2025

Azərbaycan-İsrail müttəfiqliyinin əsasları və məqsədləri

2025-08-13

İki ölkənin qarşılıqlı və ayrı-ayrı maraqlarını irəli sürən Azərbaycan-İsrail müttəfiqliyi Yaxın Şərq və Cənubi Qafqazın “xəritəsinin formalaşmasına” real təhlükə kimi yalnız bütün regiona deyil, həm də ayrı-ayrı ölkələrə, o cümlədən Ermənistan, İran, Türkiyəyə təhlükəlidir.

Strateji məqsədlərə malik olan İsrail 1991-ci il dekabr ayının 25-də Azərbaycanın müstəqilliyini rəsamən tanıyan ilk dövlətlərindən biri olub. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub, 1993-cü ildə isə Azərbaycanda İsrailin səfirliyi açılıb.

İsrail və Azərbaycan arasında rəsmi dialoq 1995-ci ildə başlayıb. Tərəflər İsrailin baş naziri İshaq Rabin və Azərbaycan prezidenti Heydər Əliyev Nyu-Yorkda vasitəçi olmadan müzakirə edib və qeyd ediblər ki, İsrailin sabit və etibarlı enerji mənbəyinə, Azərbaycanın isə Israilin hərbi müdafiə sistemlərinə ehtiyacı var. Növbəti yüksək səviyyəli görüş 1998-ci ildə İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri zamanı baş tutub və bundan sonra İsrail Xarici İlər Nazirliyi Azərbaycanın onların əsas tərəfdaşlarından biri olduğunu bəyan edib.

Ən başından, İsrail bir sıra strateji maraqlara malik olmaqla Azərbaycanla dövlət səviyyəsində sıx münasibətlər qurmağa təşəbbüs göstərib. Bu baxımdan İsrail dövlətinin qurucusu Ben-Qurionun ərəb deyil, müsəlman ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi və rəqib ölkələrlə həmsərhəd qonşu dövlətlərlə strateji əlaqələrin qurulmasını nəzərdə tutan “Dairəvi Konsepsiya” mühüm əhamiyyət kəsb edirdi. Belə ki, şiə əhalisi olan Azərbaycanın coğrafi mövqeyi, İsrailin əsas regional rəqibi olan İranla birbaşa həmsərhəd olması, neft ehtiyatları hesaba alınıb.

İsrail rəhbərliyi 2000-ci illərin ortalarından Azərbaycanla olan münasibətlərinin inkişafına yeni təkan verib. Buna təkan 2006-cı ildə İsrail Knesseti seçkilərində “Evimiz İsrail” partiyasının uğur qazanması və onun lideri, Sovet Moldovası əsilli Aviqdor Libermanın baş nazirin müavini və strateji planlaşdırma naziri vəzifəsinə təyin edilməsi olub. Həmin seçkilərdə əslən bakılı İosif Şaqal deputat seçilərək Knessetidə Azərbaycanın mənafeyinin ruporuna və müdafiəçisinə çevrildi.

2006-cı ildə Şaqalın rəhbərliyi ilə İsrail-Azərbaycan Parlament Dostluq Qrupu yaradılıb. O, Təl-Əvivdə bir sıra Azərbaycan tədbirlərini təşkil edən “Azərbaycan-İsrail Assosiasiyası”na rəhbərlik edib. Onun göstərdiyi fəaliyyəti nəticəsində Azərbaycan neftinin və qazının İsrailə tədarükünü müzakirə etmək üçün İsrail rəsmilərinin Azərbaycana səfərləri tez-tez baş verir, nəticədə İsrail Azərbaycan neftini Hayfa limanı vasitəsilə Ceyhandan idxal etməyə başlayıb. 2007-ci ilin avqust ayında Liberman Bakıda Azərbaycan hökumətinin İsrail azərbaycanlılarına təqaüd verməsi, iqtisadi əməkdaşlıq, hərbi təhlükəsizlik, İranın nüvə təhlükəsi, terrorizmlə mübarizə ilə bağlı məsələləri müzakirə edib. İsrailin baş nazirinin müavini həmçinin Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib.

