2025

Bakı təbliğat maşınının “sevimli” eksperti İrina Tsukerman kimdir?

2025-11-26

Amerikalı ekspert İrina Tsukerman illər boyunca Azəbaycanın dövlət təbliğat maşınının və mediasının üstünlük verdiyi ekspertlərindən biri olub və fəal şəkildə anti-erməni fəaliyyətlə məşğul olub. Yuxarıdakı beynəlxalq mətbuatda Bakının təbliğat tezisləri və narrativləri ilə dolu məqalələr dərc edir, Ermənistanı və onun apardığı siyasətini xüsusilə də, Artsax münaqişəsinin kontekstində, hədəfə alır.

Xüsusilə onun apardığı anti-erməni fəaliyyəti və 44 günlük müharibəsi zamanı informasiya sahəsində Azərbaycana göstərilən dəstək, habelə Bakıdan maliyyələşən fiziki şəxslər və KİV-lərlə əməkdaşlığı diqqətəlayiqdir.

İnsan hüquqları və milli təhlükəsizlik məsələləri üzrə ekspert, jurnalist, analitik İrina Tsukerman Vaşinqtonda fəaliyyət göstərən Arabian Peninsula İnstitute, Jerusalem Center for Security and Foreign Affairs analitik fondunun elmi-işçisidir.

İ. Tsukerman The Washington Outsider Center for Information Warfare təşkilatının idarə heyətinin üzvüdür. Peşəkar maraqlarına geosiyasət, xarici siyasət, o cümlədən bir sıra daxili və beynəlxalq proseslərin təhlili daxildir

44 günlük Artsax müharibəsi zamanı anti-erməni məqalələr

Jewish National Syndicate (JNS) xəbər agentliyində 2020-ci ilin oktyabr ayının 12-də Tsukerman “İran və Ermənistan: Qarşılıqlı dəstək İsrailə təhlükədir” başlıqlı məqaləsini dərc edib.

“Müzakirələrin böyük hissəsi Ermənistan-Azərbaycan müharibəsinə Rusiya və Türkiyənin ərazi iddialarına proksi kimi, fokuslansa da, İranın Ermənistana dəstək göstərməkdə rolu daha geniş diqqətə layiqdir. Xüsusilə də bunun bölgədə İsrailin maraqlarına mümkün təsiri baxımından”,-deyə anti-İran siyasətinin tərəfdarı Tsukerman qeyd edib.

“WikiLeaks” tərəfindən dərc edilən ABŞ Dövlət Departamentinin sənədlərinə əsasən, keçmişdə Ermənistan İranı sonradan amerikalı əsgərlərini öldürməyə istifadə edilən silahlar təmin edib.

“Digər tərəfdən, İran Ermənistanı Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı kimi mühüm məsələlərdə dəstəkləyib”- deyə Tsukerman yazıb.

Əlavə edək ki, burada Tsukerman 2010-cu ilin “WikiLeaks”in dərclərinə istinad edib, onlardan biri ABŞ dövlət katibinin müavini Con Neqropontenin ABŞ-ın Ermənistandakı səfirliyinə 24 dekabr 2008-ci tarixli mesajını təqdim edir. Orada guya Ermənistandan İrana satılan və sonradan İraqda amerikalı əsgərləri öldürüldüyü və yə yaralandığı silahlarla bağlı narahatlıq ifadə edilir.

2011-ci ildə “Эхо Москвы” radiostansiyasına Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan verdiyi müsahibəsində WikiLeaks-in dərc etdiyi sənədlərlə bağlı belə cavab verib. “Deyim ki, Ermənistan heç vaxt silahı yenidən satmayıb və İrana da satmayıb. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq yoxdur. Belə hallar heç vaxt olmayıb”.

44 günlük müharibəsi zamanı olan reallığı təhrif edərək, bu halda Tsukerman Bakı ilə Tehran arasındakı yaxın əlaqələri nəzərə almır və Azərbaycanın ABŞ-dan dəstək almasına çalışır.

