2025
2025-08-19
Son dövrdə Rusiyanın aviazərbələri nəticəsində Ukraynada infrastrukturunun əhəmiyyətli bir hissəsi ya Qərbi Avropaya məxsus olan, ya da iqtisadi maraqlarına xidmət edən neft emalı zavodları məhv edilib. Azərbaycan burada mühüm oyunçudur. Yuxarıdakı Ukraynaya neft və neft məhsullarının tədarükünə dolama sxemələrində iştirak edir. Bakı Ukraynada əhəmiyyətli aktivlərə nəzarət edir, ən əsası isə, Azərbaycan Ukraynanın neft emalı zavodlarına emala neft verir. Bakının iqtisadi maraqlarına xeyli dərəcədə ziyan vuran bu hücumlar onsuz da gərgin Rusiya-Azərbaycan münasibətlərini daha da gərginləşdirir. Bakı Kiyevə açıq şəkildə dəstəkləməklə Qərbdə etibarlı tərəfdaş kimi mövqelerini möhkəmləndirməyə çalışır.
2025-ci ilin iyul ayının sonunda Ukraynanın dövlətə məxsus “Naftoqaz” şirkəti ilə “SOCAR Energy Ukraine[1]” arasında Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb. Sınaq qaz təchizatı ilk dəfə Transbalkan marşrutu ilə, Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilib. İmzalanan sazişi Ukraynaya strateji əhəmiyyət kəsb edir, çünki müharibə nəticəsində ölkənin qaz ehtiyatları son 11 il ərzində-2025-ci ildə, ən aşağı səviyyəyə çatıb. Bu ilin əvvəlində Kiyevin qışa hazırlıq işləri apardığı məlum olduğuna baxmayaraq, maliyyə problemləri qazın zəruri ehtiyatlarının əldə olunmasına ciddi maneələr yaradır.
Azərbaycan-Ukrayna bu əməkdaşlığı habelə Azərbaycan qazının Avropaya tranzitinə imkan yarada bilər.
Diqqətə layiqdir ki, saziş Rusiya-Azərbaycan münasibətlərinin kəskin şəkildə gərginləşdiyi şəraitində imzalanıb və Avropa ölkələrinin Rusiya qazı tədarükündən tamamilə imtina etməsinə töhfə verə bilər.
Azərbaycan qazının Avropaya tranziti ilə bağlı mümkün inkişaflar barədə hələ bu ilin yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski danışmışdı, fevral ayında isə ölkənin Xarici İşlər Nazirliyi bu istiqamətdə aparılan işlər haqqında bəyan edibdi. Bundan sonra, Ukraynanın xarici işlər naziri Andrey Sibihanın Bakıya səfəri, Azərbaycan prezidenti İlham Əliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri baş tutmuşdu.
Təbii ki, Rusiya tərəfinin Azərbaycanla Ukrayna arasında imzalanmış sazişi ilə bağlı reaksiyaları özünü çox gözlətmədi. RF Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bəyan edib ki, “Azərbaycanın əsas istəyi odur ki, özünü heç olmasa Rusiya Federasiyasının müttəfiqi kimi aparmayan bir dövlət kimi mövqe tutsun və heç bir halda Rusiyanın rəqibləri və düşmənləri ilə əlaqələrini məhdudlaşdırmasın”.
Bakı Rusiya ətrafında yaranmış vəziyyətdən istifadə edərək həm daxili, həm də xarici siyasi arenada öz mövqelərini möhkəmləndirməyə çalışır.
44-günlük müharibədən sonra formalaşan qələbə eyforiyası Azərbaycan cəmiyyətində get-gedə sönür və Əliyev rejiminə insanları iqtisadi problemlərindən yayındırmaq, daxili narazılıqlarının qarşısını almağa yeni xarici “düşman” imici lazımdır. Xarici siyasət arenasında Azərbaycanın iqtisadi maraqlarını Avropa ölkələri ilə mehriban qonşuluq münasibətlərinin qurulmasını tələb edir.
Son dövrdə Rusiya qüvvələrinin Ukraynada neft emalı zavodlarına və terminallarına endirdiyi zərbələri Bakı dəyən iqtisadi zərər kimi istifadə etdi. Söz Ukraynada dağıdılmış Kremençuq və Droqobıç neft emalı zavodlarından gedir, hansılar ki, Azərbaycan neft xammalı ilə fəaliyyət göstəriblər. Kremençuq neft emalı zavodu məhv edilməzdən əvvəl hər il təxminən 500 min ton məhsul istehsal edirdi. 2017-ci ildə Kiyev və Bakı Kremençuq neft emalı zavodlarına ildə 1.3 milyon ton neft tədarük etməyə razılığa gəlmişdilər. Bundan başqa, neft Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzarətində olan Odessa yük terminalı vasitəsilə tədarük edilirdi. Azərbaycan “SOCAR”ı habelə Rusiyanın zərbələrindən zərər görmüş İlicevsk neft yükləmə terminalının istismarına aktiv şəkildə sərmayə qoyub. Ekspertlərin dediklərinə görə, neft emalı zavodlarının məhv edilməsi nəticəsində Bakı artıq milyonlarla dollar itirib və hadisələrin gələcək inkişafı isə Bakını stabil bazardan məhrum edə bilər.