Ümumiyyətlə, İsrail-Azərbaycan arasında bir sıra iqtisadi və hərbi sövdələşmələr Liberman ailəsi ilə bağlıdır. Libermanın İlham Əliyevi mütəmadi olaraq tərifləməsi, onun xeyrinə seçki pozuntularına məhəl qoymaması və s. nəzərə alaraq, güman edilir ki, İsrailin Azərbaycanla strateji münasibətlərində də Liberman-Əliyev ailəsinin biznes maraqları dominantdır. İlham Əliyev və ailəsinin müdafiəsinin İsrail kəşfiyyat xidmətlərinin cəlb olunduğu barədə məlumatlar var.

Məhz bu məmurun köməyi ilə Bakı 2016, 2020 və 2023-cü illərdə Artsaxa qarşı istifadə edilən PUA-lar da daxil olmaqla müasir İsrail hərbi texnikasını almağa başladı. Müxtəlif nazir vəzifələrində çalışmış Liberman sayəsindədir ki, neft və silah ticarəti, İrana qarşı kəşfiyyat platforması kimi İsrailin Azərbaycana diqqəti artıb. Azərbaycan ərazisində anti-İran bazalarının olması ilə bağlı müxtəlif iddiaları rədd etdiyinə baxmayaraq, Liberman Tehranın Azərbaycanla isti münasibətlərə və İsrail rəsmilərinin tez-tez səfərlərinə qarşı çıxacağını gizlətməyib və rəsmi Bakını ona məhəl qoymamağa və ya onun “kimlə dostluq edəcəyinə” qərar verməyə imkan verməməyə çağırıb.

Həm də məlum olub ki, Libermanın oğulları İsrailin yüksək texnologiyalı məhsullarının Azərbaycan hökumətinə tədarükü, vergilərin yığılması, suyun duzsuzlaşdırılması və digər məhsulların tədarükü üzrə sövdələşmələrində iştirak edirlər. İçməli su problemi olan Bakıya, təfərrüatları ciddi şəkildə məxfi saxlanılan Xəzər dənizinin duzsuzlaşdırılması (red. içməyə uyğunlaşdırmaq) zavodunun tikintisi layihəsi də Liberman ailəsinə məxsus Water Assets LTD Şirkəti ilə bağlanıb.

Lakin, əslində, yalnız 2021-ci ilin iyul ayında Təl-Əvivdə Azərbaycanın ticarət nümayəndəliyi açılıb və İsrailin Bakıdakı səfiri bunu tarixi hadisə kimi qiymətləndirib. 30 ilə yaxın birbaşa təmaslardan sonra Azərbaycanın İsraildəki səfirliyi 2023-cü ilin mart ayında yaradılıb. Belə çıxır ki, 2020-ci ildə Artsaxa qarşı müharibədən sonra və xüsusən də İsrailin təchizatlarının dəstəyi ilə əldə edilən qələbədən sonra bu əməkdaşlıq kölgədən çıxarılıb ki, bunu İsrail xadimləri də vurğulayıblar-gələcəkdə “azad edilmiş ərazilər”in İrana qarşı istifadə edilməsinin zəruriliyini nəzərə alırlar.

Habelə hesab edilir ki, Qərbin və İranın Artsaxa və Ermənistana qarşı törətdiyi təcavüzlə bağlı sərt mövqeyi də isti münasibətlərə dair maneəsiz bəyanatlara səbəb olub. Lakin ABŞ-ın vasitəçiliyi ilə 2020-2021-ci illərdə ərəb ölkələri ilə İsrail arasında “İbrahim sazişi”nin imzalanması, eləcə də İsrailin mövcüdluğuna görə Tehranın Bakıya təzyiqlarinin artması ilə Azərbaycan İsrail ilə yaxşı münasibətləri olan yeganə müsəlman ölkəsi statusunu itirməyə başlayıb.

