2025

Azərbaycanın “boz kardinalı” və Əliyevə qarşı sui-qəsdi

2025-10-22

Azərbaycanın siyasi sisteminin ən nüfuzlu adamlarından biri: Prezident Administrasiyasının keçmiş rəhbəri və Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd etmə ittihamları ilə günahlanır.

Oktyabr ayının 14-də hakimiyyətyönlü azərbaycan media orqanları məlumatlar yaydılar ki, Bakı şəhəri Səbail rayon məhkəməsi 87 yaşlı Mehdiyevə qarşı başlanmış cinayət işi üzrə qərar qəbul edib: 4 aylıq ev dustaqlığı tətbiq edilib. Mehdiyevə qarşı Azərbaycan Cinayət Məcələsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Hakimiyyət mənbələri iddia edir ki, barəsində irəli sürülmüş ittihamların əmlakı zorla ələ keçirməyə imkan verdiyinə görə Mehdiyev daşınmaz əmlakından məhrum edilə bilər. Bundan başqa, məhkəmə Mehdiyevi fəxri adlardan və dövlət mükafatlarından məhrum edə bilər (2008-ci ildə “İstiqlal”, 2013-cü ildə “Şərəf”, 2018-ci ildə “Şöhrət”, 2019-cu ildə “Heydər Əliyev” ordenləri ilə təltif edilib). Azərbaycan mətbuatının verdiyi məlumatına görə, Mehdiyevin ailə üzvlərinə ölkədən çıxış məhdudiyyətləri tətbiq edilib. Bu məhdudiyyətlər Mehdiyevin həyat yoldaşı Galina Mehdiyevə (bəzi məlumatlara görə o, etnik mənsubiyyətinə görə ermənidir), oğlu Teymur Mehdiyevə və qızı Kəmalə Əliyevaya, habelə Mehdiyevin kerəkəni-sabiq deputat İlham Əliyevə aiddir.

Rusiya köməyi ilə çevriliş cəhdi

Oktyabr ayının 16-da “APA” hakimiyyətyönlü xəbər agentliyi “Ramiz Mehdiyevin çevriliş planı necə üzə çıxdı” başlığı ilə məqalə yayıb, həmin məqalədə qeyd edilir ki, Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi planı hazırlayıb və öz kanalları vasitəsilə bunu Rusiya tərəfinə təqdim edib. Bundan başqa qeyd olunur ki, Mehdiyev 2024-cü ilin dekabr ayının 25-də baş vermiş hadisədən-AZAL-a məxsus təyyarənin Rusiya hava məkanında vurulması iddiasından sonra, Azərbaycan və Rusiya münasibətlərində yaranmış gərginlikdən istifadə etməyə çalışıb. Özünün uzun illərdir dostları vasitəsilə Moskvaya bildirərək ki, çevriliş planı artıq hazırlanıb və özü Rusiyanın dəstəyinə ümid edir, Mehdiyev hakimiyyəti zorla ələ keçirdikdən sonra keçid dövrünü idarə etmək üçün “Müvvəqqəti Dövlət Şurası” formasında müvəqqəti bir orqan yaratmağı təklif edib. Bu plana görə, 87 yaşlı sabiq məmur həmin Şuranın rəhbəri olmalı idi. APA-nın mənbəsi bildirir ki, Azərbaycan və Rusiya prezidentləri: İlham Əliyev və Vladimir Putin arasında oktyabr ayının 9-da Düşənbədə keçirilmiş görüş zamanı Kremlin Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsi barədə məlumat verdiyi qeyd edilir. Media orqanı vurğulayır ki, 87 yaşlı Ramiz Mehdiyev galiba “öz davamlı yalvarışları və dəstək almaq cəhdləri ilə Rusiyanı bezdirib”. Nəticədə Rusiya ondan tamamilə imtina edib və plan, şəbəkə barədə məlumatı rəsmi Bakıya ötürüb.

“APA” habelə iddia edir ki, Mehdiyevin Rusiyaya sıx əlaqələri həmişə açıq-aşkar olub. Sovet dövründə də, o Moskvanın casus şəbəkəsinin üzvü kimi tanınırdı. Uzun illər boyunca öz nüfuzundan istifadə edərək, Mehdiyev Azərbaycanın hökumətində “dost” məmurların irəliləməsinə şərait yaradıb.