Qeyd edək ki, “Jewish National Syndicate” uzun illərdir Azərbaycan təbliğatı ilə məşğuldur. Burada Bakının təbliğat narrativlərini əks etdirən müxtəlif məqalələrə rast gəlmək olar. Belə ki, 2025-ci ilin iyul ayında bu media orqanı “Amerika Metsamor atom elektrik stansiyasındakı yavaş fəaliyyət göstərən bombanı görməməzdikdən gələ bilməz” başlıqlı məqalə dərc edib. Qeyd edilir ki, guya atom elektrik stansiyası “Zamanın Cənubi Qafqazın ürəyində yerləşən bombadır və Metsamorda qəza yalnız Ermənistanı deyil, bütün regionu da qeyri-stabil vəziyyətə sala bilər”.

Qeyd etməyə dəyər ki, 2022-ci ilin oktyabr ayında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi şəxsən Metsamor atom elektrik stansiyasını səfər edib və stansiyanın fəaliyyətini yüksək qiymətləndirib.

“Ermənistanın iqtisadiyyati Metsamor atom elektrik stansiyasına əsaslanır və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik stansiyanın aşağı karbonlu enerjini təhlükəsiz və etibarlı şəkildə təmin etməsinə kömək etmək üçün öz dəstəyini davam etdirəcək. Metsamorda həyata keçirilən təhlükəsizlik islahatlarını görməkdən şadam,  həsrətkar heyətin sədaqəti məni təsirləndirdi”-Qrossi bunu “X”dəki mikrobloqunda yazıb.

İ. Tsukermana xatırlatmaq lazımdır ki, 2020-ci ilin iyul ayında-Tovuz döyüşləri zamanı-Azərbaycanın Müdafiə Nazirliyinin sözçüsü hədələmişdi ki, Azərbaycan ordusunun arsenalında olan müasir raket sistemləri Metsamor AES-ə dəqiqliklə zərbə endirə bilər. Başqa sözlə, Metsamor AES-ə hər hansı təhlükə olsa da, Azərbaycandan olacaq.

2020-ci ilin yanvar ayında “JNS” sabiq baş redaktoru Jeykob Kamaras Stellar Jay Communications PR şirkətini təsis edib və müştərilərindən biri də Azərbaycanın hökumətidir. Həmin şirkətə 2020-ci ildə 92.600 ABŞ dollar ödənilib.

2020-ci ilin oktyabr ayının 20-də “Newsweek”də (Amerika media orqanı) İ. Tsukermanın “Qərb yönümlü Azərbaycan Amerikanın dəstəyinə layiqdir” başlıqlı başqa bir məqaləsi dərc olunub, həmmüəllif Ceyson Epşteyndir.

Bakıya açıq dəstək göstərdiklərini ifadə edən məqalə müəllifləri qeyd ediblər ki, “birgə olaraq sünni əksəriyyətli Türkiyənin şiə müttəfiqi olan Azərbaycanı dəstəkləyirlər, bu açıq-aydın qərbyönümlü ölkədir və müəyyən siyasi, diplomatik, media dairələrində qonşu Ermənistanla qanlı münaqişənin son mərhələsində özünü müdafiə etməyə cəsarəti olduğuna görə haqsız yerə iftira olunur”.

Xatırlatmağa dəyər ki, 2020-ci ilin 44 günlük müharibəsində müharibəni başlatan erməni tərəfi deyil, Azərbaycan olub, Azərbaycan Artsaxa hərbi təcavüz edərək bir sıra hərbi cinayətlər törətmişdir.

Məqalə müəllifləri saxta Azərbaycan tezislərini irəliyə sürərək, yazıblar ki, guya 1991-ci ildə müstəqillik elanından sonra-“Kremlin dəstəyi ilə Ermənistan Azərbaycana daxil olub və nəticədə onun ərazisinin təxminən 20 faizi işğal edilib”. Təxminən bir milyon azərbaycanlı daxili köçkün vəziyyətinə düşüb”. Dərc ABŞ-a çağırışla bitir-Azərbaycana dəstək göstərilsin.

