2026

«Bir millət, üç dövlət». Artsaxda müharibənin və etnik təmizləmələrin cəzasızlıq fonunda Azərbaycan Şimali Kiprlə daha sıx əlaqələr qurur

2024-04-08

2024 il aprel ayının 3-də APA xəbər agentliyi Azərbaycan Milli Məclisinin (parlament) layihəsinin təqdimatı haqqında bildirib, bununla Azərbaycan və tanınmamış Şimali Kipr (Şimali Kipr Türkiyə tərəfindən Kipr adasının şimal hissəsinin işğalından sonra 1974 ilində yaradıldı) arasında parlamentlərarası əlaqələrin qurulmasını təklif edilir. Aprel ayının 5-də Məclis (parlament) yeni yaradılmış işçi qrupunun rəhbəri vəzifəsinə deputat Cavanşir Fayziyevi seçərək layihəni qəbul etdi.

Həmin gün aprel ayının 5-də Türkiyənin vitse prezidenti Cevdet Yılmaz xəbəri açıqladı və elan etdi.«Bugün biz deyirik.«bir millət, üç dövlət» ».

Şimali Kiprin prezidenti Ersin Tatar aprel ayının 5-də X sosial şəbəkəsinin öz səhifəsində Azərbaycan prezidentinə və məclisinə qrupun yaratmasına təşəkkür etdi və vurğuladı.«Türk dünyası ailəmizdir, türk dünyası ilə əlaqələrimizi genişləndirməliyik». Sonradan aprel ayının 6-da Tatar zəng edərək şəxsən İlham Əliyevə təşəkkür edib.

Xatırladaq ki, işğal olunan Şimali Kipri sadəcə Türkiyə tanıyır. Şimali Kiprin məsələsi əsas əsas səbəblərindən biridir ki, hələ 1999 ildən etibarən Türkiyənin Avropa İttifaqına üzvlüyünə mane olur.

Azərbaycan və Şimali Kipr arasındakı əlaqələrinin yaxınlaşdırılması rəsmi səviyyəsində Artsaxa qarşı Azərbaycanın başladığı müharibənin və Artsaxın tamamilə işğalını izləyir, buna açıq şəkildə Türkiyə dəstəkləyir. 2021 il noyabr ayının 8-də Şimali Kiprin prezidenti Ərsin Tatar İstanbulda Artsax 44-günlük müharibəsinin ildönümünə həsr olunmuş tədbirlərində elan edib ki.«Kiprdə ədalət məsələsində bütün Türk dünyasının, eləcə də Azərbaycanın dəstəyini gözləyirlər».

Məhz Artsax müharibəsindən sonra 2021 il iyul ayının 16-da Azərbaycan parlamentinin nümayəndə heyəti ilk dəfə rəsmi ziyarət ilə Şimali Kiprə getdi. Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Əlif Çağatay Kılıç bu ziyarətini tarixi olaraq adlandırıb.

2023 il sentyabr ayının 20-də Azərbaycan tərəfindən Artsaxın uzun müddət blokada saxlanması, humanitar fələkət yaradılması Artsax ermənilərinin tam məcburi köçürülməsinə başlanılması kontekstində E.Tatar Artsaxda «Azərbaycanın anti-terror əməliyyatlarının keçirməsinə» dəstəkləyib.

2023 il sentyabr ayının 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin məqsədi tanınmamış Şimali Kiprə Beynəlxalq inteqrasiyasıdır. 2023 il oktyabr ayının 12-də Tatarın başçılıq etdiyi nümayəndə heyəti birinci dəfə üç günlük rəsmi ziyarəti ilə Bakıda «Şimali Kiprin mədəniyyət günləri» tədbirlərinə iştirak etmək üçün Azərbaycana gedib. Ziyarət çərçivəsində Tatar bildirib ki: «Türkiyə, Azərbaycan və Şimali Kipr «bir millət, üç dövlətdir» ». Ziyarətdən əvvəl Tatar jurnalistlərlə söhbətində bildirib ki, Bakıya Azərbaycan ilə bütün sahələrində münasibətlərini yaxşılaşdırmaq üçün gedirlər, əlavə edib ki, nümayəndə heyəti 200 şəxsdən ibarətdir. Ziyarət çərçivəsində Tatarı İlham Əliyev qəbul edib, bundan əvvəl isə iki prezidenti 2022 il Ağustos ayında türk Konya şəhərində görüşüblər.

Bu diplomatik hadisələr Artsaxa qarşı Türkiyənin dəstəyi ilə Azərbaycan tərəfindən başladılan və nəzarətsiz aqressiya kontekstində baş verirlər. Beynəlxalq normalarının açıq və kobud şəkildə pozuntu olan, cəzasız qalan aqressiya. Tanınmamış Şimali Kipr ilə Azərbaycanın alətlərinin yaxınlaşması rəsmi səviyyəsində Şimali Kiprin Türkiyənin beynəlxalq inteqrasiya gündəliyi ilə üst-üstə düşür. Bununla Azərbaycan eləcə də Artsaxa qarşı müharibəsində və Artsax ermənilərinin etnik təmizləmələrini həyata keçirmə məsələsində göstərdiyi dəstəyi üçün Türkiyəyə minnətdarlığını bildirir.

Bu kontekstdə Azərbaycan tərəfindən sonradan Şimali Kiprin tanınması istisna deyildir. 2022 il mart 12-də Azərbaycan prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərin verdiyi «rəsmi Bakı Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyır tanıması» sorusuna, qeyd edib ki, özləri diqqətlə Şimalı Kiprdə baş verən hadisələrini və proseslərini izləyirlər.«Biz bütün sorularını müzakirə edirik, fəaliyyətimizi birlikdə və səbirlə davam edirik»,-Hacıyev vurğulayıb.

Hələ 2015 il aprel ayının 24-də Kipr prezidenti Nikos Anastasiadis qeyd edib ki, «həm Ermənistan, həm Kipr cəzasızlığın qurbanlarıdır».

Telegram kanalımıza abunə olun