2025
2025-07-15
Foto: Bulqar Ağ Sarayının xarabalıqları, 14-cü əsr
Bulqarda və Volqa Bulqarıstanın digər ərazilərində ermənilər orta əsrlərdən, xüsusən də 10-11-ci əsrlərdə məskunlaşıblar. Böyük Bulqarın əhalisinin əsasən müsəlman olduğuna baxmayaraq, arxeoloji məlumatlar erməni izinin, icmasının və xristian qəbiristanlığın mövcudluğunu sənədləşdirib.
Volqa bölgəsində hazırda yaşayan xalqların formalaşma prosesini öyrənmək məqsədilə Rusiya Federasiyasının “Sirius” Elm və Texnologiya Universitetinin alimləri, Rusiya Elmlər Akademiyasının Vavilov adına Ümumi Genetika İnstitutu və Moskva Dövlət Universitetinin Antropologiya Elmi-Tədqiqat İnstitutu ilə birgə növbəti tədqiqatı həyata keçirmişlər. Nəhayət, görəsən, tatarlar, çuvaşlar və başqırdlar, damarlarında köçəri tayfaların və cənubdan galmiş gəlmələrin qanı axan Bulqarın orta əsr sakinlərinin nəsilləridir?
Volqanın sahilindəki böyük ticarət və mədəniyyət mərkəzi olan Bulqarın əsasını cənubdan, Azov və Qara dəniz bölgələrindən gələn köçəri tayfaları qoymuş, onlar 10-cu əsrdə burada dövlət qurub və İslamı qəbul etmişlər. Monqollar, 13-cü əsrdə Bulqarı fəth edərək, onu öz dövlətlərinin, Qızıl Ordanın paytaxtına çeviriblər. Arxeoloqların fikrincə, Bulqarda türklər, fin-uqor xalqları, həmçinin ermənilər də daxil olmaqla çoxmillətli əhali yaşayırdı. Yalnız genetik tədqiqatlar nəticəsində bu xalqların bəzilərinin haradan gəldiyini dəqiq müəyyən etmək mümkün olub.
Dəqiq məlumatlar əldə etmək məqsədilə alimlər ilk dəfə olaraq 14-cu əsrdə Volqa Bulqarıstanın və Qızıl Ordanın paytaxtı olan qədim Bulqar şəhərində yaşamış insanların DNT-sini deşifrə ediblər. Genetiklərin qənaətləri tarixi və arxeoloji məlumatlarla tam üst-üstə düşüb.
Tədqiqatların nəticələrinə görə, şəhərin əhalisi müxtəlif mənşəli olmuşdur. 700 il əvvəl bu şəhərdə kimin yaşadığını anlamaq üçün alimlər “Yunan Sarayı” yaxınlığında dəfn olunmuş üç nəfərin DNT-sini tədqiq etmişlər. Tədqiqatçıların fikrincə, kiçik xristian məbədi olan “Yunan sarayı” böyük ehtimalla erməniyə xasdır. Genetiklər həmin şəxslərin haploqrupunu təhlil ediblər, bu da nəsildən-nəsilə ötürülən genetik “soyadı”nın bir növüdür. Haploqrupu insanın əcdadlarının mənşəyini müəyyən etməyə istifadə olunur. Kişilərdə Y xromosomu (atadan oğula keçən), qadınlarda isə mitoxondrial DNT (yalnız anadan miras alınır) ilə müəyyən edilir.
İki kişinin genom analizləri onların erməni mənşəli olduğunu təsdiqləyir və bu da onların Qafqazdan və ya Anadoludan köç etdiklərinə dair sübutdur. Bu o deməkdir ki, onların əcdadları cənubdan, ehtimal ki, tacir və ya sənətkar kimi gəliblər. Təhlillər əsasında dəfn olunmuş qadın ilə Volqa-Ural bölgəsinin müasir tatarları və başqırdları arasında genetik əlaqə müəyyən olunmuşdur.
Hələ də 18-ci əsrdə, I Pyotr erməni məbədinin xarabalıqlarını ziyarət edərkən mütəxəssislərə ermənicə qəbir daşlaqrını toplamaq və onların kitabələrini köçürməyi tapşırmışdı. Qəbir daşları 1321-ci və 1335-ci illərə aiddir. Daha sonra, həmin mətnlər rusca tərcümədə nəşr olundu.
Aşkar edilmiş qəbir daşlarında təkcə erməni tacirləri deyil, həm də əsgərlər təsvir edilib.
