2025

Hərbi cinayətin “albanlaşdırılması”nın düzəlişi

2025-10-11

Şuşi, Surb (Müqəddəs) Xilaskar Qazançetsots kilsəsi, 2010-cu illər

Bakıda oktyabr ayının 9-da “itkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Ondan sonra konfrans iştirakçılarının Artsaxın müxtəlif rayonlarına, o cümlədən işğal olunmuş Şuşi şəhərinə səfəri təşkil olunub.

İştirakçılar şəhəri gəziblər, habelə 44 günlük müharibə zamanı Bakı tərəfindən raket zərbələri ilə zədələnmiş Şuşidəki Surb (Müqəddəs) Xilaskar Qazançetsots Kilsəsində olublar.

Azərbaycan KİV-lərində yayımlanmış erməni kilsəsinin şəkillərindən aydın olur ki, Bakı sanki burada aparılan qanunsuz təmir işləri tamamlayıb, çünki tikinti işlərinin izləri görünmür.

Yayımlanmış şəkillərə görə, kilsənin qülləsinin xaçı yoxdur.

Şuşi Surb (Müqəddəs) Xilaskar Qazançetsots Kilsəsi 2025-ci ildə “albanlaşdırıldıqdan” sonra

44 günlük Artsax müharibəsi zamanı, oktyabr ayının 8-də kilsə iki dəfə Azərbaycan silahlı qüvvələri tərəfindən hədəfli şəkildə raket zərbələrə məruz qalmışdı.

Beynəlxalq Human Rights watch insan haqları təşkilatı təşkilatı Surb (Müqəddəs) Xilaskar kilsəsinin raket zərbələri ilə bağlı hesabat yayaraq bunu “mümkün hərbi cinayət” kimi qiymətləndirib.

“Kilsəyə vurulan iki zərbə (ikinci zərbə zamanı orada jurnalistlər və mülki şəxslər də olub) sanki qəsdən planlaşdırılmış kimi görünür. Həmin zərbələr obyektiv şəkildə araşdırılmalı, məsuliyyət daşıyanlar isə cəzalandırılmalıdır”,-deyə Asiya HRW-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.

Müharibədən sonra Bakı bəyan edib ki, kilsədə “restavrasiya” həyata keçirir, hansı ki, qanunsuz və qəribə şəkildə aparılırdı, erməni tərəfinin və heç bir beynəlxalq qurumun razılığı və iştirakı olmadan.

Daha da vacibi, azərbaycanlı rəsmi şəxslər kilsəni “alban” kimi təqdim edirlər və açıq şəkildə Artsax ərazilərində erməni dini irsini dağıtmaq və onun kimliyini dəyişdirmək niyyətlərini bəyan edirlər.

Hələ 2022-ci ilin fevral ayında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bəyan edib ki, “Albaniya (Ağvanq) tarixi və memarlığı üzrə mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb”, guya “albaniya dini məbədlərində ermənilər tərəfindən yazılmış saxta izləri aradan qaldırmaq üçün”.

Kərimov deyib. “Biz işçi qrupun üzvləri ilə həmin məkanları nəzərdən keçirmişik, yoxlamadan sonra növbəti addımlarımızı müəyyən edəcəyik. Həmin yerlər hələ də tam təhlükəsiz deyil. Ərazilərin mina təmizləməsindən sonra, biz oraya yerli və beynəlxalq ekspertləri aparacağıq, erməni saxtakarlığını və dəyişiklikləri sənədləşdirəcəyik və beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Kərimovun bəyanatını və “Azərbaycanın nəzarəti altına keçmiş erməni dini və tarixi-mədəni abidələri dağıtmaq və onların kimliyini dəyişdirmək məqsədilə işçi qrup yaratmasını” pisləmişdir.

“Qonşu xalqın tarixi-mədəni irsini qəsdən və qanunsuz şəkildə mənimsəmək və onu tarixi yaddaşdan məhrum etmək məqsədi ilə dövlət səviyyəsində belə bir qurumun yaradılnası, hətta münaqişələr tarixinə misilsizdir. Bu, bir daha göstərir ki, 44 günlük müharibə zamanı və sonrakı dövrdə Dağlıq Qarabağda erməni tarixi-mədəni və dini irsinə qarşı vandalizm və məhv etmə halları qəsdən və planlı xarakter daşıyıb və Dağlıq Qarabağı onun yerli erməni əhalisindən məhrum etmək siyasətinin bir hissəsini təşkil edir”,-deyə Ermənistan Xarici İşlər Nazirliyinin şərhində bildirilib.

Bakı tərəfindən təşkil olunan beynəlxalq konfrans, habelə onun çərçivəsində həyata keçirilən səfər-xüsusilə də işğal olunmuş Şuşi şəhərinə-Azərbaycanın hazırladığı siyasi strategiyasının göstəricisidir, həmin strategiya Artsaxın erməni tarixi-mədəni irsinin yenidən formalaşdırılmasına və inkar edilməsinə yönəlib. Tarix və mədəniyyətin siyasi məqsədlərlə manipulyasiyası fonunda Azərbaycanın rəsmi bəyanatları-kilsəni “alban” kimi təqdim etmək və “erməni saxta izlərini” aradan qaldırmaq barədə-təkcə beynəlxalq hüquq normalarını pozmur, həm də Artsaxda erməni kimliyinin izlərini silmək məqsədi daşıyır.

Telegram kanalımıza abunə olun