2025
2025-12-02
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbiri zamanı ölkə başçısı İlham Əliyev Azərbaycan “alimlərinə” araşdırma apararkən, məqalələr dərc edərkən, xəritələr hazırlayarkən əməl etməli olduqları istiqamətləri xatırladıb. Bunun əsas məqsədi, bölgədə ermənilərin tarixi varlığını inkar etmək və ya onların zəngin mədəni tarixini və irsini mənimsəməkdir. Bakının bu təbliğat xarakterli tezislərinin yayılmasında və həyata keçirilməsində təkcə azərbaycanlı deyil, həm də xarici alim və tədqiqatçılar iştirak edir.
ABŞ Tennessi Texnologiya Universitetinin siyasi elmlər üzrə professoru 82 yaşlı Maykl Qanterin akademik tədqiqatlarının mərkəzi mövzusu kürdlər olub, onlar haqqında çoxsaylı monoqrafiya və məqalələr dərc etdirib.
Qanter habelə Erməni Soyqırımının araşdırmasıyla məşğul olub, lakin akademik dairələrdə-xüsusilə də soyqırımla məşğul olan alimlər arasında qərəzli və inkarçı yanaşmaları ilə tanınır.
2011-ci ildə Qanterin “Erməni tarixi və soyqırım məsələsi” adlı kitabı işıq üzü görüb. Bununla bağlı Yerusalimdə Holokost İnstitutunun sabiq müdiri, tanınmış soyqırımşünas İsrail Çarni (1931-2024-cü illər), yazdığı resenziyada istehza ilə vurğulamışdı. “bu, bu günə qədər gördüyüm ən yaxşı inkarçı (yəni-Erməni soyqırımını inkar edən) əsərdir”. Qanter etiraf edir ki, qətllər olub, lakin onun sözlərinə görə, bunlar erməni üsyançılara qarşı qəbul olunmuş məqbul təhlükəsizlik tədbirlər idi.
Son zamanlar Qanter habelə Azərbaycanın rəsmi təbliğat tezislərinin lobbiçiliyi ilə məşğuldur, bunu Qarabağ münaqişəsi və Azərbaycan üzrə tədqiqat aparmaq adı altında həyata keçirir. Qanter ABŞ-da fəaliyyət göstərən başqa bir tanınmış tədqiqatçı-Hakan Yavuz ilə birlikdə Azərbaycanın himayəsi altında keçirilən tədbirləri fəal şəkildə təşkil edir və həmin tədbirlərdə iştirak edir.
2020-ci ilin müharibəsindən sonra, Qanter artıq anti-erməni məzmunlu 4 kitabın nəşrində iştirak etməyə nail olub.
“Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər”. 2022, redaktorlar: Hakan Yavuz, Maykl Qanter,
“Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi: səbəblər və nəticələr”, 2023, müəlliflər-Hakan Yavuz, Maykl Qanter,
“Heydər Əliyev və müasir Azərbaycanın təməlləri”, 2024, redaktorlar-Hakan Yavuz, Maykl Qanter, Şamhal Abilov,
“Unudulmuş Sürgün”, 2025, müəlliflər-Maykl Gunter, Əli Əsgərov.
“Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabda müəlliflər ümumi siyasi və təbliğat xətti çərçivəsində rəsmi azərbaycan diskurslarını yayırlar. Kitab barədə Erməni Tədqiqatları və Araşdırmaları üzrə Milli Assosiasiyanın akademik məsələlər üzrə müdiri Mark Mamikonyan qeyd edib. “kitabda soyqırım sözü dırnaq işarələrində işlədilir-“sözdə Erməni Soyqırımı”, “güman edilən soyqırım”, “soyqırım haqqında iddialar” və digər formalarda”.
Heydər Əliyevə həsr olunmuş kitabda Qanter həm redaktor, həm də müəllif kimi çıxış edir. Yuxarıdakı Heydər Əliyevi Avraam Linkoln və Şarl de Qoll ilə müqayisə edir. Heydər Əliyevdən başqa, professor Qanter həm də İlham Əliyevə heyranlıq göstərir.
