2025

İsmayıllı rayonunun Daymadağ kəndi

2025-07-21

Erməni Daymadağ kəndi Şərqi Zaqafqaziyada: Tarixi Albaniyanın ərazisində yerləşirdi. Kənd ərazisi hazırki İsmayıllı rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir.

Yaşayış məntəqəsinin əsası çox güman ki, 19-cu əsrin əvvəllərində qoyulmuşdur. Daymadağın sakinləri buraya Artsaxın erməni Mşkapat kəndindən köçüblər. Daha sonra-1870-ci illərdə kəndin sakinləri yaxınlığında yerləşən əraziyə köçərək eyni adlı yeni yaşayış məntəqəsi salıblar.

Bu erməni kəndinin əhalisi çox deyildi. 1831-ci ildə kənddə 118 nəfər erməni əhalisi ilə 21 ev olub. 1890-cı ildə Daymadağda 65, 1912-ci ildə isə 106 sakin yaşayırdı.

Əhalisi az olduğuna görə kəndin öz kilsəsi yox idi. Daymadağın erməni xristian əhalisi qonşu erməni kəndlərindəki kilsələri ziyarət edirdilər. 1840-1850-ci illərdə Daymadağda Ruşan kəndinin keşişi Hovhannes Aleksanyan Ter-Martirosyants və Girk kəndinin keşişi Zakaria Petrosyan Ter-Nersisyants keşişlik etmişlər.

1918-ci ildə Şərqi Zaqafqaziyada baş verən hadisələr kəndin erməni əhalisi üçün taleyüklü olmuşdur. Osmanlı qoşunları və onlara qoşulan yerli türk-tatar qüvvələri ilə birlikdə, Bakı quberniyasına və Bakı şəhərinə doğru yürüşləri zamanı erməni yaşayış məntəqələrinə hücum ediblər. Belə bir şəraitdə 1918-ci ildə Daymadağ kəndinin əhalisi, geri çəkilərək Bakı şəhərinə doğru hərəkət edən Bakı Kommunasının və Bakı Erməni Milli Şurasının silahlı qüvvələrinə qoşulmağa məcbur olmuşdur, hansı ki türk-tatar qüvvələrinə qarşı vuruşurdular. Bundan istifadə edərək, yaxınlıqdakı türk kəndlərinin sakinləri Daymadağ kəndini talan və qarət ediblər. 1920-ci ildə-Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra boşaldılmış kəndin sakinləri artıq kəndə qayıtmayıblar.

1985-ci ildə Samvel Karapetyanın səfəri zamanı hələ də Daymadağın evlərinin izləri, dağıdılmış qəbiristanlıqda isə sındırılmış erməni qəbir daşları qorunub saxlanılmışdır.

Ədəbiyyat

Karapetyan S., Albaniyanın özü, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 130-131.

Mesrop arxyepiskop Smbatyan Saqiyanın (Günəşli) Surb Stepanos monastırının və Şamaxı yeparxiyasına daxil olan digər şəhər və kəndlərdəki monastırların və ziyarətgahların təsviri, Tiflis, 1896.

Telegram kanalımıza abunə olun