2025

İslam Əməkdaşlıq Təşkilatının bəyannaməsində Ermənistanla bağlı qınanmalı müddəalar

2025-06-23

İyun ayının 21-22-də Türkiyənin İstanbul şəhərində ən böyük və nüfuzlu beynəlxalq müsəlman təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib və yekununda “İstanbul Bəyannaməsi” qəbul edilib. Yuxarıdakı, təşkilatın məqsəd, məsələlər və prinsiplərinə, habelə İƏT zirvə toplantısı və Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi bütün qətnamələrə sadiqliyini yenidən təsdiqləyir.

Bəyannamədə qəbul edilən müddəalarından ikisi Ermənistan-Azərbaycan münasibətlərinə aiddir. Xüsusilə, qətnamə ilə Ermənistanı “sülh sazişin imzalanmasına mane olan hüquqi və siyasi maneələri dəf etməyə” çağırılır. İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlər və İslam maliyyə institutları “azad edilmiş ərazilərin bərpa və minalardan təmizlənməsini” dəstəkləməyə çağırılır.

Orada, sözdə, “Qərbi Azərbaycan” icmasına da istinad edilib, “indiki Ermənistan ərazisindən məcburi deportasiya edilmiş azərbaycanlıların geri qayıtmaq hüququ” bir daha təsdiqlənib.

Təşkilat “Ermənistan ərazisində yerləşən İslam mədəni irsinin məhv edilməsini” pisləyərək, Azərbaycan ərazisində çoxsaylı müsəlman ziyarətgahlarının və məscidlərinin illərdir zibilxanaya və ya tövlələrə çevrildiyi reallığına məhəl qoymur.

O halda ki, Ermənistan Respublikasının ərazisindəki Yerevanın İran Göy məscidi nəinki qorunub saxlanılıb, həm də bərpa olunub və fəaliyyət göstərir. Üstəlik, Ermənistana səfər edən iranlılara dini-mədəni mərkəzə çevrilib.

İslamafobiyaya qarşı təzahürləri pisləyən və beynəlxalq təşkilatları buna qarşı təsirli tədbirlər görməyə çağıran üzv dövlətlər, o cümlədən Azərbaycan müsəlman ruhanilərin məhz Azərbaycanda təqib edildiyini, saxta ittihamlarla məhkum edildiyini, həbsxanalarda fiziki və cinsi zorakılığa məruz qaldığını unudurlar.

Qeyd edək ki, gələn il İslam Əməkdaşlıq Təşkilatının sammiti Azərbaycanda keçiriləcək.

“Geğard” fondu İslam Əməkdaşlığ Təşkilatının (İƏT) üzv dövlətlərin Ermənistanla bağlı Azərbaycan tərəfindən irəli sürülmüş və reallığı təhrif etməyə, öz aqressiv siyasətinə haqq qazandırmağa, regional sabitliyə xələl gətirməyə yönəlmiş birtərəfli bəyanatlarını və qəbul edilmiş bəyannamənin əsassız müddəalarını qətiyyətlə pisləyir.

Telegram kanalımıza abunə olun