2025
2025-09-08
Qədim erməni Havarik[1] kəndi 1930-cu ildə Kür yaxınlığındakı ərazilərində yaranmış Ağdaş rayonunda yerləşir. Yaşayış məntəqəsi rayon mərkəzi Ağdaşdan (keçmişdə Kağaberd adlanırdı) 33.2 km şimal-qərbdə yerləşir. İnzibati cəhətdən19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində kənd Yelizavetpol quberniyasının Areş (Ərəş) qəzasının tərkibində olub.
Kür çayı məcrasını dəyişməzdən əvvəl kəndin ərazisindən axırdı. 1896-cı ilin may ayının 15-də çayın suyunun səviyyəsinin qalxması nəticəsində Əkçam, Havarik, Hacıselli, Mazrğu kəndlərində evlərin əksəriyyətinin dağıdıldığı, bağların məhv olunduğu barədə məlumatlar qorunub saxlanılmışdır.
Havarikin əhalisi əsasən yerli idi və özünəməxsus ləhcələri olub. Kəndin yalnız 10 ev əhalisi Artsaxdan oraya köçüb.
1841-ci ildə Havarikdə 43 ev-283 erməni sakin, 1851-ci ildə isə 52 ev-403 sakin yaşayırdı. 1888-ci ildə kəndin erməni əhalisinin sayında artım qeydə alınıb-752 nəfərə, 1901-ci ildə isə 800 nəfərə çatıb. 1905-ci ildə kənddə 888 erməni yaşayırdı. 1908-ci ildə erməni əhalisinin sayı azalıb-490 nəfər.
1914-cü ilin statistik məlumatlarına görə kənddə 790 erməni yaşayırdı, 1917-1918-ci illərdə kənddə 250 ev erməni əhalisi olmuşdur.
Uzun illər Havarikdə 1870-ci ildə açılan kilsə məktəbi fəaliyyət göstərmişdir. Qonşu erməni kəndlərinin-Kandak, Mazrğunun uşaqları da orada təhsil alırdı. Lakin bina şəraitinin olmaması səbəbindən məktəb bəzən fəaliyyətini dayandırmağa məcbur olub.
Havarik, 1905-1906-cı illərdə erməni-tatar müharibələri zamanı çox əziyyət çəkdi-kənd dağıdılıb, əhalinin bir hissəsi isə qətlə yetirilib.
Kəndlilər kəndi yenidən qurdular, lakin 1918-ci ildə Bakıya doğru yürüş edən Osmanlı qoşunları və onlara qoşulan tatar dəstələri tərəfindən yenidən dağıdıldı. Qırğınlardan yalnız 28 sakin canını qurtarıb, 1000-ə yaxın insan hələk olub. Canlarını qurtaran bir neçə havarikli ailə Azərbaycanda sovet hakimiyyətinin qurulduğundan sonra, öz doğma kəndlərinə qayıdıblar. Həmin müddət ərzində sakinlər hətta məktəb açmağa cəhd ediblər. Lakin, bir müddət sonra onlar da getdilər, kənd isə ermənilərdən tamamilə boşaldılıb. Sonradan burada türkdillilər məskunlaşıblar.
Kənddə Surb (Müqəddəs) Astvatsatsin kilsəsi fəaliyyət göstərirdi, həmin kilsə barədə ilk məlumatlar 1841-ci ilə aiddir. 1870-ci ildə köhnə, dağılmış kilsənin yerinə havariklilər yeni bir kilsə tikiblər, həmin kilsə də Surb (Müqəddəs) Astvatsatsin adı ilə tanınırdı. Kilsə barədə belə bir qeyd var ki, “...öz gözəl xarici görünüşü və daxili tağları, möhtəşəm sütunları ilə Nuxu kilsələri ilə rəqabət apara bilərdi”. 1906-cı ildə erməni-tatar toqquşmaları zamanı kilsə talan edilmiş və zədələnmişdir. Bu barədə Havarikin keşişi Sahak Ter-Poğosyantsın qeydləri qorunub saxlanılmışdır. “Əllərindən gələni ediblər ki, Havarik kilsəsi dağıdsın, ...”. Baş verənlərdən sonra, kilsə təmir edilib. Sovet hakimiyyəti dövründə-1923-cü ildə, hələ də dayanan kilsə binasını məktəbə çevirmək qərarına gəliblər. 1987-ci ildə kəndə səfər edən Samvel Karapetyan yazıb ki, azərbaycanlılar tərəfindən həm Havarikin kilsəsi, həm də erməni qəbiristanlığı dağıdılıb.
O da məlumdur ki, Havarikdə 1863-cü ildə mətn köçürəni Qrigor “Tağk” (ilahilər) yazıb.
Məşhur şair, tərcüməçi, Areş[2] (Ərəş) ləhcəsinin tədqiqatçısı Aşot Qaragözyan (Aşot Lusents) də Havarik kəndində anadan olub.
Hazırda kənddə azərbaycanlılar yaşayır.
Ədəbiyyat
Areş (Ərəş) qəzasından məktub, “Mşak” qəzeti, 1896-cı il, № 63, 1 iyun, s. 3.
Sahak keşiş Ter-Poqosyan, Areşin (Ərəş) beş kəndinin kilsələri, “Mşak” qəzeti, 1906-cı il, № 134, 22 iyun, s. 3.
Lusents A.Q., Areş ləhcəsi, Yerevan, 1982-ci il, s. 271.
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il, s. 142.
Karapetyan S., Albaniyanın özü, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 22-25.
[1] Havarik, azərbaycan dilində Havarli.
[2] Areş (ərəş) ləhcəsi başqa versiyada-Havarik ləhcəsi.