2025
2025-06-26
Fotoşəkil: Azərbaycanın artilleriya atəşi nəticəsində Stepanakertdə zədələnmiş yaşayış evi. 03 oktyabr 2020-ci il. Müəllif: Sergey Bobilev
Sivil dünyada dövlətlə bir-biri ilə müharibə aparanda müəyyən yazıllı və yazılmamış mənəvi qaydalara riayət etməyə çalışırlar. Lakin, ordu mövcud olan hakimiyyətin xarici və daxili siyasi ambisiyalarını həyata keçirməyə yeganə dayağa çevriləndə, hakimiyyətin iradəsini ifadə edən silahlı qüvvələr hətta sülh şəraitdə başqa etnik icmalardan qisas almaq alətinə çevrilir.
İyun ayının 26-nı “Silahlı Qüvvələrinin Hərbi qulluqçularının peşə bayramı” kimi qeyd edən azərbaycan ordusunun əsgərləri hər zaman erməni mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri ilə seçilib.
Son onilliklər ərzində azərbaycan ordusunun hərbçiləri tərəfindən erməni mülki əhalisinə qarşı törədilən zorakılıqları şərti olaraq aşağıdakı kimi təsnif etmək olar.
Bu təsnifat müxtəlif dövrlərdə baş vermiş zorakılıq hallarını situasiya və xronoloji xüsusiyyətlərə görə təşkil etməyə və öyrənməyə imkan verir.
“sülh” şəraitdə əsir götürülən mülki şəxslərə qarşı qətllər və ya zorakılıq
Azərbaycan ordusunun hərbçiləri dəfələrlə dövlətlərarası sərhədi təsadüfən keçən insanlara qarşı tətbiq etdiyi zorakılıqları ilə seçilib.
Belə ki, 2010-cı ildə 20 yaşlı mülki şəxs Manvel Saribekyan Ermənistanın sərhədyanı Tavuş mərzində dumanlı hava şəraitində azaraq Azərbaycan tərəfinə keçərək Azərbaycan hərbi polisi tərəfindən həbs edilib. Qısa müddətdən sonra M.Saribekyan azərbaycan həbsxanasında öldürülüb. Azərbaycan hakimiyyəti onun ölümünü intihar kimi təqdim edib.
2014-cü ilin iyul ayında Dağlıq Qarabağın dövlət sərhədini keçən diversantlar tərəfindən Karvaçarın 17 yaşlı sakini Smbat Tsakanyan qaçırılaraq öldürülüb. Yuxarıdakının meyiti çoxsaylı güllə yaraları ilə meşəlik ərazidə tapılıb.
Digər bir halda, 2014-cü ildə məhsul yığımı zamanı azaraq Ermənistan-Azərbaycan sərhədini keçmiş 77 yaşlı Mamikon Xocoyan da Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib. 35 gün həbsdə qaldıqdan sonra o çoxsaylı işgəncə izləri ilə, eləcə də başında və qulaqlarında xəsərətlər, əllərində və qabırğanlarında çoxsaylı sınıqlarla Ermənistana qaytarılıb.
Çinari kəndinin sakini Karen Petrosyan 2014-cü ilin avqust ayının 7-də əsir düşüb. Azərbaycan əsirliyində gənc erməni kəndli cəmi 24 saat sağ qalıb. Azərbaycan tərəfinə görə, Petrosyanın ölümünün səbəbi kəskin ürək-damar çatışmazlığı olub, halbuki tibbi sənədlərə əsasən Karen Petrosyanın heç bir sağlamlıq problemi, xüsusilə də ürək-damar xəstəliyi olmayıb və o, faktiki olaraq sağlam olub.
2016-cı il Aprel dördgünlük müharibəsi zamanı qeydə alınmış hadisələr
2016-cı il Aprel Dördgünlük müharibəsi zamanı mülki şəxslərə qarşı zorakılıq tətbiq edilib. Aprel ayının 2-də Azərbaycan xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağın Taliş kəndində Xalapyan ailəsinin yaşlı üzvlərini öz evlərində işgəncəyə məruz qoyaraq güllələyiblər, daha sonra isə onların meyitlərini təhqir ediblər.