Habelə qeyd edilir ki, 44 günlük Artsax müharibəsindən əvvəl Azərbaycanda rusiyapərəst şəxslər, o cümlədən Ramiz Mehdiyev, tutduğu vazifələrindən azad edilib. Milli Elmlər Akademiyasının prezidenti olanda Mehdiyev guya siyasi məqsədlərlə intriqalarını davam etdirərək, akademiyada dözülməz mühit yaratdığına görə demək olar ki, akademiyanın bütün institutları onun istefasını tələb etmişdilər.

Yeri gəlmişkən, xəbər agentliyi qeyd etmir ki, “Sovet dövründən Moskva casus şəbəkəsinin üzvü” olan Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində necə çalışıb və Heydər Əliyevin, sonradan isə İlham Əliyevin etimadını necə qazanıb.

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui-qəsd planlaşdırıb?

APA-nın yuxarıdakı dərcindən sonra, Azərbaycan KİV-ləri Mehdiyevə qarşı kampaniyasını davam etdirərək “yeni detal”lar təqdim etdilər. “Vesti Baku”ya görə, İlham Əliyevə qarşı çevriliş cəhdi 2024-cü ilin dekabr hadisələrindən (AZAL təyyarəsi qəzası) çox daha əvvəl planlaşdırılıb. Mənbə qeyd edib ki, Mehdiyev hələ də aparıcı media orqanlarının redaksiya siyasətinə təsir göstərmək qabiliyyətinə malik olub və parlamentdə ona sadiq bir qrup saxlayıb ki, onlar böhran zamanı “müvəqqəti hökuməti”nə dəstəkləməyə hazır idilər. Ssenarinin əsas məqamı isə təyyarə qəzası olub, hansı ki, güman edilir-“əməliyyatın siqnalı” rolunu oynayacaqmış. Qeyd olunur ki, 2024-cü ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi daşıyan prezident təyyarəsi ilə “bədbəxt hadisə” baş verməsi planlaşdırılıb, xarici görünüşcə isə bu, Ukrayna pilotsuz uçuş aparatının hücumuna bənzəyəcəkmiş. Nəticədə ölkə sarsılır, təşviş və xaos yaranır və “fövqəladə vəziyyət” elan edilir.

Mənbəyə görə, proqram Moskvanın hərbi dairələri vasitəsilə koordinasiya olunub. Əsas əlaqələndiricilərdən biri uzun müddət Bakıda “Moskvanın adamı” hesab edilən general N. Sadıqov idi. Onun vəzifəsi rus hərbçilərinin diversiyanı həyata keçirməsini təmin etmək olmuşdu- texniki dəstək göstərmək, GPS-i söndürmək və ya saxta siqnallar ötürmək. Eyni zamanda, Mehdiyevin nəzarətindəki media qurumları informasiya hücumuna hazırlaşıblar-onlar əvvəlcədən “sirli hücum”, “Müvəqqəti Dövlət Şurası” və “idarəetmənin keçidi” barədə materiallar hazırlamışdılar. Mənbə qeyd edib ki, hətta “yeni nazirlər” siyahıları da tərtib edilmişdi. Lakin əməliyyat uğursuz olub: icraçılar səhv ediblər-prezident təyyarəsinin əvəzinə, eyni marşrutla uçan və 30 dəqiqə əvvəl havaya qalxmış mülki sərnişin təyyarəsi vuruldu. Mənbəyə görə, bundan sonra Rusiya sürətlə ssenarini yenidən qurub vəziyyəti dəyişdirərək texniki səhv kimi təqdim edib və “məlumatları qismən ötürüb”.

Eyni sızmaya görə, ən dramatik hadisə bir müddət sonra, Düşənbədə keçirilən görüş zamanı baş verib. Orada Rusiya prezidendi Vladimir Putin İlham Əliyevə bildirib ki, Rusiya “Sui-qəsd cəhdinin qarşısını alıb” və operativ məlumatlar, o cümlədən Azərbaycandakı agentin adını ötürüb.

Yeri gəlmişkən, “AZAL” təyyarəsinin qazaya uğraması günü, 2025-ci il fevral ayının 5-də Əliyevin prezident təyyarəsinin problemləri barədə məlumatı Azərbaycan müstəqil “Turan” agentliyi vermişdi. Nəşrdə qeyd olunur ki, İlham Əliyevin dövlət təyyarəsi 2024-cü il dekabr ayının 25-də xarici texniki müdaxiləyə məruz qalıb-MDB ölkələrinin rəhbərlərinin qeyri-rəsmi sammitinə Sankt-Peterburqa gedərkən. Daha sonra bu məlumat media tərəfindən təkzib edilib və dövlət təbliğat maşını tərəfindən hədəfə alınıb.

