2025

Areş qəzasında Xanapat kəndi

2025-10-13

Xanapat erməni kəndi Yelizavetpol quberniyasının Ərəş qəzasında-Ağdaş yaşayış məntəqəsindən 29.4 km şimal-qərbdə yerləşirdi. Qədimdə qəzanın əraziləri Albaniyanın tərkibində olub və Kağadaşt adlanırdı. Kənd həm də Xanabad, Xanavat, Xanavad adları ilə[1] tanınırdı. Xanapatla bitişik həm də eyniadlı türklərin məskunlaşdığı kənd yerləşirdi, həmin kəndin sakinləri 1905-ci il noyabr ayının 28-də erməni-tatar döyüşləri zamanı erməni yaşayış məntəqələrinə hücum ediblər.

Xanapatlıların mənşəcə haradan olduqları barədə dəqiq məlumatlar qorunub saxlanılmayıb. Bir versiyaya görə onlar yerlidirlər, digər bir versiyaya görə isə Xaçenin Xanapat və Ərəşin Xaldan kəndlərindən burada məskunlaşıblar.

1841-ci ildə Xanapatda 11 ev-61 erməni sakin, 1851-ci ildə 9 ev-62 sakin. 1888-ci ildə kənddə 40 ev erməni-təxminən 197 sakin, 1901-ci ildə isə 243 erməni sakin yaşayırdı. 1908-ci ilin məlumatlarına görə Xanabad əhalisinin sayı 255 nəfərə, 1914-cü ildə isə 298 nəfərə çatmışdır.

Erməni-tatar döyüşləri zamanı kənd xeyli əziyyət çəkib. 1918-ci ilin yayın hadiələri Xanapat üçün sarsıdıcı oldu, o zaman Osmanlı qoşunları və onlara qoşulan türk-tatar quldur dəstələri qəzanın erməni yaşayış məntəqələrini dağıdıblar.

Kənddə kilsə olub, həmin kilsə 1841-ci ildə Surb (Müqəddəs) Gevorg kimi, 1893-cü ildə isə Surb (Müqəddəs) Astvatsatsin adı ilə xatırlanıb. Yəqin ki, kənd kilsəsi zamanla (1841-1893-cü illər ərzində) yenidən qurularaq Surb (Müqəddəs) Astvatsatsin kimi təqdis edilmişdir.

Xanapatın ruhani rəhbərlərindən Astvatsatur Biniatyan, Arakel Bayanduryants[2], Grigor Ter-Arakelyan Kostandyants[3] məşhurdur.

Ədəbiyyat

Səyyahın məktubları, B. “Nor-Dar”, 1889, № 207, 14 dekabr, s. 2.

Lusents A. Ğ., Ərəş ləhcəsi, Yerevan, 1982, s. 271.

[1] Kənd hazırda Xanabad adı ilə tanınır.

[2] 1859-cu ildə keşiş təyin edildi, 1893-cü ilə qədər xatırlanır.

[3] 1868-ci ildə anadan olmuşdur. O, 7 dekabr 1899-cu ildən 1912-ci ilə qədər keşiş kimi xidmət etmişdir.

Telegram kanalımıza abunə olun