2025
2025-07-22
Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətdə olduğu 25 il ərzində KİV-lərə qarşı sistemli və hədəfli məhdudlaşdırma və nəzarət siyasəti həyata keçirib. Mətbuata ilhaməliyev rejiminə həm hakimiyyətin əsaslarına təhlükə kimi, həm də məhz həmin əsaslarını möhkəmləndirmək vasitəsi kimi baxmaq olar. Yuxarıdakını reallaşdırmaq üçün iyul ayının 22-i Azərbaycanda Milli mətbuat Günü[1] kimi “qeyd edilir”.
Azərbaycanda 2000-ci illərin əvvəllərində müstəqil qəzetlər iqtisadi təzyiqlərə və cərimlərə məruz qalırdı. Sonradan jurnalistlərə fiziki zorakılıq, həbslər və ümumiyyətlə, mətbuata nəzarət alətləri daha da radikallaşıb.
Hələ də 2003-cü ildə Azərbaycanda Mətbuat Şurası yaradılıb və onun məqsədi qanunvericiliyə uyğun olaraq jurnalistlərin fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək olub. 2009-cu ildən etibarən şura vaxtaşırı olaraq redaktorları və ya müxbirləri jurnalist davranış qaydalarını pozduğu iddia edilən “reket qəzetlərin qara siyahısı”nı dərc edir. 2010-cu ildə “qara siyahı”ya 77, 2011-ci ildə 87, 2012-ci ildə 89 xəbər orqanı düşüb.
Azərbaycan hakimiyyəti həm azərbaycan, həm də xarici KİV-ləri hədəfə alıb.
2009-cu ildə hökumət xarici radiostansiyaların FM tezliklərində yayımını qadağan edib. Nəticədə BBC, Amerikanın Səsi, Azad Avropa/Azadlıq radio stansiyaların yayımını dayandırıb. 2017-ci ildə ölkənin müstəqil xəbər saytların əksəriyyəti , məsələn, Azad Avropa radiosu, Meydan TV, onlayn Turan və Azərbaycan Saatı telekanallarının saytları və digər xəbər agentlikləri bloklanıb. Azərbaycan hakimiyyətinin fikrincə, bunlar guya Azərbaycanın milli təhlükəsizliyinə “təhdid yaradır”, “zorakılıq, nifrət və ya ekstremizmi təbliğ edir, şəxsi həyatın toxunulmazlığını pozur”.
Baş verənlərdən sonra Aİ bəyanat yayıb ki, “Bu qərar müasir və demokratik cəmiyyətlərdə azad, çoxşaxəli və müstəqil medianın tələblərinə uyğun deyil” və “Aİ gözləyir ki, Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və onun 10-cu maddəsinə-söz və məlumat azadlığı hüququna tərəf kimi, öz beynəlxalq öhdəliklərini yerinə yetirsin”. Lakin bu cür bəyanatlar mətbuat azadlığının daha da məhdudlaşdırılmasında əhəmiyyətli rol oynaya bilməz.
Son illər ərzində Azərbaycanda bir-birinin ardınca xəbər agentlikləri bağlanıb, jurnalistlər təqiblərə məruz qalıb. 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək Azərbaycan polisi “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, proqram koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Hafız Babalı, Nərgiz Absalamova və Elnarə Qasımovanı həbs edib. 2023-cü ilin sonundan “Kanal 13” YouTube kanalının baş redaktoruna qarşı təqiblər başlayıb. Ondan sonra jurnalist Şamo Eminova da ittiham irəli sürülüb və media orqanının bağlanmasına qərar verilib. 2024-cü ilin əvvəllində Azərbaycan hakimiyyəti “Toplum TV” YouTube kanalını hədəfə alıb.