Xülasə olaraq deyə bilərik ki, Azərbaycan-İsrail ittifaqı iki əsas səhaya əsaslanır-iqtisadi (neft-qaz) və hərbi (silah, kəşfiyyat). Yəhudi dövləti Azərbaycanın enerji resurslarının ən mühüm alıcısıdır, Azərbaycan isə İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır.

Bundan əlavə, 2019-cu ildə Təl-Əvivdə Azərbaycan qazının Aralıq dənizinə, oradan da İsrailə çatdırılmasını nəzərdə tutan EastMed qaz kəmərinin tikintisinə dair saziş imzalanıb. Yəni 2000-ci illərin sonlarından müzakirə olunan layihələr tədricən həyata keçirilir və Suriya hadisələri nəticəsində Azərbaycan da qazı Suriyaya və öz ərazisi ilə cənuba çatdırmaq imkanlarını nəzərdən keçirir.

İki ölkə arasında münasibətlər yalnız neft ticarəti ilə məhdudlaşmır. Onlar kənd təsərrüfatı, texnologiya və tibb sahələrində də əməkdaşlıq edirlər. Sonuncu sektor xüsusən korrupsiya sövdələşmələri və orqan alveri ilə tanınır.

Bakının neytral görünən bəyanatlarına baxmayaraq, Azərbaycanın da Qəzzaya qarşı müharibədə ən azı yanacaq tədarükünü artırmaqla yəhudi dövlətini dəstəklədiyinə dair İsrailin baş naziri və digər rəsmilərin bəyanatları var.

İsrail silahlarının alınmasına dair müqavilələrin imzalanması ilə bağlı ilkin məlumatlar 2008-ci ilə aid olduğuna baxmayaraq, Birinci Artsax müharibəsi zamanı İsrailin Azərbaycana hərbi dəstəyi (məsələn, Stinger raketlərinin verilməsi) barədə də məlumatlar var.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycana idxal olunan silahların 69 %-i İsraildən alınıb, bu da İsrailin silah ixracının ümumi həcminin 17 %-ni təşkil edir.

Azərbaycana silah satmağı İsrailə nəinki iqtisadi fayda gətirdi, həmçinin bu cür dəstəklə yəhudi dövləti İrana qarşı əhəmiyyətli platforma qazandı.

Bakının təkzib etməsinə baxmayaraq, İran tərəfindən Azərbaycan ərazisinin İrana qarşı, ən azı kəşfiyyat məqsədlərinə istifadə edildiyinə dair iddialar səsləndirilib. İsrailin uzunmüddətli strateji hədəflərini nəzərə alsaq, İranla yanaşı, Azərbaycan həm də yəhudi dövlətinə Rusiya və Mərkəzi Asiyaya mühüm qapı rolunu oynaya bilər ki, bu da İsrailin Azərbaycanda sabit təməlin qoyulmasında ardıcıllığını və onu mühüm regional oyunçuya çevirməsini izah edə bilər. Bununla belə, İsrail-Azərbaycan münasdibətləri hələ də sənədsiz strateji çoxsahəli əməkdaşlıq xarakteri daşıyır. İlham Əliyevin sözlərinə görə, “onlar aysberq kimidirlər, onun 9/10 hissəsi kənar adamlara görünmür”.

Demək ki, Azərbaycan-İsrail müttəfiqliyi hər iki ölkə üçün müsbət əhəmiyyət kəsb etdiyinə baxmayaraq, təhlükəsizlik problemlərinə görə digər region ölkələrinə problemlidir. Həmin ittifaqı çərçivəsində Azərbaycan və İsrailin mülki əhalisi “hərbi ət” kimi istifadə olunur, halbuki nəticələr yalnız hakim ailələrə və onların qohumlarına çatır.

Telegram kanalımıza abunə olun