Xüsusilə, Azərbaycan hakimiyyətinə yaxın “Caliber.az” öz “ “Sensasiya” hansı ki, olmayıb” başlıqlı dərcində “Turan” agentliyini ittiham edib və Əliyevin təyyarəsi ilə bağlı yuxarıda qeyd olunan məlumatı “tamamilə mənasız və yalan” adlandırıb.

Diqqətəlayiqdir ki, bu nəşrdən bir neçə gün sonra-fevral ayının 13-də “Turan” agentliyi fəaliyyətini dayandırdığını elan etdi və qeyd etdi ki, “maliyyə məhdudiyyətləri səbəbindən” cari formatda fəaliyyətini davam etdirə bilməz.

Qeyd olunmalıdır ki, azərbaycan hakimiyyət mənbələri Mehdiyevin ev dustaqlığının onun yaxınlarına və ideyalarını dəstəkləyənlərə açıq mesaj olduğunu vurğulayırlar. Bildirilir ki, Mehdiyevin yaxın çevrəsinə keçmiş XİN naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq bölmə rəhbəri Əli Həsənov, keçmiş mədəniyyət naziri A.Qarayev, “Xalq Cəbhəsi” partiyasının gənclər təşkilatının sabiq fəalı A. Qasımlı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri E.Mahmudov daxildir. Ramiz Mehdiyevin “komandası”nda habelə məhkəmə sistemindən kənarlaşdırılmış K.Əliyev və nəqliyyatın sabiq naziri Z.Məmmədov da olublar.Siyahıda deputatlar Z.Oruc, digər bir qanunverici M.İbrahimqızı və parlamentin digər üzvləri, eləcə də bəzi nazirliklərin bir sıra vəzifəli şəxsləri yer alıb. Bunu mümkün yeni həbslərin siqnalı kimi başa düşmək olar. Yeri gəlmişkən, Azərbaycan mediası artıq xəbər yayır ki, Mehdiyevin həbsi ilə bağlı keçmiş Milli Təhlükəsizlik naziri E.Mahmudov da məsuliyyətə cəlb olunacaq.

Ramiz Mehdiyev kimdir?

Sovet dövrünün sonlarından 1990-cı illərə qədər Ramiz Mehdiyev Heydər Əliyevin ən etibarlı şəxslərindən biri olub. 1994-cü ilin fevral ayından Heydər Əliyev tərəfindən Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri, 1995-ci ilin fevral ayından isə Prezident Administrasiyasının rəhbəri təyin edilib. 1995-ci ildə Azərbaycan Milli Məclisinin üzvü seçilib. İlham Əliyevin dövründə Mehdiyev uzun illər ideoloji siyasətə və təhlükəsizlik aparatına nəzarəti qoruyub, Əliyevlər ailəsinin siyasi irsinin davamlılığını təmin edib-atasının ölümündən sonra, İlham Əliyevə (o, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə ilk dəfə Azərbaycan Prezidenti seçilmişdi) hakimiyyəti möhkəmləndirməyə kömək edib. Prezident Administrasiyasının rəhbəri vəzifəsini 2019-cu ilə qədər tutub. 2019-2022-ci illərdə isə Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Prezident Administrasiyasının rəhbəri olanda Mehdiyev yalnız məmur deyil, həm də ideoloq və siyasi sistemin dayağı idi. Onun təsiri xüsusilə güc strukturlarında və informasiya məkanında özünü göstərib. Mehdiyev Azərbaycan siyasi sahəsinin “boz kardinalı” sayılırdı. O, daha çox rusiyapərəst siyasətçi kimi tanınıb. Azərbaycan KİV-ləri onu “5-ci kolon”un rəhbəri və Azərbaycanda “Rusiyanın adamı” adlandırıblar. İlham Əliyev 2019-cu ilin oktyabr ayında R. Mehdiyevi Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib, onu Heydər Əliyev ordenii ilə təltif edib və tədricən siyasi fəal sahəsindən uzaqlaşdırıb. Müxtəlif məlumatlara görə, o, habelə akademiya prezidentliyindən də kənarlaşdırılıb, çünki siyasi sahədə təsirini qorumağa çalışırdı və bu proseslərdə aktiv iştirak edirdi.

Oktyabr ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehdiyev təhlükəsizlik şurasından da kənarlaşdırılıb (o, 2019-cu ilin oktyabr ayının 23-də, sərəncamı ilə təhlükəsizlik şurasına daxil edilmişdi).