2022-ci ildə aprel ayında Qanter Bakıda ADA Universitetində keçirilən “Cənubi Qafqaz. İnkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edib, tədbirdə Əliyev də iştirak edib.
Əliyevləri tərifləmək həvəsinə qapılan Qanter, İlham Əliyevin ingilis dili biliyini hətta ABŞ prezidenti Donald Trampın ingilis dili biliyi ilə müqayisə edib. “sizin prezidentiniz məni çox təsirləndirdi. Üç saat ərzində insanların suallarına cavablandırıb. Çoxsaylı müqayisələr aparıb. Prezident Əliyev ingilis dilində çox yaxşı danışır. Əgər müqayisə etsək, hətta bizim sabiq prezident Trampdan da daha yaxşı danışır”,-deyə Qanter bildirib.
Qanterin son əsəri azərbaycanlı Əli Əsgərov ilə həmmüəlliflikdədir. “Brill” nəşriyyatı 2025-ci ilin sentyabr ayının sonunda onların müəllifi olduqları “Unudulmuş sürgün” kitabını nəşr esib. Burada qeyd olunur ki, 20-ci əsrdə azərbaycanlıların ermənilər tərəfindən deportasiyasının üç dalğası olub-1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illər. Kitab üçün ilkin mənbə kimi Əsgərovun xatirələri istifadə olunub. Müəlliflər qeyd edirlər. “mənbələrimizin əhəmiyyətli hissəsini Əli Əsgərovun şəxsi xatirələri təşkil edir”.
Başqa sözlə, Qanter və onun həmkarları elmə məlum olmayan yeni ilkin mənbə müəyyən ediblər-azərbaycanlı qərəzli alimlərin şəxsi xatirələri şəklində.
Qeyd etməyə dəyər ki, inkarçı xarakterli işlərin aparılmasını Qanter belə əsaslandırır-Qərb tarixşünaslığında erməni nöqteyi-nəzəri üstünlük təşkil edir və qarşı tərəfi də işıqlandırmaq lazımdır. Belə ki, Erməni Soyqırımı ilə bağlı kitabda Qanter türkyönlü baxışın obyektiv təhlilini təqdim etmək istədiyini yazır.
Qanter və Yavuzun kitabları onların həmkar-müəllifi, professor Edvard Erikson resenziya edir.
Faktiki mənbələrdən məhrum və təbliğat xarakteri daşıyan bu uydurma-guya Ermənistanın yüz il ərzində “azərbaycanlıları qovması” barədə kitab haqqında Erikson qeyd edir ki, kitab “azərbaycanlıların ağır vəziyyətini arxa plana atan ermənimərkəzçi tarixşünaslığı tarazlamaq” üçün vacibdir.
Son nəşr Azərbaycan hakimiyyətinin “Qərbi Azərbaycan” ekspansionist layihəsi kontekstindədir. Azərbaycan Ermənistanı azərbaycanlıları Ermənistandan qovmaqda ittiham edir və onların “qayıdışının” təmin olunmasını tələb edir.
Çoxdan artıq məlumdur ki, “Qərbi Azərbaycan” layihəsinə Bakı böyük vəsaitlər ayırır-qurum yaradır, icma formalaşdırır, televiziya açır (yaratmaq), kitablar nəşr edir, konfranslar və sərgilər təşkil edir. Bu yaxınlarda OC Media sızmış sənədlərə istinad edərək məqalə dərc edib, layihənin birbaşa Azərbaycan prezidenti administrasiyası tərəfindən necə maliyyələşdirildiyini qeyd edib.
Beləliklə, Qanterin nümayiş etdirdiyi intensivliyə baxdıqda iddia edə bilərik ki, onun bu cür fəaliyyəti təsadüfi deyil, əksinə-Bakı dairələri ilə birbaşa və ya dolayı şəkildə sıx əməkdaşlığın və koordinasiyanın təzahürüdür.