2025

Rus elmi «Современная научная мысль» jurnalında anti-erməni nəşrlər. “Geğard” fondunun araşdırması

2025-08-11

“Geğard” elmi analitik fondu jurnalda akademik və elmi etika standartlarının pozulması ilə bağlı Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə, Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasına (AAK), «Современная научная мысль» Jurnalının rəhbərliyinə şikayət məktubu göndərib.

Şikayət
Rusiyanın «Современная научная мысль» (“Müasir elmi düşüncə” 2022-2024-cü illər) jurnalında nəşr edilmiş açıq-aşkar anti-erməni, tarixi saxtakarlıq və Azərbaycan təbliğat epizodları ehtiva edən əsərləri barədə.
“Müasir elmi düşüncə” («Современная научная мысль») jurnalında dərc olunmuş aşağıdakı məqalələr üzrə elmi-tənqidi müşahidələr təqdim olunur:
  1. Халилов Э.Ш. Кавказская политика России: историософские размышления (2022, № 3).
  1. Ахмедова Н.А. Вопросы истории Азербайджана в российской историографии второй половины XIX – начала XX века (2023, № 6).
  1. Гюнтекин Наджафли. Восточная политика Екатерины II и попытки создания армянского государства на Южном Кавказе (60–80-е гг. XVIII в.) (2023, № 3).
  1. Исмаилов Х.Н. К характеристике сельского хозяйства в Эриванской губернии в начале XX века (2024, № 5).
Bu məqalələrin araşdırılması göstərir ki, hər dörd nəşrdə Azərbaycan təbliğatına xas olan, siyasi motivli tarixi materialın təhrifləri, ermənilərin regionda tarixi mövcudluğunu neytrallaşdırmaq və ya azaltmaq cəhdləri var.
Bu baxımdan, xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Güntəkin Nəcəflinin məqaləsi “parlaqdır”, həmin məqalədə tarixi reallıqların aşkar saxtalaşdırılması, akademik etika normalarının kobud şəkildə pozulması faktları yer alır. Məsələn:
  • Müəllif Ermənistan və Rusiya siyasi qurumları arasında diplomatik yazışmaların zəngin mənbə bazasına qəsdən məhəl qoymur,
  • Artsax meliklərin erməni mənşəli olması qəsdən qeyd etmir, onları “xristian melikləri” kimi təqdim edir,
  • Erməni siyasi və mədəniyyət xadimləri tərəfindən hazırlanmış azadlıq proqramlarını bəsit və ironik şəkildə, açıq-aşkar erməniləri gözdən salmaq niyyəti ilə təqdim olunur (məsələn, “Erməni arxiyepiskopu erməni torpaqlarının uydurma xəritəsini təqdim edib…”).
  • Məhdud ədəbiyyat siyahısından istifadə olunur-17 mənbənin yarısı Azərbaycan dilindədir, o cümlədən öz məqalələrinə istinad edir ki, bu da elmi etikaya ziddir.
Maraqlıdır ki, müəllif 18-ci və 19-cu əsrin əvvəllərində Osmanlı və İran dövlətləri ilə yanaşı, həmin dövrdə mövcud olmayan “Azərbaycan” siyasi vahidini də qeyd edir.
N.A. Əhmədovanın məqaləsində toponimlərin əvəzlənməsi metodu tətbiq olunur-Şərqi Ermənistanın yerli erməni torpaqlarına qarşı qəsdən geriyə dönük şəkildə türk adlarının daxil edilməsi. Etibarlı tarixşünaslıq mənbələr (rus, erməni, avropa, ərəb, gürcü, bizans və s.) bu ərazilərdə ermənilərin mövcudluğunu təsdiq edir. Bundan başqa, tarixi erməni torpaqlarına “Qərbi Azərbaycan” terminin işlədilməsi, həmçinin 1918-ci ilə qədər mövcud olmayan “Azərbaycan”ın süni şəkildə “Qərbi” və “Şərqi” hissələrə bölünməsi qəbuledilməzdir.