2020-2023-cü illərdə 44 günlük müharibə zamanı və sonrakı dövrdə qeydə alınmış hadisələr
2020-ci ilin 44 günlük müharibəsi zamanı Azərbaycan tərəfindən işğal edilmiş yaşayış məntəqələrində yaşlı şəxslərə qarşı tətbiq edilən zorakılıqlar və işgəncələr böyük bir zorakılıq topluluq təşkil edir. Müharibə zamanı mülki əhalisinin hədəfa alınması beynəlxalq insan haqları təşkilatları tərəfindən hələ də müharibə ərzində qeydə alınıb. Bununla yanaşı, qadağan olunmuş silahlardan istifadə ilə bağlı faktlar da var. Təkcə Stepanakertdə sentyabr ayının 27-dən noyabr ayının 10-dək mülki infrastrukturları hədəfə alma nəticəsində azı 13 mülki şəxs hələk olub, daha 51 nəfər yaralanıb.
44 günlük müharibə zamanı və ondan sonra internetdə mütəmadi olaraq Azərbaycan silahlı qüvvələri tərəfindən erməni hərbi əsirlərin və mülki şəxslərin zorakılıqları, işgəncələri, təhqirləri, edamları ilə bağlı videogörüntüləri dərc olunurdu. Həmin dövrdə və bundan sonra Ermənistan Azərbaycanlı hərbçiləri tərəfindən əsir götürülən, işgəncələrə məruz qalan və öldürülən 12 mülki şəxsi qeydə alıb. Eduard Şahgeldyan (79 yaş), Arsen Qaraxanyan (44 yaş), Benik Hakobyan (73 yaş), Yelena Hakobyan, Serjik Vardanyan (73 yaş), Ella Vardaanyan (69 yaş), Genadzi Petrosyan (69 yaş), Yurik Asryan (82 yaş), Mişa Movsisyan, Anahit Movsisyan, Nina Davtyan, Mişa Melkumyan (84 yaş).
Artsaxın İnsan Hüquqları Müdafiəçisinin “Azərbaycanın 2020-ci ilin sentyabr-oktyabr aylarında Artsaxın erməni əhalisinə qarşı törətdiyi vəhşiliklər haqqında” ikinci aralıq hesabatına görə, oktyabrın 10-da atəşkəs razılaşması qüvvəyə mindikdən sonra günorta saatlarında Hadrut şəhərinə daxil olan diversiya qrupunun üzvləri mülki şəxslər Nver Qriqoryan və Artyom Mirzoyanı da gülələyiblər.
Oktyabr ayının 15-də internetdə yayılan iki videoda Hadrutda Azərbaycan xüsusi təyinatlıları tərəfindən əsir götürülən hərbi geyimli iki erməninin (mülki Benik Hakobyan, 73 yaşlı və hərbçi Yuri Adamyan, 25 yaşlı) gülələnməsi əks olunub.
Noyabr ayının 22-də və dekabr ayının 3-də internetdə yerləşdirilən videolarda azərbaycan hərbi geyimli kişilər bıçaqla erməni kişinin başını kəsirlər. Ondan sonra onlardan biri kəsilmiş başı ölü heyvanın üstünə qoyaraq deyir-“Biz belə qisas alırıq-başları kəsməklə”. Başı kəsilən şəxs 1980-ci illərin sonlarında Azərbaycanın Sumqayıt şəhərindən Artsaxa köçmüş Dağlıq Qarabağın Madataşen kəndinin sakini, 69 yaşlı Genadi Petrosyan idi.
Mülki şəxsin başının kəsilməsi ilə bağlı başqa bir video 2020-ci ilin dekabr ayının 3-də internetdə yayılıb. Hələk olan şəxs Dağlıq Qarabağın Hadrut rayonunun Azox kəndinin 82 yaşlı sakini Yuri Asryandır. Videoda Yuri Asryan “”Allah”ın adı ilə başının kəsilməməsini yalvarır, lakin azərbaycan hərbi geyimli hərbçi soyuqqanlı şəkildə başını kəsir, oradakı digər hərbçilər isə alqışlayırlar. Dağlıq Qarabağın Hadrut şəhərinin 44 yaşlı sakini Arsen Qaraxanyan 2020-ci ilin noyabr ayının 9-da imzalanan Üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son qoyduqdan sonra 2021-ci ilin yanvar ayında Azərbaycan əsirliyində olarkən öldürülüb. Ailəsi Arsenlə sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 9-da danışıb. 2021-ci ilin yanvar ayının 6-da internetdə yayımlanan videoda azərbaycanlı hərbçilərin Arseni “Qarabağ Azərbaycandır” deməyə məcbur edənə qədər onun haqqında heç bir məlumat yox idi. İkinci video 2021-ci ilin yanvar ayının 8-də yayımlanıb. Videoda Arsenin necə fiziki və psixoloji təzyiqə məruz qaldığı əks olunub. 2021-ci ilin yanvar ayının ikinci yarısında aparılan əməliyyat-axtarış tədbirləri zamanı Arsenin işgəncəyə məruz qalmış meyiti tapılıb. Mülki əhaliyə qarşı tətbiq olunan digər zorakılıq halları da qeydə alınıb: 84 yaşlı Mişa Melkumyan əsir düşərək işgəncələrə məruz qaldıqdan sonra ölüb. Əlil Mişa Movsisyan da öldürülüb, Karin Tak kandinin sakini 58 yaşlı Alvard Tovmasyan isə başından küt alətlə vurularaq öldürülüb.
