2025

Talış əsilli İqbal Əbilovun məhkəmə hökmü-Azərbaycanda milli azlıqların hüquqlarının pozulmasının təzahürüdür

Azərbaycan Respublikasının Lənkərən şəhər Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 20 may tarixli hökmü ilə “Talış Milli Akademiyasının Xəbərləri” jurnalının baş redaktoru, milliyyətcə talış olan İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib. Yuxarıdakı Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və Azərbaycanda etnik ədavətin qızışdırılmasında: dövlətə xəyanətdə, xarici təşkilatların və ya onların nümayəndələrinin adından dövlətə qarşı ictimai çağırışlarda, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasında ittiham olunub.

Talış əsilli, azərbaycan vətəndaşı İqbal Əbilov kimdir?

Erkən uşaqlıqdan etibarən Belarusda yaşamış, yerli Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmiş, Belarus Dövlət Universitetində və Belarus Hüquq İnstitutunda dərs deyib. O həm də “Talışların hərtərəfli öyrənilməsinə həsr olunmuş ilk beynəlxalq elmi nəşr” hesab olunan “Talış Milli Akademiyasının Xəbərləri”nin baş redaktorudur.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti İ. Əbilovu 2024-cü il iyulun 22-də talışların yaşadığı Bala Kolatan kəndində həbs edib. Əvvəlcə İ.Əbilov Ermənistan təhlükəsizlik orqanları ilə işləməkdə ittiham olunub. Alim “Skype” vasitəsilə erməni mütəxəssislərlə guya “gizli danışıqlar və sövdələşmələr” apardığına hədəfə alınıb.

Həbs olunmazdan əvvəl İ.Əbilov 2024-cü il iyunun 22-də Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən dindirilib. İyun ayının 27-də Bakı hava limanında onun pasportu, telefonları götürülərək ölkədən çıxmasına qadağa qoyulub. 2024-cü ilin iyul ayının 22-də İ.Əbilov əşyaları qaytarmaq bahanə ilə yenidən Masallı rayonunun Dövlət Təhlükəsizlik Xidmətinin şöbəsinə çağırılıb. Lakin qohumlarını xəbərdarlıq etmədən Bakıya aparıblar. Azərbaycanın Ombudsmanı ilə əlaqə saxladıqdan sonra, öyrəniblər ki, İ.Əbilov Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə şübhəli bilinir.

2024-cü ilin iyul ayının 24-də Bakı məhkəməsinin qərarı ilə İ.Əbilov barəsində bütün istintaq dövründə qohumlarına baş çəkmək imkanı verilmədən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Vəkilə işə dair hər hansı sənədi paylaşması qadağan edilib. 2024-cü ilin iyul ayının 31-də qərardan verilən apellyasiya şikayəti təmin edilməyib, avqust ayının 7-də isə ailə üzvləri ilə görüşlərinə və telefon danışıqlarına qoyulan qadağanın aradan qaldırması ilə bağlı vəsatət də rədd edilib.

İ.Əbilov məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, qeyd edib ki, sırf elmi fəaliyyətlə məşğul olub, ona aid edilən heç bir cinayət torətməyib, əksinə, Azərbaycan, bütün Cənubi Qafqaz, İran və Türkiyə xalqlarının etnik mənşəyini, tarixi köklərini araşdırıb. İ.Əbilovun iddia etdiyinə görə, cinayət işin materiallarında cinayətin törədilməsini sübüt edəcək kifayət qədər sübut yoxdur, ittihamlar subyektiv fərziyyələr və şərhlərə əsaslanır.

Həbsxanadan məktub göndərərək, alim talış və azərbaycan dillərində müraciətlə çıxış edib. “Ürayim azaddır... Həmişə azad və gülərüzlü olun. Bilik və daxilli azadlıq hər bir qulaqdan daha güclüdür”. O, məktubunda bütün tərəfdarlarına və ədalət uğrunda mübarizə aparanlara təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan həbsxanalarında etnik mənsubiyyətinə və baxışlarına görə məhkum olunan tək o deyil.

İ.Əbilovun cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycandan kənarda da böyük səs-küyə səbəb olub. Vilnüsdə, Haaqada, Varşavada və Strasburqda ona dəstək olaraq etiraz aksiyaları keçirilib. Beynəlxalq hüquq müdafiə təşkilatları, Azərbaycanın Talış İctimai Şurası, Azərbaycan “Ədalət Naminə Həmrəylik Komitəsi” və Rusiyadakı talış təşkilatları yuxarıdakını dəstəkləyiblər. “Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda” ittifaqı İ.Əbilovu siyasi məhbus elan edib. O, AŞPA-da, Avropa Şurasında və ABŞ Konqresində də xatırlanıb.

İ.Əbilovun azadlığa buraxılması tələbi ilə müxtəlif ictimai proseslərə start verilib. Qohumların sözlərinə görə, o saxta ittihamlarla həbs edilib və təqibin əsl səbəbi müxtəlif milli azlıqlar, o cümlədən talış xalqı ilə bağlı araşdırmalarıdır. Vəkilin dediyinə görə, İ.Əbilovun erməni mütəxəssislərlə başqa türlü heç bir söhbəti, razılaşması və müzakirəsi olmayıb.

