2025
2025-06-30
Azərbaycan öz ərazisində bütün rus mədəniyyət tədbirlərini ləğv edib. Bu barədə iyun ayının 29-da Azərbaycan Mədəniyyət Nazirliyi bildirib. Yayılan müraciətdə bildirilir. “Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir”.
Bu bəyanatdan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb. “27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə axtarışı nəticəsində həmvətənlərimizin hələk olması və bəzilərin aldığı ağır bədən xəsərətləri, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk”. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılması və bu “qəbul edilməz zorakılığı törədənlərin” qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik.
Daha sonra Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.
İyun ayının 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların kütləvi həbsləri baş verib. 50-dən çox adam polis bölməsinə aparılıb. Həbslər 2001-ci ilin may ayında azərbaycanlı iş adamı Yunis Paşayevin cinayətkar dəstə tərəfindən qətlə yetirilməsi ilə bağlıdır. Əsas şübhəlilər Yekaterinburqdakı məşhur “Kaspi” kafesinin sahibləri Səfərov qardaşlarıdır. Keçirilən əməliyyat nəticəsində qardaşlardan ikisi ölüb.
Yekaterinburqda həbs edilən azərbaycanlıları ömürlük həbs gözləyir. Onlar qətl və bir neçə cəhddə adam öldürməyə şübhəli bilinirlər. “Cinayət işi bir neçə cinayət üzrə araşdırılır: bir qrup şəxs tərəfindən əvvələ razılaşma əsasında adam öldürmə, kirayəlik adam öldürmə, kirayəlik adam öldürməyə cəhd. Şübhəlilər eyni etnik qrupun cinayətkar üzvləridir”,-Rusiya Federasiyasının İstintaq Komitəsi bildirir. İstintaq məlumatlara görə, bu ittihamlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş qətllərlə bağlı irəli sürülüb. 2010-cu ildə Yunis Paşayevin dostları Fəhruz Ş-yə sui-qəsd və 2011-ci ildə İkram Hacıyevin qətlini də Səfərovların başçılıq etdiyi etnik qrupu təşkil edib. Bəzi analitiklərin fikrincə, iş adamı Paşayevin qətli yerli Azərbaycan disporunun parçalanmasına səbəb olub.
Məhkəmə üç nəfərə-Akif, Ayaz və Məzahir Səfərov barəsində 22 gün müddətində həbs qətimkan tədbiri kimi seçib. Daha 3 nəfər-Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev 3 gün müddətində həbs ediliblər.
Bakının bəyanatlarına cavab olaraq Rusiya Feserasiyasının Xarici İçlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları Azərbaycan mənşəli Rusiya vətəndaşı olan şübhəlilərin yaşadığı yerlərdə saxlanılma və axtarışlar həyata keçirib”.
“Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı nota və bəyanata Zaxarovanın qısa və qeyri-ciddi cavabı yetərli deyil. Bu məsələ ilə bağlı daha əhatəli və əsaslandırılmış izahat verilməlidir”,-Milli Məclisin deputatı Vüqar İskəndərov deyə cavab verib. Yuxarıdakı əlavə edib ki, Rusiyanın davranışı guya Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil xarici siyasəti, dünya miqyasında artan nüfuzu ilə bağlıdır və guya Azərbaycanın qüdrətinin güclənməsi Rusiyanın bəzi dairələrində narahatlıq doğurur və onlar müxtəlif üsullarla bu inkişafı ləngitməyə, zəiflətməyə çalışırlar.
Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməkdən imtina edib. “Bu qərar Yekaterinburqda rus hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşıdığına verildi”,-bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanda Vətədaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı azərbaycanlılara Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı axtarışı “dövlət tərəfindən törədilmiş cinayət” kimi qiymətləndirib. “Bu, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törədilən vəhşilikdir”,-Sabir Rüstəmxanlı deyib.
Yuxarıdakı öz nitqində “başqa xalqlara qarşı dözümsüzlüyün, nifrətin mövcud olduğu” Rusiya Federasiyasını maraqlı ifadələrlə təqdim edib və baş verənləri “türk və müsəlman xalqlarına qarşı aparılan” təmizləmə kimi qiymətləndirib. Bu gün Rusiya Federasiyasında 3 milyona yaxın azərbaycanlı yaşayır. Bütün bunlara baxmayaraq, o, Rusiya-Azərbaycan münasibətlərini “nümayişkar dostluq” kimi qiymətləndirib.
Sual yaranır: Bakı niyə bu faktları ört-basdır etməyə və bu cinayətkar qruplaşmanın fəaliyyətini, xüsusən də rəsmi səviyyədə fərqli təqdim etməyə çalışır?
Son dövrdə Rusiya-Azərbaycan dövlətlərarası münasibətləri vaxtaşırı kəskinləşmə ilə xarakterizə olunur. Sonuncu dəfə bu münasibətlər 2024-cü il dekabr ayının sonunda Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra gərginləşib. Aydın görünür ki, hazırda Rusiya-Azərbaycan münasibətləri o qədər də rəvan deyil. Cinayət xarakterli hərəkətlər kontekstinə uyğun gələn Yekaterinburq hadisələri Azərbaycan hakimiyyəti tərəfindən Rusiya ilə münasibətləri gərginləşdirməyə istifadə olunur. Şübhəsizdir ki, Azərbaycanda yenidən başlanan bu anti-Rusiya kampaniyası planlı və düşünülmüş, daha dərin məqsədləri olan dövlət strategiyasının tərkib hissəsidir.