2025

Azyaşlıların cinsi istismarı Azərbaycanda gizlədilmiş problemdir

Azyaşlılara qarşı tədbiq olunan cinsi zorakılıq Azərbaycanda ciddi sosial problemdir. Bu fenomen barədə dəqiq məlumat tapmaq olduqca çətindir, çünki rəsmi statistika çox vaxt əlçatmaz və ya natamam olur. Bütün bunlara baxmayaraq, azərbaycanlı hüquq müdafiəçiləri və fəallardan başqa, məsələnin mövcud olduğu barədə həm də beynəlxalq təşkilatlar və hüquq müdafiə qrupları səsləndirərək hesabatlarla çıxış ediblər.

Bu yaxınlarda azərbaycanlı feminist fəal Gülnarə Mehdiyeva uşaq zorakılığı ilə bağlı yazı dərc etdi. “...Yasamalda Safsunun məhəllələrindən birində yaşayan bir qadının öz 14 yaşlı uşağını 2 ildir ki, (12 yaşından bəri) seks işçisi kimi satdığı deyilir. O, hər gün qızını olduqca açıq-saçıq geyindirərək, makyajlı halda küçəyə çıxarır. Uşağı imkanlı şəxslərə 500 manata satır”.Qeyd olunur ki, baş verən hadisə ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə və polisə məlumat verildiyinə baxmayaraq, aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməyib.

Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda azyaşlılar arasında abortların sayı kəskin şəkildə artıb. 2022-ci ildə Azərbaycanda abortların sayı ümumilikdə 57.999 olub. Onlardan 2080-i 15-19 yaş aralığında olub. 2023-cü ilin məlumatlarına görə, Azərbaycanda 15-19 yaş qrupları arasında 2596 abort qeydə alınıb, 68-i 15-17 yaş aralığında, 2528-i isə 18-19 yaş aralığında olub.

Beynəlxalq təşkilatlar da Azərbaycanda uşaqlara cinsi zorakılıq hallarının artdığını sənədləşdirir. ABŞ Əmək Departamenti (USDOL) tərəfindən dərc edilmiş “Uşaq əməyinin ən pis formaları ilə bağlı 2021-ci ilin nəticələri” hesabatında qeyd olunur ki, məcburi dilənçilik və uşaqların kommersiya məqsədli cinsi istismarı Azərbaycanda ciddi problem olaraq qalmağa davam edir.

Hələ 2013-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi bəyan edbdi ki, həmin ilin ilk 5 ay ərzində məhkəmələrdə uşaqlara qarşı törədilən cinayətlərlə bağlı 500 işə baxılıb, onlarsdan 57-si yetkinlik yaşına çatmayanların zorlanması ilə bağlı olub. Cinayətlərin ümumi sayının 29 %-ni cinsi azadlıq və ya toxunulmazlığa qarşı cinayətlər, cinsi zorakılıq halları isə 11%-ni təşkil edib, bunun da 4%-i uşaqlara qarşı törədiləndir. Buradan belə nəticəyə gəlmək olar ki, məsələ bu ölkə üçün həmişə aktual olub.

İllər əvvəl azərbaycan xəbər saytlarından biri “Azərbaycanda cinsi istrismar olunan 4 uşaqda sifilis aşkarlanıb” adlı məqalə dərc edib. Söz Bakının küçələrindən tapılan 8, 9, 10 və 11 yaşı olan uşaqlardan gedir, onlar uzun müddət küçə həyatı yaşayıblar, müxtəlif yerlərdəki tərk edilmiş və xaraba tikililərdə gecələyiblər. Həmin uşaqlar təkcə döyülmələrə deyil, həm də fiziki və cinsi zorakılığa məruz qalıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin uşaqları onladan yaşca böyük olan avara yeniyetmə gündüzlər dilənməyə, gecələr isə kimlərləsə cinsi istismara məruz qoyurmuş. Azyaşlılar aşkarlandıqdan sonra “Ümid yeri” uşaq sığınacağına aparılıb.

Başqa bir səs-küylü azyaşlının zorlanması hadisəsi Azərbaycanın cənubundakı Lerik rayonunda baş verib. 14 yaşlı məktəbli qız yerli məmurun qohumu tərəfindən zorlanıb. Təcavüzün bütün prosesi videoya çəkilmişdi. Dərc olunmuş materiala görə, 7-ci sinif şagirdi olan yetkinlik yaşına çatmayan qız hamilə idi. Hadisəni törətdiyi iddia edilən şəxsin məmurla əlaqəsi olduğuna hadisə böyük səs-küyə səbəb olub.

