2025

İsmayıllı rayonunun Kəlbənd kəndi

2025-08-12

Kəlbənd Şərqi Zaqafqaziyanın erməni kəndlərindən biri idi. Kalband, Kalbant, Kelbent ad formalarında da tanınır. Kənd İsmayıllı rayon mərkəzindən 13.8 km cənubda: erməni Girk və Keşxurd kəndlərinin arasında yerləşirdi.

Kəlbəndin əsasını Artsaxın Craberd, Çartar, Avetaranots, Şoş, Draxtik, Ğavahan (Kavahan) və Yirher (Herher) kəndlərindən köçənlər qoyublar.

1831-ci ildə kənddə 27 ev erməni-218 sakin yaşayırdı. 1861-ci ilin məlumatlarına görə, kənddə ermənilərin yaşadığı 180 ev, 1886-cı ildə 104 ev-722 nəfər, 1890-cı ildə isə 104 ev-721 erməni sakin olub. Kəlbəndin erməni əhalisi 1904-cü ildə 112 ev-897 nəfər idi. 1912-ci ildə erməni əhalisisnin sayında əhəmiyyətli artım qeydə alınmışdır: 171 ev-1062 sakin. Bu tendensiya 1913-cü ildə də davam etdi: ermənilərin yaşadığı 190 ev olub. 1924-cü ilin məlumatlarına görə, erməni əhalisi kəskin şəkildə azalıb, 55 ev: 174 nəfərə çatmışdır. 1981-ci ildə Kəlbənddə 169 erməni sakin olub.

Kənddə su və torpaq qıt idi. Əhali xüsusilə üzmçülüklə məşğul olurdu.

Kənddə uzun illər məktəb yox idi. 1890-cı ilin noyabr ayında kəlbəndlilərin qonşu erməni kəndi Girkdə açılmalı olan mərkəzi məktəbə öz övladlarını göndərməkdən imtina etdikləri barədə məlumatlar qorunub saxlanılmışdır. Kəlbəndlilər öz kəndlərində məktəb açmağa qərar veriblər, həmin məktəb də 1910-cu ildən etibarən fəaliyyət göstərməyə başladı. Lakin yeni istifadəyə verilən məktəb yalnız 1914-1915-ci tədris ilində tam fəaliyyət göstərib. Məktəbdə bir otaq, 3 şöbə, 1 müəllimə (Sofya Hakobcanyants) və 60 şagird var idi: 49 oğlan, 11 qız. 1915-1916-cı tədris ilində 2 otaqlı məktəbdə 4 şöbə, 2 müəllimə (Sofya Hakobcanyants, Gayane Avagyan) və 72 şagird: 61 oğlan, 11 qız olub. 1916-1917-ci tədris ilində məktəbdə 66 şagird təhsil alırdı. Məktəbdə erməni dili, rus dili, riyaziyyat, təbiət elmləri, əl işləri, din, vətənşünaslıq, musiqi, rəsm, xəttatlıq fənləri tədris olunurdu. Sovet dövründə kənd məktəbi fəaliyyət göstərməyə davam edirdi (direktor: Artem Harutyunyan). 1984-cü ildə məktəbin şagirdlərin sayı 44 nəfərə çatdı, onlardan 13 nəfəri qonşu Girk kəndindən idi.

Kəlbənd Erməni Apostol Kilsəsinin Şamaxı Yeparxiyasına daxil edilib. 19-cu əsrin 30-cu illərində kənddə Surb (Müqəddəs) Astvatsatsin kilsəsi fəaliyyət göstərirdi. 1837-ci ildə kənddə iki kahinin adı çəkilirdi. 1985-ci ildə kəndə səfər edən Samvel Karapetyanın bildirdiyinə görə, Kəlbəndin köhnə kənd yerində Surb (Müqəddəs) Astvatsatsin kilsəsinin izlərini də görmək olar. Bir neçə yüz qəbir daşı da qorunub saxlanılıb, hamısının üzərində ermənicə kitabələr var.

1918-ci ildə Şərqi Zaqafqaziyada baş verən faciəli hadisələrdən Kəlbənd də kənarda qalmadı. Türk-tatar qoşunlarının hücumlarından yayınan kəlbəndlilərin əksəriyyəti iyun ayının sonunda Bakıya doğru geri çəkilən Bakı kommunasının silahlı qüvvələrinə qoşularaq kəndi tərk etdilər. Lakin kənddə qalan ermənilər dəfələrlə hücuma və qarətlərə məruz qalıb, çoxlu sayda insanlar da qətlə yetirilib.

Bu hadisələrdən sonra, illər sonra kəndə qayıdan kəlbəndlilər köhnə kənd yerindən təxminən 1 km cənub-şərqdə yeni kənd salmaq qərarına gəldilər.

1988-ci ildə Şərqi Zaqafqaziyanın erməniləri Azərbaycanı tərk etməyə məcbur oldular. 1988-ci ilin dekabr ayında kəlbəndlilər də öz doğma kəndlərini tərk ediblər, erməni irsindən bəhs edən bütün abidələr isə azərbaycanlılar tərəfindən məhv edilib.

Ədəbiyyat

Mesrop arxyepiskop Smbatyan, Saqiyanın (Günəşli) Surb Stepanos monastırının və Şamaxı yeparxiyasına daxil olan digər şəhər və kəndlərdəki monastırların və ziyarətgahların təsviri, Tiflis, 1896, s. 139.

Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il, s. 104-105.

Karapetyan S., Albaniyanın özü, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 204-207.

Telegram kanalımıza abunə olun