Fəalların sözlərinə görə, İ.Əbilovun cinayət təqibi talış xalqının hüquqları uğrunda mübarizəyə, bəlkə də Artsax münaqişəsində neytrallığı qoruduğuna və talış kişilərinin cəbhəyə göndərilməsinin əleyhinə çıxış etdiyinə görə qisasdır. Marqlıdır ki, vətənə xəyanət ittihamı Azərbaycanda milli azlıqların fəal nümayəndələrini təqib etməyə bir üsula çevrilib.

2025-ci ilin may ayının 23-də AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Roja İ.Əbilovun məhkəmə hökmünü pisləyib. Onun sözlərinə görə, ittihamların faktiki əsası onun erməni alimləri ilə peşəkar münasibəti ilə bağlıdır. Vurğulanıb ki, tarixçi və etnoqraf İ.Əbilov talışların tarixi və mədəniyyəti ilə bağlı tədqiqatlar aparıb. Roja Azərbaycan hakimiyyətini alimə qarşı irəli sürülən ittihamlara dərhal yenidən baxmağa və onu azad etməyə çağırıb.

İ.Əbilovun işi Azərbaycan hakimiyyətinin talışlara və digər milli azlıqlara qarşı dözümsüz münasibətinin və “siyasi ovunun” bariz nümunəsidir ki, bu, həm beynəlxalq təşkilatlar, ham də talış assosiasiyaları tərəfindən dəfələrlə səsləndirilib.

AzərbaycanTalış İctimai Şurasının (ATİŞ) 2021-ci il hesabatında qeyd olunub ki, “Talış xalqı Azərbaycan hökuməti tərəfindən xalq kimi tanınmır. Yuxarıdakı talışların de-fakto assimilyasiyası siyasəti aparır”. Şura Azərbaycan hökumətini talış dilini, talış xalqının kimliyini, öz dilində təhsil almaq hüququnu pozmaqda qınayıb.

İ.Əbilovun elmi rəhbəri Roza Turarbekovanın fikrincə, Bakının İqbala diqqət yetirməsi onun talış etnosuna olan marağı, onların irsinin qorunub saxlanmasına qayğısı, jurnal nəşr etdirilməsi, folklor toplanması, sovet və müstəqillik illərində talışlara qarşı repressiya faktlarının üzə çıxarılması, çöl antropoloji və etnoqrafik tədqiqatları ilə bağlıdır.

Ola bilsin ki, Bakının gənc jurnalistlərə, alimlərə, fəallara, hüquqşünaslara repressiyalar tədbiq edilməsi avtoritar rejimin güclənməsi tendesiyaları ilə bağlıdır. Azərbaycanlı hüquq müdafiəçilərinin məlumatlarına görə, 2025-ci ilin əvvəlində ölkədə 350-dən çox siyasi məhbus olub.

Dünyada yaşayan təxminən 1.5 milyon, Azərbaycanda isə rəsmi məlumatlara görə 112- minə yaxın, digər mənbələrə görə isə 400-600 mindən çox talışın hüquqları və mədəniyyəti məsələsi onilliklərlə Azərbaycan hakimiyyətinə həssas məsələ olub. Hələ 1993-cü ildə Azərbaycan Respublikasının cənubunda qısamüddətli yaşamı olan Talış-Muğan Muxtar Respublikası yaradılmışdır. Rəhbərlərinin həbsindən sonra, hərəkat söndü, lakin Bakı bu günə qədər talış fəallarına və mədəniyyət xadimlərinə “vətənə xəyanətdə” ittiham edərək onlara tədbiq edilən təzyiqlər etməkdə davam edir. 2020-ci ildə talış tarixçi və fəal Fəhrəddin Abbasov eyni ittihamla 16 il cəza çəkdikdən sonra həbsxanada vəfat edib. 2021-ci ildə talış blogger Aslan Qurbanov “milli ədavəti qızışdırmaq” ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ildə Azərbaycan hakimiyyəti talış yazıçısı Bəhruz Səmədovu və talış məktəbi dərsliklərinin yaradılması uğrunda mübarizə aparan fəal Mirhafiz Cəfərzadəni də dövlətə xəyanəti ttihamı ilə həbs edib.

Digər diqqətçəkən hal isə Azərbaycanın Milli Azlıqların Hüquqlarını Müdafiə Komitəsinin sədri, Yerevan və Şuşidə keçirilən konfranslarında iştirak etmiş tarixçi Zahirəddin İbrahimovun Rusiyanın Yekaterinburq şəhərindən itkin düşməsidir. 2025-ci ilin may ayının 26-da azərbaycan mənbələri 2000-ci illərin əvvəllərində ölkədən qovulmuş talış xadiminin Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qaçırılaraq Bakıya aparıldığı və Artsax rəhbərliyi ilə eyni kamerada saxlandığı barədə məlumat yayıb.

İlham Əliyevin beynəlxalq aləmdə verdiyi “Azərbaycan dözümlülük və dinc birgə yaşayışın qalasıdır” bəyanatına baxmayaraq, Azərbaycan hakimiyyəti faktiki olaraq Avropa Şurasının “Milli Azlıqların Müdafiəsi haqqında” Çərçivə Konvensiyasına da məhəl qoymayaraq talış xalqına qarşı məhdudiyyətlər və təzyiqlər etməkdə davam edir.

Telegram kanalımıza abunə olun