və bu, artıq 2030-cu ildə daha da kəskinləşə bilər. İçməli və suvarma suyu ilə bağlı proqramlar hökumətin gündəliyində ən vacib məsələlər kimi elan edilib və ehtiyacları qarşılamaq istiqamətində gələcək illərdə ciddi addımlar atmağa çağırış olunub. Nəticədə, “2020-2022-ci illər üçün Su Resurslarının Səmərəli İstifadəsi üzrə Fəaliyyət Proqramı” qəbul olunub, hansı ki, 10 yeni su anbarının, su təchizatı olmayan şəhərlərdə su kəmərlərinin və suvarma şəbəkələrinin tikilməsini, quyuların qazılmasını və s. nəzərdə tutur.
2020-ci ilin 44 günlük müharibəsindən sonra, Artsaxın 9 su anbarı və 30 hidroelektrik stansiyası Azərbaycanın nəzarətinə keçib. Əliyev 2021-ci ildə bildirib ki, Matağis su anbarı Azərbaycan üçün “strateji əhəmiyyət” daşıyır və onun sayəsində “azərbaycanlıların su təhlükəsizliyi möhkəmlənəcək, bir çox kəndlərin su problemi həll olunacaq”. Lakin bundan bir il sonra Tərtər rayonunun sakinləri hələ də “su görməyiblər” və onların gözləntiləri doğrulmayıb. 2022-ci ilin iyun ayında Artsax nümayəndələri Rusiya sülhməramlılarının nəzarət zonasında qalan Sərsəng suyunun bir hissəsi yay aylarında Azərbaycana buraxılmasına razılaşıblar. Məlum olub ki, torpaq kanalları (bunu Əliyev də təsdiqləyib) suyun yalnız kiçik bir hissəsi sahələrə çatır. Bunun əvəzinə sahə üzrə məsul şəxslər izah etməyə başlayıblar ki, “mayın basdırıldığı” ərazilərdə təmir işlərini aparmaq mümkün deyil.
Bu sıra Artsax üzrə 2022-ci ilin dekabr ayının 12-də Laçın dəhlizinin “eko-aktivistlər” tərəfindən bağlanması ilə tamamlandı. Lakin Azərbaycan narahatlıqları Artsaxla məhdudlaşmayıb. 2021-2023-cü illərdə Azərbaycan qoşunları Sevan gölünü, Qara göl və Al gölləri qidalandıran mənbələrin başlandığı yerləri işğal edib.
Xarici auditoriyaya yönəlmiş dərclərdə Azərbaycan tərəfi “regional əhəmiyyət” ifadəsini istifadə edib və qeyd edib ki, Cənubi Qafqazın su ehtiyatlarının yalnız kiçik bir hissəsi Azərbaycana düşür. Bu ölkənin parlamentinin Təbii sərvətlər, energetika və ekologiya məsələləri üzrə komitəsinin sədri bildirib ki, Cənubi Qafqazın su ehtiyatlarının 62 %-i Gürcüstana, 28 %-i Ermənistana və yalnız 10 %-i Azərbaycana düşür. Regionun ən böyük içməli su mənbəyi Sevan gölü olduğunu nəzərə alaraq, bu ifadə Ermənistanın suveren ərazisinə iddiaları ehtiva edir.
2022-ci ilin məlumatlarına görə, qonşu ölkələrdən Azərbaycana daxil olan su ehtiyatları 19-20.3 km3 təşkil edir. Ölkədə suyun illik orta həcmi 36 milyard m3-dür, lakin yalnız 12 milyard m3 istifadə olunur. Təbii sərvətlərin Beynəlxalq İnstititu (WRİ) proqnozuna görə, iqlim dəyişikliyi nəticəsində dünya ölkələrinin beşdə birində 2040-cı ilə qədər su ilə bağlı problemlər yaranacaq və Azərbaycanın ərazisi də quraqlıq təhlükəsi qarşısındadır.
2021-ci ildə Azərbaycanın prezidenti su sahəsində geridə qalmış və itirici texnologiyalara toxunub və qəbul edib ki, su qıtlığının səbəblərindən biri 70 %-i təşkil edən torpaq kanallarıdır. Son illərdə sahənin səmərəsiz idarə olunması barədə digər rəsmilər də danışmağa başlayıblar. Həll yolu kimi su tariflərinin artırılması təklif olunub və vurğulanıb ki, Bakıdakı yaşıllıqlarda, şəxsi bağlarda və yuyucu obyektlərdə içməli su istifadə olunur, halbuki vətəndaşlara su “saatla” verilir. Su sahəsində problemlərin səbəbləri kimi habelə tikinti normalarının pozulması, keyfiyyətsiz su kəmərlərinin tikilməsi, qanunsuz tikililər və su istifadəsinin böyük həcmləri, əhalinin artımı göstərilib. Habelə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması (içməli suya çevrilməsi) zavodunun tikintisi nəzərdə tutulub, lakin layihənin detalları bu günə qədər gizli saxlanılır.
2024-cü ilin Bakının COP29 iqlim zirvə toplantısı ərəfəsində su problemlərinə həsr olunmuş tədbirlər Azərbaycanda da daha zəif şəkildə təqdim olunub. Xüsusilə də, mart ayında Bakıda “Su həftəsi” beynəlxalq konfransı keçirilib. İlk dəfə “su təsərrüfatı” beynəlxalq sərgisi keçirilib. Rəsmi bəyanatlara görə, tədbirlər dünya üzrə su çatışmazlığı və iqlim dəyişikliyi, Azərbaycanın və Xəzər regionun su ehtiyatlarının səmərəli və dayanaqlı istifadəsi, ekoloji sahədə innovasiyalar və digər mövzulara həsr olunub.
Azərbaycan mətbuatı 2024-cü il ərzində paytaxtda və qonşuluqda yerləşən rayonlarda su probleminin mövcudluğu barədə xəbərdarlıq etməyə davam edib. Su əslində yalnız “qonşular” səbəbindən deyil, həm də köhnə və sıradan çıxmış sistemlər, idarəetmədə çatışmazlıqlar və məsuliyyətsiz istifadə səbəbindən səmərəsiz istifadə olunur. Bundan bsaşqa, sübutlar var ki, Azərbaycanda bir sıra su anbarları və göllər oliqarx məmurlar tərəfindən mənimsənilib və şəxsi maraqlara xidmət edir.
Demək ki, Azərbaycan vəziyyətin pisləşməsi proqnozlarına baxmayaraq, əslində kifayət qədər su ehtiyatlarına malikdir, lakin bu resurslar ölkənin adi əhalisinə çatımlı deyil. Azərbaycan hakimiyyəti, faktiki olaraq, mövcud ekoloji problemləri və əhalinin ehtiyaclarını nəzərə almayıblar, o dərəcədə ki, yalnız uzaq kəndlər və şəhərlər içməli və suvarma suyu ilə təmin olunmayıb, habelə Bakının dayanıqlı su təchizatı problemi də həll olunmayıb. Bunun əvəzində, həmin ölkə su problemi hərbi-siyasi məqsədlərə istifadə edərək, Ermənistan və Artsaxa qarşı təcavüzünə haqq qazandırmaq üçün AŞPA-nın qətnəmələrindən, hesabatlardan və ittihamlardan istifadə edib.