“Yunan Sarayı”nda arxeoloji qazıntılar iki dəfə aparılmışdır: 1916-cı ildə V.F. Smolin və 1940-cı illərin ortalarında A.P. Smirnov tərəfindən. Məbədin struktur və ölçü xüsusiyyətləri, eləcə də üzərində ermənicə kitabələri olan qəbir daşları, onu XIV əsrə aid olan Noravank, Feodosiya və Qədim Krımın erməni kilsələri ilə eyniləşdirməyə imkan vermişdir. Bu tip məbədlər adətən iki mərtəbəli olur: aşağı mərtəbə dəfn kamerası kimi xidmət etmişdir. Köçürülmüş və dəfələrlə nəşr olunmuş qəbir kitabələri 1308-1335-ci illərə aiddir. Bu, A.P. Smirnova əsaslı şəkildə iddia etməyə imkam vermişdir ki, Bulqarda memorial kompleksin ətrafında formalaşmış erməni koloniyasına aid bir nekropol aşkar olunmuşdur.
“Yunan sarayı” məbədinin xarabalıqlarında və ətrafdakı ərazinin cənub və cənub-şərq hissələrində aparılmış qazıntılar zamanı arxeoloqlar 113 xristian dəfn aşkar etmişlər və araşdırmışlar. Bəzi qəbir çuxurlarından aşkar edilən əşyalar sakinlərin maddi rifah halının yüksək səviyyəsini göstərirdi. İpək parça tapıntıları ipək, qızıl və ya zərli gümüş saparla işlənmiş, nəbati motivlər, stilizə edilmiş ərəb hərfləri, heyvan və rəqs edən insanların fiqurları ilə bəzədilmişdir. Bu parçalar orta əsr Ermənistanın Ani şəhərinin erməni sənətkarlarının məhsullarına çox yaxındır. Bu qəbiristanlıqda aşkar edilən kəllə sümüklərinin bərpası dəfn edilənlərin armenoid tipini üzə çıxarıb. Onların arasında həm də çinli bir qadın olub. Demək ki, Bulqarda yaşayan çoxsaylı xristianlar öz son məkanlarını erməni koloniyasının qəbiristanlığında tapıblar.
Məlumdur ki, ermənilər hələ də 8-9-cu əsrlərdə Volqaboyu ölkələri ilə ticarət əlaqələri saxlayırdılar. Şərqdən buraya ipək, ipəkdən hazırlanmış paltarlar, xalça, ədviyyat və digər mallar gətirilirdi, əvəzində isə əsasən xəz dərilər ixrac olunurdu. 10-cu əsrin ərəb səyyahı İbn Fədlan “Volqa boyunca səyahət” adlı səyahətnaməsində bulqar şahının çadırının tamamilə erməni xalçaları[1] ilə örtüldüyünü qeyd edir. İtil, Bulqar və Kazan şəhərlərində erməni koloniyaları (müstəmləkə) 8-ci əsrdən mövcud olmuşdur. 11-ci əsrin ortalarından etibarən, səlcuq yürüşləri ilə bağlı Ermənistandan yeni mühacirət dalğası başlayıb. Ermənilər xüsusilə Həştərxan, Ağsara (Saray), Kazan şəhərlərində məskunlaşmışdılar. Məlumatlara görə, Kazan şəhərinin küçələrindən ikisi “Erməni yaxındakı” və “Erməni uzaqdakı”[2] adlandırılıb.
1236-cı ildə Ermənistanın paytaxtı Ani şəhəri monqollar tərəfindən ələ keçirildikdən sonra, əsasən sənətkar və tacirlərdən[3] ibarət təxminən 40.000 erməni bu ərazilərə köçüblər.
Yuxarıda qeyd edilən genetik və arxeoloji tədqiqatların nəticələri Volqa hövzəsində, xüsusilə Bulqarda, ermənilərin mövcudluğu, memarlığa göstərdikləri ciddi təsiri və onların həm iqtisadi, həm də mədəni həyatda mühüm rolu olduğunu bir daha da təsdiqləyir.
[1] A.G. Abrahamyan, Erməni koloniya (müstəmləkə) tarixi haqqında qısa məlumat, A, Yerevan, 1964, s. 122.
[2] Eynisinin s. 123.
[3] A. Alpoyaçyan, erməni mühacirlərin tarixi, ermənilərin dünyanın müxtəlif yerlərinə səpələnməsi, cild B, Qahirə, 1955, s. 350.