Mehdiyev habelə hakim “Yeni Azərbaycan” partiyasından çıxarılacaq. “Ramiz Mehdiyev həm Yeni Azərbaycan Partiyasının, həm də partiyanın Veteranlar Şurasının üzvü ola bilməz. Günahkar hesab olunan şəxs partiya sıralarında qala bilməz”,-deyə partiyanın Veteranlar Şurasının sədri A.Rəhimzadə bildirib və əlavə edib ki, yaxın günlərdə məsələni müzakirə etmək məqsədi ilə partiyanın müvafiq orqanlarının iclası keçiriləcək.

Bundan başqa, R.Mehdiyevin Milli Elmlər Akademiyasının fəal üzvləri sırasından çıxarılması məsələsi də müzakirə olunur. “Biz də son hadisələrə görə kədərlənirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq”,-deyə akademiyanın prezidenti İsa Həbibbəyli bildirib.

Reaksiyalar

Əvvəllər Azərbaycanın siyasi sahəsində ən nüfuzlu şəxs hesab olunan, “boz kardinal” ləqəbi ilə tanınan Ramiz Mehdiyevə qarşı irəli sürülən belə ciddi cinayətlər və ittihamlar hazırda Azərbaycan ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Demək olar ki, ictimai rəy bölünüb.

İllər boyu Mehdiyevin siyasi təsirinə məruz qalan müxalifət və vətəndaş cəmiyyəti üzvləri onun təqibini ədalətin təzahürü kimi qəbul edirlər.

“Biz 10-20 il əvvəl bilirdik ki, o, Rusiyanın maraqlarına xidmət edirdi... Ramiz Mehdiyev həmin siyasətin təməlində dayanırdı ki, bu siyasət intellektualların və gənclərin ölkəni tərk etməsinə səbəb oldu. Bütün bunları o, Moskvanın əmri ilə həyata keçirib”,-deyə Azərbaycan Demokrat Partiyasının sədri S.Cəlaloğlu bildirib və əlavə edib ki, Mehdiyev çoxdan həbs olunmalıydı və hazırkı ittihamlar tamamilə əsaslıdır.

Digər tərəfdən, müxalifət və ictimaiyyətin əhəmiyyətli bir hissəsi bu hadisəni hakimiyyət daxilindəki qarşıdurmaların təzahürü kimi qiymətləndirir.

“O fakt ki, korrupsiya və repressiya rejimin əsas qurucularından biri olan Ramiz Mehdiyevin özünün də, həm də bu yaşda ağır cinayətlərdə ittiham olunması, rejimin iflasının və öz-özünü yeməsinin daha bir sübutdur”,-deyə Azərbaycan müxalif “Xalq Cəbhəsi” Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazıb və əlavə edib ki, rejim “öz yaratdığıları yeyir” və Ramiz Mehdiyev indi “öz yaratdığı və həmtəsis etdiyi canavar (rejim) tərəfindən” cəzalanır.

Yayılmış fikrə görə, Mehdiyev daha çox konkret cinayətlərinə görə deyil, keçmiş elitanın nümayəndəsi olduğuna hədəfə alınır. Onun cinayət təqibi , bir çoxlarına görə, siyasi nəsil dəyişimini və hakimiyyətin iyerarxiyasının yenidən qurulmasını simvollaşdırır.

“OC Media”-ya görə, bu proses yeni rəhbərliyin getməkdə olan intellektuallara (ziyalı) qarşı “intiqam hissini” əks etdirir. Qeyd olunur ki, Mehdiyev itirdiyi hakimiyyətin bir hissəsini bərpa etmək istəyirdi, lakin ehtimal ki, o, Əliyevə sui-qəsd planlaşdırmağa qədər irəli gedəcəkdi, yəqin ki, bir qədər ağlasığmazdır.

Demək olar ki, Mehdiyevin ətrafında yaranmış bu vəziyyət Azərbaycan siyasi sistemində dönüş nöqtəsidir. Onun işi, ilk növbədə göstərir ki, hətta avtoritar sistemlərdə uzun müddət toxunulmaz hesab olunan şəxslər də zamanla təsirlərini itirə, ictimai-siyasi həyatdan kənarlaşdırıla bilərlər. Mehdiyevin siyasi karyerasının sonu: ciddi cinayət ittihamları ilə müşaiyət olunan, habelə göstərir ki, hakim sisteemdə qüvvələrin yeni tarazlığı formalaşır və yaxın gələcəkdə Azərbaycanın siyasi meydanında və hakimiyyət piramidasında ciddi dəyişikliklərin başlanğıcıdır. Bundan əlavə, bu, Azərbaycanda siyasi mübarizə üsullarının sərtləşdiyini də göstərir.

Telegram kanalımıza abunə olun