Gülnarə Mehdiyeva baş verən başqa hadisələri də səsləndirir. Fəal yazır. “2019-cu ildə bir qız televiziyaya çıxış edərək, dedi ki, 15 yaşında anası onu müdirinə göndərib. Hadisənin böyük səs-küyə səbəb olduğuna baxmayaraq, heç bir aidiyyatı quqrumdan ciddi reaksiya verilməyib, hər hansı bir tədbir görülməsi barədə ictimaiyyətə məlumat verilməyib”. Başqa bir halda isə ana qızlarını kişilərə intim xarakterli fotolar göndərməyə təşviq edib.

Buna oxşar faktlar çoxdur, lakin əsasən baş verənləri azyaşlıların valideynlərinin özləri “ört-basdır edir”, bir çox hallarda bunu azyaşlıya qarşı cinsi zorakılıq kimi yox, “erkən nikah” kimi təqdim edirlər, baxmayaraq ki, Azərbaycanda nikah yaşı 18 yaş olaraq müəyyən edilir. Bu yaxınlarda Naxçıvanın Şahbuz rayonunda azyaşlının qaçırılması və erkən nikaha məcbur edilməsi faktı qeydə alınıb.

Azərbaycanlı vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, Azərbaycan qanunvericiliyində uşaqların cinsi istismarı və seks işçiliyinə cəlb edilməsi ilə bağlı ciddi hüquqi boşluqlar mövcuddur. Bəzi ölkələrdə bu cür cinayətlərə görə ömürlük həbs nəzərdə tutulduğu halda, Azərbaycanda maksimum cəza 3-10 il arasında dəyişir. İcra mexanizmləri səviyyəsində də ciddi boşluqlar var. Uşaqların təhlükəsiz dindirilməsi, tibbi ekspertizası, istintaq metodları və müstəntiqlərin ixtisaslaşması ilə bağlı tənzimləmələr ya yoxdur, ya da qeyri-müəyyəndir. Sadıqovanın sözlərinə görə, cinayət-hüquqi alətlərin və dəqiq prosedurların olmaması uşaqların cinsi istismarı halları ilə effektiv mübarizə aparmağı çətinləşdirir, çünki cinsi istismarla bağlı sistematik hüquqi müdafiə tədbirləri formalaşdırılmamışdır.

Azərbaycanın Cinayət Məcəlləsi cinsi zorakılığa, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərə görə məsuliyyət nəzərdə tutur. Belə cinayətlərə aid olan maddələrə aşağıda qeyd edilənlər daxildir: təcavüz (Maddə 138), seksual xarakterli zorakı hərəkətlər (Maddə 139), seksual xarakterli hərəkətlərə məcbur etmə (Maddə 140), on altı yaşına çatmamış şəxslə seksual xarakterli hərəkətlər etmə (Maddə 141) və əxlaqsız hərəkətlər (Maddə 142).

Uşaqların cinsi istismardan qorunması beynəlxalq hüquqla tənzimlənir. Bu sahənin əsas sənədlərə BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989), onun Uşaq alveri,uçaq fahişəliyinin və Uşaq Pornoqrafiyasına dair Fakultativ Protokolu (2000) və Avropa Şurasının Lanzarote Konvensiyası (Azərbaycanın 2019-cu ildə qoşulduğu) daxildir. Bu sənədlər profilaktik, qoruyucu, müdaxiləedici, cəzalandırıcı və istintaq tədbirləri nəzərdə tutur.

Beynəlxalq tələblərə görə, dövlətlər ixtisaslaşdırılmış müəssisələr, uşaqların monitorinqi sistemləri yaratmalı, təhsildən yayınma hallarının qarşısını almalı, eləcə də maarifləndirmə təsdbirləri həyats keçirməli və hakimiyyətin yerli orqanları ilə əməkdaşlıq etməlidir. Qurbanlara daimi aktiv hüquqi müdafiə sistemləri, qaynar xəttlər və sosial yardım mexanizmləri yaradılmalıdır. Lakin Azərbaycanda bu məsələlərlə bağlı mənzərə tam əksinədir: cinsi zorakılıqla bağlı statistikanın mövcud olmaması, azyaşlı qurbanın səssizliyi və qorxusu, aidiyyatı qurumların fəaliyyətsizliyi, bir çox hallarda həm də “gəlir mənbəyi”, “erkən nikahla” zorakılığın ört-basdır olunması.

Telegram kanalımıza abunə olun