Azərbaycan ordusunun qeyri-insani əməllərinin daha bir təzahürü 2022-ci ilin sentyabr ayının 13-də Azərbaycanın Ermənistan suveren ərazisinə təcavüzü nəticəsində Sev (qara) gölü ərazisində işğal edilmiş mövqedən əsir götürülmüş 8 (digər mənbəyə görə 9) silahsız erməni əsirinin azərbaycanlı hərbçiləri tərəfindən kütləvi şəkildə edam edilməsi.
Azərbaycan tərəfinin yaydığı yalanlarına rəğmən, guya bu barədə şahidlik edən internet videosu saxtadır, “BBC” və “Belingcat.com”un apardığı istintaq azərbaycanlı hərbçilərinin törətdiyi həmin hərbi cinayətin faktını təsdiqləyib.
Əsirlikdə olan erməni mülki şəxslər qeyri-insani rəftara məruz qalırlar. Azərbaycanlı hərbçilər təcridxanalarda onları rüsvay edirlər: hər dəfə kameranı açanda yaralılara ayağa qalxıb “Qarabağ Azərbaycandır” deməyi əmr edirlər. Əmrə tabe olmayanlar zorakılığa məruz qalırlar.
Yayılan videoların bir çoxu silinib və ya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən saxta və ya səhnələşdirilən şərhlərlə əvəz edilib. Bununla belə, onların həqiqiliyi zaruri sübut bazasının mövcudluğu ilə dəfələrlə təsdiq edilib.
Azərbaycan ordusunun hərbçilərinin mülki şəxslərə qarşı zorakılığına və beynəlxalq hüququn bu hallarını qınamasına baxmayaraq, heç bir azərbaycanlı hərbçi cəzalandırılmayıb və ya məsuliyyətə cəlb edilməyib. Əksinə, Azərbaycanda ermənilərə qarşı xüsusi zorakılıq göstərən şəxslərə dərin hörmət var və bu, prezident mükafatları ilə göstərilir.
Müharibə zamanı mülki əhalinin müdafiəsi Azərbaycanın 1993-cü ildə imzaladığı Dördüncü Cenevrə Konvensiyası ilə müəyyən edilir. Konvensiyaya görə, “hərbi əməliyyatlarda aktiv iştirak etməyən şəxslər, o cümlədən silahlarını təhvil vermiş silahlı qüvvələrinin hərbçiləri, habelə xəstəlik, yaralanma, həbs və ya digər səbəblərdən döyüş əməliyyatlarından kənarda qalanlar, hər şəraitdə irqindən, dərisinin rəngindən, dinindən və inancından, cinsindən, doğumundan, var-dövlətindən və ya digər oxşar meyarlardan asılı olmayaraq humanist rəftara layiqdirlər”.
Lakin Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərin həm müharibə, həm də sülh şəraitində öz nəzarətləri altına düşmüş hərbçilərə və sadə mülki əhaliyə qarşı davranışları dərin rasist kompleksin: “revanş və qisas” hissinin göstəricisidir.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, postsovet dövründə də, xüsusilə də 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ordusunun hərbçiləri öz humanist dəyərləri ilə seçilməyiblər. Hərbi əsirlərə qarşı azərbaycan ordusunun əsgərlərinin törətdiyi vəhşiliklər heç də təəccüblü deyil.
Beynəlxalq hüquq hərbi əsirlərə və müharibə zamanı mülki şəxslərə qarşı rəftarın qaydasını tənzimlədiyinə baxmayaraq, azərbaycanlı hərbçilərin nümayiş etdirdiyi etnik rasizm yalnız “adi” zorakılıq halları ilə məhdudlaşmayıb. Bunlar əsasən silahsız, əksəriyyəti yaşlı və qadın olan şəxslərə qarşı fiziki işgəncələr, alçaldılmalar, baş kəsmə, güllələmə, psixoloji təzyiqlər və zorakılığın digər üsulları ilə göstərilib.
Mövcud olan faktlar fonunda Azərbaycanda silahlı qüvvələrin hansı peşə bayramı qeyd olunur: insanlara işgəncə, yoxsa qeyri-insani rəftarın...?