Oxşar narrativlər E.Ş. Xəlilovun məqaləsində də rast gəlinir. Yuxarıdakı iddia edir ki, məsələn, rus-iran müharibələri nəticəsində “Azərbaycanın tarixi ərazisi nəhayət iki hissəyə bölündü”.
Artsaxda guya qədim zamanlardan yaşamış “alban-türk tayfaları”nın mövcudluğu barədə iddialar da aşkar saxtakarlıqdır. Bu anlayış tarixi oksimorondur (yunan dilindən-savadsız ağıllılıq). Albaniya siyasi vahid kimi VIII əsrdə mövcudluğunu dayandırmışdır, halbuki türk tayfaları bölgədə yalnız XI əsrin ortalarında-Səlcuq yürüşləri nəticəsində meydana çıxmışlar. Sovet dövründə F. Məmmədova tərəfindən işlənmiş bu saxta tezis sırf siyasi xarakter daşıyır və mənbəşünaslıq baxımından elementar əsasdən məhrumdur.
Bundan əlavə, Xəlilovun məqaləsinin ədəbiyyat siyahısının təhlili də tədqiqatın akademik standartlarına uyğun olmadığımı göstərir. 18 mənbədən 11-i azərbaycan nəşrləridir, erməni mənbələri yoxdur, demək olar ki, qərb tarixşünaslıq ədəbiyyatı mövcud deyil, istifadə olunan əsərlər isə köhnəlmiş və siyasi motivlidir-məsələn , V.L. Velçikonun əsəri və s.
Oxşar Azərbaycan anti-elmi narrativləri X.N. İsmayılovun əsərinə də xasdır, hansı ki, yalnız 9 nəşrin əsasında hazırlanıb və onların bir qismi azərbaycan nəşrləridir. Məqalədə arxiv əsaslı mənbələr mövcud deyil, elmi nəticələr isə siyasi motivli şərhlərə əsaslanır, o cümlədən faktiki əsaslandırması olmayan iddialar-guya XX əsrin əvvəllərində Yerevan quberniyasında “azərbaycanlılar” yaşamışdır. Reallıq odur ki, həmin dövrdə belə bir etnonim mövcud olmayıb və Qafqazdakı türk dilli müsəlman əhali rəsmi sənədlərdə sadəcə “müsəlmanlar” və ya “qafqaz tatarları” kimi qeyd olunub.
Müəllifin iddiası ki, “1828-ci il Türkmənçay” və “1829-cu il Adrianapol” müqavilələrindən sonra çar hökuməti məqsədyönlü şəkildə erməniləri Qacar dövlətindən və Osmanlı imperiyasından köçürürdü: bu ərazilərdə azərbaycanlıların nisbi çəkisini azaltmaq və gələcəkdə Yerevanı erməniləşdirmək üçün-elmi əsasdan məhrum  və əsassızdır.
Düşüncəmizcə, jurnalın redaksiya şurasının Yerevanın yerli erməni əhalisi olan tarixi erməni şəhəri olduğunu bilmək üçün kifayət qədər biliyi olmalı idi.
Yuxarıda qeyd edilənləri nəzarə alaraq, tələb edirik:
  1. qeyd edilən nəşrlərin elmi ikili araşdırmasını keçirmək,
  2. jurnalın vebsaytından bu və buna oxşar nəşrləri çıxarmaq,
  3. Cənubi Qafqazla bağlı məqalələrin resenziya prosedurlarını sərtləşdirmək,
  4. elmi jurnalın müvafiq akademik standartlara uyğunluğunu təmin etmək.
Hörmətlə,
“Geğard” elmi-analitik fondu
Ermənistan Respublikasının Milli Elmlər Akademiyaası,
Ermənistan, 0019, Yerevan, Marşal Baqramyan prospekti 24
+374-77-978895
[email protected]

Կցված փաստաթղթեր

Telegram kanalımıza abunə olun