2025
2025-08-21
Ermənisttan krallığının Vaspurakanın Qoxtn vilayətində Aqulisdən qərbə doğru uzanan Vanandadzor-Vanand, Trunis və Dasta (Dastak) adlı görkəmli kəndlərin yerləşdiyi yeri idi. Vadi bazən həm də kəndlərin adı ilə Vanandadzor, Trunyats Dzor və ya Dastadzor[1] adlanırdı. Tarixi Vanand öz gözəl təbiəti və münbit torpaqları ilə seçilirdi.
Bütün orta əsrlər boyu Vanand[2] inkişaf etmiş erməni kəndlərindən biri olub, əhalisi əsasən əkinçilik və bağçılıqla məşğul olub.
Vanandda Surb (Müqəddəs) Tovma monastırı yerləşirdi, yuxarıdakı ənənəyə görə, eramızın I əsrində Həvari Varfolomey tərəfindən əsası qoyulmuşdur. Orta əsr erməni tarixçisi Stepanos Orbelyanın yazdığına görə, I əsrin ortalarında Həvari Varfolomey Vanandda vəfat etmiş şagirdi Lusikin məzarı üzərində ibadətgah tikdirmiş, yerli bütpərəst monastırı dağıdıb, yerində isə Surb (Müqəddəs) Tovma kilsəsini[3] tikdirmişdir. Monastır girişi qərb fasadında olan üç nefli bazilika idi. 17-ci əsrdə Matteos Vanandetsi tərəfindən təmir edilmişdir. Surb (Müqəddəs) Tovmanın qərb fasadında litoqrafik yazılar, freskalar, ikonoqrafiya və ornamental oymalar var idi. Hazırda monastır xarabalıqdır. Surb (Müqəddəs) Lusik ibbəadətgahına gəlincə 12-13 və 17-ci əsrlərdə təmir edilib. Məbəd hazırda xarabalıqdır.
Vanandın cənub-qərb hissəsində Surb (Müqəddəs) Xaç və ya “Andzrevaber” monastırı yerləşirdi, yuxarıdakı Qoxtnın Petros yepiskopu tərəfindən[4] 1457-ci ildə tikilmişdir. Monastır 17-ci əsrdə təmir edilmişdir. Surb (Müqəddəs) Xaçda kitabələr, freskalar, naxışlar, əlavə tikililər və divarlar olmuşdur. Hazırda o da xarabalıqdır.
Vanandda orta əsrdə tikilmiş Surb (Müqəddəs) Hovhannes kilsəsi yerləşirdi, yuxarıdakı 1666-cı ildə xatırlanır. İndi kilsə xarabalıqdır.
Vananddan bir sıra görkəmli erməni mədəniyyət xadimləri olmuşdur: Vahan Qoxtnetsi, gec orta əsrlərdə erməni nəşriyyat işində xüsusilə seçilən vanandlılar-Qoxtnın Surb (Müqəddəs) Xaç monastırının rahibi Tovmas Vanandetsi, Matteos Vanandetsi, Qukas və Mikail Nuricanyan-Vanandetsilər. Yuxarıdakılar Amsterdamda fəaliyyət göstərmişlər: 17-ci əsrin sonunda və 18-ci əsrin əvvəllərində çoxsaylı əsərlər nəşr etdirdilər.
Tovmas Vanandetsi 1695-ci ildə Amsterdamda Movses Xorenatsinin “Ermənistan tarixi” əsərini nəşr etdirdi, 1702-ci ildə isə Almaniyanın Halle şəhərində mətbəə[5] qurub. 1695-ci ildə vanandetsilər Amsterdamda “Hamatarats (ümumdünya) aşxaratsuyt” və “Şarakanlar” nəşr etdiriblər. Nəşrlərin sayı 20-dən çoxdur[6].
19-cu əsrdən etibarən kənd ermənilərdən təmizlənməyə başlamışdır və Vanandda şiə müsəlmanlar məskunlaşıblar.
Hazırda Vanand kəndi Naxicevan Muxtar Respublikasının Ordubad rayonunda yerləşir və azərbaycanlılar yaşayır.
Ədəbiyyat
Qevond Alişan, Sisakan, Venesiya, 1893.
Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoxtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904.
Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012.
T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1998.
Stepanos Orbelyan “Sünik ölkəsinin tarixi”, Yerevan, 1986.
Ayvazyan A., Naxicevan MSSR-in erməni abidələri. Toplu siyahı. Yerevan, 1986.
Erməni Sovet Ensiklopediyası, cild 11, 1985.
[1] Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoxtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904-cü il, s. 314.
[2] Vanand kəndi hazırda azərbaycan dilində Vənənd adlanır.
[3] Stepanos Orbelyan “Sünik ölkəsinin tarixi”, Yerevan, 1986, s. 77.
[4] Qevond Alişan, Sisakan, Venesiya, 1893-cü il, s. 340.
[5] T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1998-ci il, s. 753.
[6] Erməni Sovet Ensiklopediyası, cild 11, 1985-ci il, s. 269.