Azərbaycana enerji sektoru həyati əhəmiyyət kəsb edir, çünki ölkə iqtisadiyyatı neft və qaz ixracından çox asılıdır. Ölkənin Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ildə Azərbaycanın ixracının ümumi həcmi 33 898 554 milyard dollar təşkil edib, bunun da 91.5 faizi və ya 31 171 151 milyard dolları mineral yanacaq və mineral yağların ixracı olub. Başqa sözlə, gəlirin əsas mənbəyi sayılan neft və qazla bağlı hər hansı problem Azərbaycanın iqtisadiyyatına ağır fəsadlar verə bilər.
İyul ayının əvvəlində Ukrayna prezidenti telefon danışığında Ukraynaya və onun ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
İyul ayının 10-11-də Azərbaycan Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev Romada Ukraynanın bərpası üzrə konfransında iştirak edərək , Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyini davam etdirəcəyini bildirib. Bundan başqa, Ukraynaya minatəmizləmə işlərində də yardım göstərən Azərbaycan müvafiq ehtiyat hissələri ilə təmin etməyə və mütəxəssislərin hazırlanmasına hazır olduğunu bəyan edib.
İlham Əliyev, öz növbəsində, iyul ayının 19-da işğal edilmiş Şuşidə keçirilən forumu zamanı Ukrayna və Dağlıq Qarabağ arasında paralellər çəkərək Kiyevə “işğalla heç vaxt razılaşmamağı” tövsiyə edib. Daha sonra, internetdə ukraynalı jurnalist Yelena Kurbanovanın Əliyevə Ukrayna Silahlı Qüvvələrinin şevron kolleksiyasının təqdim etməsini əks etdirən video yayımlanıb.
“İki xalq arasında səmimi dəstəyin, dostluğun və həmrəyliyin nümayişi” kimi, Azərbaycan da 300 ukraynalı uşağı reabilitasiya müalicəsi və istirahəti üçün qəbul edib.
Qeyd edək ki, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar yardımın, o cümlədən bərpa və yenidənqurma dəstəyinin ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını ötüb.
Günlər əvvəl-avqust ayının 11-də İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan humanitar yardım kimi Ukraynaya 2 milyon dollar ayırıb. Elektrik avadanlıqlarının ilk partiyası artıq Ukraynaya göndərilib, ikinci hissəsinin göndərilməsi isə yaxın günlərdə planlaşdırılır.
Ukrayna-Azərbaycan yaxınlaşmasına baxmayaraq, Rusiya avqust ayının 6-da PUA-lar ilə Ukraynanın Rumıniya sərhədinə yaxın qaz kəməri infrastrukturlarına zərbələr endirib, həmin kəmər vasitəsilə Azərbaycandan Ukraynaya təbii qaz tədarük olunurdu. Yerli ekspertlərin fikrincə, stansiyanın bərpası aylar çəkə bilər. Rusiyanın Silahlı Qüvvələri tərəfindən avqust ayının 8-də növbəti hücumu Azərbaycanın SOCAR şirkətinin Odessadakı neft məhsulları anbarına edilib və nəticədə dizel yanacağı boru kəməri də zədələnib.
Avqust ayının 17-də axşam saatlarında “Geran-2” PUA-ları yenidən Azərbaycanın SOCAR şirkətinin Odessadakı obyektlərinə zərbələr endirib.
Beləliklə, Bakı Ukraynanı dəstəkləmək hazırlığı ilə eyni zamanda Kiyevlə həmrəylik nümayiş etdirir və Qərbə mesaj verir. Bu mövqe xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda, Azərbaycanın nəinki Qərblə münasibətləri möhkəmləndirməyə, habelə Moskvaya qarşı strateji üstünlük əldə etməyə çalışdığı zamanı daha aydın görünür. Bütün bunlara baxmayaraq, Azərbaycanın belə addımları Rusiyada həm təbliğat, həm də praktik baxımdan sərt reaksiyalarla qarşılanır.
[1] Azərbaycanın Dövlət Neft Şirkətinin SOCAR-ın törəmə təşkilatı.