2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) başa çatmasından qısa müddət sonra yeddi müstəqil jurnalist həbs edilib. 2024-cü ilin dekabr ayında Azərbaycanın xaricdə fəaliyyət göstərən ən böyük müstəqil media orqanı olan “Meydan TV” zorakılığın əsas hədəfinə çevrilib. Meydan TV-nin baş redaktoru Aynur Qənbərova (Elgünəş) və 5 jurnalist həbs edilib. Həmin gün polis həm də jurnalist və Bakı Jurnalistika məktəbinin direktor müavini Ülvi Tahirovu və heyvan hüquqları müdafiəçisi Kamran Məmmədlini həbs edib.
2025-ci ildə Azərbaycan məhkəməsi “Azadlıq” radiosunun jurnalistini və daha 6 nəfərə çoxsaylı itthamlar irəli sürərək 7.5 ildən 9 ilə qədər həbs cəzasına məhkum edib.
2023-cü ildən etibarən Azərbaycanda həbs edilən jurnalistlərin və media işçilərin ümumi sayı 25-dən çox olub. Avropa şurası jurnalistika və Jurnalistlərin müdafiəsi təşviqi platformasının 2024-cü ilin illik hesabatında bildirilir ki, Avropa ölkələrində həbsdə olan 159 jurnalistdən 30-u Azərbaycandadır.
Ölkə daxilində media orqanları və jurnalistlər üzərində nəzarəti təmin etmək üçün hüquqi əsaslar 2021-ci ildə qəbul edilmiş “Media haqqında” qanunla müəyyən edilib. Həmin qanunla media orqanlarının lisenziyalaşdırılması, jurnalistlərin qeydiyyata alınması və onların dövlət reyestrinə daxil edilməsi kimi tələblər irəli sürülüb. Qanunla faktiki olaraq nəzarət təkcə media orqanları və jurnalistlərə deyil, həm də YouTube kanallarına, bloqqerlərə və ümumilikdə sosial informasiya yaradanlara tətbiq olunur. Qanun təkcə potensial tənqid yaradan mərkəzlərin yaradılmasını məhdudlaşdırmağa deyil, həm də artıq belə təcrübəyə malik olanların fəaliyyətini bərpa etməsinə mane olmağa çalışır.
“Şəbəkə Müdaxilələrinin Açıq Müşahidə Mərkəzi”nin (Open Observatory of Network Interference-OONI) məlumatına görə, Azərbaycanda müstəqil vebsaytlara çıxış və daxilolmada anormal məhdudiyyətlərin yüksək göstəricisi qeydə alınıb. 2022-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayına qədər bir sıra rus kanallarına çıxış bloklanıb. “OONİ” araşdırması həmin dövr ərzində göstərib ki, bloklanma ilə bağlı ən güclü siqnallar aşağıda qeyd edilən domen adlarında qeydə alınıb: azerbaycansaati.tv, www.24saat.org, www.abzas.net, www.azadliq.info, www.azadliq.org, www.meydan.tv, www.rferl.org, www.gununsesi.org, ria.ru, www.theguardian.com. Yuxarıda qeyd edilənlər illərdir bloklansa da, The Guardian saytının bloklanması anomaliyası 2022-ci ilin dekabr ayından qeydə alınıb.
Azərbaycanda xəbər saytlarının bloklanması və jurnalistlərə qarşı zorakılıqlar davamlı xarakter daşıyır. Bu gün İlham Əliyev rejiminin mövcudluğunu söz azadlığı hüququnun total şəkildə pozulması olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın İnsan hüquqları, ətraf mühitin qorunması, dini dözümlülük və multikulturalizmin müdafiəçisi və öncüsü olaraq uğursuz “brendinqinə” baxmayaraq, “boğulan” mətbuatın mövcudluğu faktı məhz Azərbaycan hakimiyyətinin və cəmiyyətinin dərin komplekslərə malik olduğunu göstərir.
Davamı var...
[1] 22 iyul: Milli Mətbuat Günü Azərbaycanda 1991-ci ildən qeyd edilir.