2025
2025-12-10
“Geğard” elmi-analitik fondunun direktoru Robert Ğazaryan və analitik Gor Margaryan Erməni Apostol kilsəsinin Rusiya və Yeni Naxicevan Yeparxiyasının Lazaryan adına ermənişünaslıq mərkəzinin dəvəti ilə Moskvada “Erməni tarixinin əsas məsələləri və azərbaycan tarixi saxtakarlıqları” mövzusunda mühazirə ilə çıxış ediblər.
Erməni dövlətçiliyinin inkişaf mərhələlərindən və Ermənistan yaylasında dövlətçilik ənənələrindən danışaraq Robert Ğazaryan qeyd etdi ki, azərbaycan tarixşünaslığı tərəfindən erməni dövlətçiliyinin mövcudluğunu inkar etməyə və erməni dövlətçiliyinin qədimliyini təsdiq edən ən qədim tarixi mənbələri görməzdən gəlməyə cəhd edilir.
Öz çıxışı zamanı Gor Margaryan “Geğard” fondunun fəaliyyətinin əsas istiqamətlərini, əldə olunan nailiyyətləri və müasir çağırışları təqdim etdi. Çıxışında analitik vurğuladı. “Azərbaycan reallığında Rusiyanın qavranılması, yumşaq desək, ziddiyyətli və mənfi çalarlı olduğu faktına baxmayaraq elə həmin Rusiyada və rusdilli ictimaiyyət arasında azərbaycanlılar Azərbaycan təbliğat narrativlərinin yayılması sahəsində kifayət qədər uğurlar əldə ediblər. Bu, kürü diplomatiyası və ya başqa vasitələrlə edilib-məsələ bunda deyil. Məsələ ondadır ki, Rus platformasında (informasiya məkanında) bizim edəcəklərimiz gündəmdir və zəruridir-ən azı saxtakarlığın yayılmasına qarşı tarazlıq yaratmaq üçün.
Məruzəçilər habelə Ermənistanın və onun regionunun tarixi, siyasi, demoqrafik və mədəni sahələrinə dair elmi və analitik araşdırmalarına, ermənişünaslığa qarşı duran əsas məsələlərə və bunların həlli yollarına, sovet və postsovet dövrü azərbaycan tarixşünaslığına toxunublar.