Əlavə edək ki, Tsukerman ilə məqalənin həmmüəllifi Epşteyn Southive Strategies LLC beynəlxalq ictimaiyyətlə əlaqələr üzrə konsaltinq şirkətinin rəhbəridir. “Southfive” şirkətinin müştəriləri arasında Bakıda Azərbaycanın Diplomatiya Akademiyası-ADA universiteti də olub. Epşteynin Azərbaycanın Diplomatiya Akademiyası ilə işi 2008-ci ilin avqust ayının 1-dən başlayıb, həmin vaxt o, ABŞ-ın Ədliyyə Nazirliyinin FAR (Xarici Agentlərinin Qeydiyyatı Aktı) bölməsində xarici agent kimi qeydiyyatdan keçib.

Artsaxda ermənilərin məcburi köçürülməsinə və etnik təmizləməsinə dəstək

44 günlük Artsax müharibəsindən sonra İ. Tsukerman Bakının təbliğat narrativlərini fəal şəkildə irəliyə sürməyə davam edib-Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə hərbi təcavüzünə, sonradan məcburi köçürülməsinə və etnik təmizləməyə haqq qazandırmaq.

Öz müsahibələrində habelə Azaərbaycan tərəfindən Berdzor dəhlizinin bağlaması və Artsaxda humanitar böhran yaratmaq siyasətini də dəstəkləyib.

2023-cü ilin avgust ayında o, Ermənistanın Qarabağın blokadası məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırılmasına müraciət etməsindən narazılığını bildirib. Tsukermanın sözlərinə görə, Ermənistanın həmin cəhdi qeyri-konstruktiv cəhtdir və Ermənistanın addımı Azərbaycanla sülh sazişi üzrə danışıqlar prosesini pozur.

Azərbaycan hakimiyyətinə xoş olmasq həvəsi ilə hərəkət edən Tsukerman qeyri-insani bəyanatlar yayır və faktiki olaraq beynəlxalq yardımın Artsax əhaləsinə verilməməsinə çağırır. “Bakı onlara vətəndaşlıq və ölkənin diqər sakinləri ilə eyni hüquqlar təklif etdiyi halda Qarabağın erməni əhalisinin xarici humanitar yardıma ehtiyacı olduğunu iddia etmək absurddur”. 2023-cü ilin sentyabr ayının 19-da Artsaxa qarşı hərbi təcavüzünü və erməni əhalisinin etnik təmizləməsini Tsukerman “antiterror əməliyyatı” adlandıraraq, Rəsmi Bakını təkrarlayır.

“Azərbaycanın lokal xarakterli anti-terror əməliyyatları çox təsirli olub, bunu separatçıların 24 saatdan da az müddətdə təslim olması sübut edir”,- Azərbaycan hakimiyyətyönlü “Report”a verdiyi müsahibəsində Tsukerman bildirib.

Günlər sonra, Azərbaycan “Trend”ə verdiyi müsahibəsində Tsukerman qeyd edib ki, “İkinci Qarabağ müharibəsi Cənubi Qafqaza dönüş nöqtəsi oldu, çünki müharibənin nəticələri Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoydu”.

2023-cü ilin noyabr ayının 8-də Stepanakertdə keçirilən hərbi paradı Tsukerman “Azərbaycan ərazi bütövlüyünün bərpasını vurğulayan və Azərbaycan hökumətinin uğurlarını nümayiş etdirən rəmzi hadisə” adlandırıb.

Araşdırmanın mərkəzində

2023-cü ilin fevral ayında “The Forbidden Stories”in “Tarixi məhv edənlər. Rəqamsəl təsirçilər” silsiləsindən “Trampın tərəfdaşlarından insan haqları müdafiəçisinə. Jurnalisti təqib edən rəqəmsal təsirçilər” adlı araşdırmada digər jurnalistlərlə yanaşı, İrina Tsukerman da xarici hökumətlərin iştirakı ilə həyata keçirilən “media layihəsi” ilə bağlı şəxs kimi göstərilib.

