2025
2025-10-06
Xaldan[1] Şərqi Zaqafqaziyanın ermənilərin yaşadığı kəndlərindən biri idi. Həmin kənd Ərəş (Erməni bazarı kimi də tanınır) yaşayış məntəqəsinə kifayət qədər yaxın idi və müəyyən mərhələdə hətta yuxarıdakının ərazisinə də daxil olmuşdur. 19-cu əsrdə Yelizavetpol quberniyasının Ərəş qəzasında yerləşirdi.
Kəndin yaranması haqqında məlumat yoxdur. 19-cu əsrdə bir neçə dəfə kənd əhalisinin sayı xatırlanıb. Belə ki, 1841-ci ildə Xaldanda 18 ev-124 erməni sakin, 1851-ci ildə-22 ev, 132 erməni sakin, 1853-cü ilin məlumatlarına görə də 140 erməni sakin olub.
Kənddə Surb ( Müqəddəs) Astvatsatsin kilsəsi fəaliyyət göstərirdi, 1851-ci ilə aid qeydə görə burada keşiş Astvatsatur Biniatyan idi. Yuxarıdakı, böyük ehtimalla, Xanapatda da keşişlik etmişdir. 1888-ci ildə kəndə səfər edeən Nerses Davtyan qeyd edib ki, kilsə çox qədimdir və ənənəyə görə, erməni kralı Mömin Vaçaqan dövründə (485-510) tikilib.
Bizə naməlum səbəblərdən, ermənilər 19-cu əsrin ikinci yarısında kəndi tərk ediblər, sonra həmin kənd türkdillilərlə məskunlaşdırılıb. Kəndi tərk edən ermənilərin bir qismi qonşu Xanapat və Ərəş kəndlərində məskunlaşıblar. Beləliklə, 1895-ci ilin məlumatlarına görə Xaldan kəndində heç bir erməninin adı çəkilmir.
“Nor-Dar” qəzetinin 1895-ci il nömrələrindən birində müxbir, Ərəş qəzasının erməni kəndlərini təsvir edərkən, qeyd etmişdir ki, “türk ünsürü hər yerdə öz dağıdıcı xasiyyəti ilə dağıdıcı təsirini göstərmişdir...” və ermənilərin Erməni-Bazar kəndi (əvvəllər Ərəş qəsəbəsi) türklərin yaşadığı kəndlərlə əhatə olunmuşdur, onların sırasında Xaldan kəndi də xatırlanmışdır.
Kənd hazırda Yevlax rayonunun tərkibindədir və Xaldan adlanır.
[1] Azərbaycan dilində Xaldan.
Ədəbiyyat
Karapetyan S., Albaniyanın özü, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 21.
Xoyzade, Yazışmalar, “Nor-Dar”, 1895-ci il, 152, 24 avqust, s. 3.
N. D. /Nerses Davtyan/, Ərəş qəzasının bir neçə kəndləri, “Mşak”, 1888, 131, 17 noyabr, s. 2.