Araşdırmada qeyd olunur ki, İ. Tsukerman Nyu-Yorklu vəkildir və o, öz videolarında, məqalələrində və televiziya çıxışlarında Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Mərakeşin, Azərbaycanın və İsrailin narrativlərini təkrarlayır.

Tsukerman ABŞ-da fəaliyyət göstərən “Scarab Rising” şirkəti vasitəsilə “hücum” və “müdafiə” xarakterli “informasiya müharibəsi” xidmətləri təklif edir və BMT-nin İnsan Haqları Şurasında Yəmənin şübhəli QHT-si-“Yəmən Müstəqil Qadınlar Koalisiyasını” (Yemen Women union) müdafiə edir.

“Scarab Rising”-in veb-səhifəsində qeyd olunur ki, Tsukerman şirkətin rəhbəridir və şirkət media, kommunikasiya, reputasiya idarəçiliyi və təhlükəsizlik strategiyası sahəsində ixtisaslaşıb. Veb-səhifədə habelə Tsukermanın və onun şirkətinin “FARA”-nın (ABŞ Ədliyyə Departamentinin Xarici Agentlik Qeydiyyatı Şöbəsi) reyestirində olmasının “təksib edildiyi” qeyd olunur.

Twitter-də bloklanmış “dezinformasiya kraliçası”

2022-ci ilin iyul ayının 19-dan etibarən “Twitter”də (indiki X) Tsukermanın hesabı sosial şəbəkənin qaydalarını pozan “təkrar-təkrar saxta məlumat yaymaq” səbəbilə bloklanıb. Bloklanma onun Toronto Universitetində fəaliyyət göstərən kibertəhlükəsizlik araşdırma qrupu “Citizen Lab”ı açıq şəkildə tənqid etməsi fonunda baş verib.

Tsukerman qeyd edib ki, “Citizen Lab” tərəfindən İsrail casus proqramlarına diqqət yetirilməsi və digər məsələləri əsasən görməməzlikdən gəlməsi siyasi səbəblərlə əlaqədar ola bilər. 2023-cü ildə Polşanın beynəlxalq yayımçı şirkəti “TVP World”da dərc olunan məqalədə Tsukerman “Citizen Lab”a qarşı ittihamlarını təkrar edib.

Tsukermanın bu şərhləri “NSO Group”un İsrail casus şirkəti və onun Mərakeş və Səudiyyə Ərəbistanı kimi ölkələri müdafiə etməsi ilə üst-üstə düşür. Onun şərhləri çox vaxt “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının və “Citizen Lab”ın hesabatlarında qərəzli kimi xarakterizə olunur. Bu, ONİST (açıq mənbəli kəşfiyyat) tədqiqatçıları və jurnalistlərin mənfi reaksiyasına səbəb olub. Yuxarıdakılar, Tsukermanı xarici hökumətlər adından dezinformasiya yaymaqda ittiham ediblər. X platformasında tənqidçilər, o cümlədən @Cthulhu_Answers@runasand (journalist Runa Sandvik) istifadəçiləri, tez-tez Tsukermanın bloklanmasını müzakirə edir və onu “dezinformasiya kraliçası” adlandırırlar, bu da avtoritar rejimlər tərəfindən yayılmış narrativlərlə əlaqələndirilir.

“X”-də fəaliyyət göstərən @irinatsukerman hesabı, “İrina Tsukerman dezinformasiya yayır” başlığı altında bildirib. “İrina Tsukerman sosial şəbəkədə, Twitter-də bir neçə qayda pozuntusu səbəbindən daima bloklanıb”.

Tsukermanın Azərbaycan hakimiyyəti tərəfindən birbaşa maliyyələndirilməsinə dair sübutlar olmadığına baxmayaraq, onun rəsmi Bakı və azərbaycanpərəst strukturlarla sıx əlaqələri göz qabağındadır. İrina Tsukerman ABŞ-da Azərbaycanın dövlət təbliğat maşınının vacib fiqurlarından biri olaraq qalmağa davam edir.

Telegram kanalımıza abunə olun