2025

İbtidai insan Azərbaycan üçün anti-erməni təbliğat vasitəsi

Fotoşəkil: Azox (Azıx) mağarasının girişi

Qarabağda bir sıra istiqamətlərdə arxeoloji tədqiqatlar aparılacaq, o cümlədən “Xocalı Tunc dövrü”, “Azıx-Tağlar paleolit abidələri”, “Albaniyanın maddi-mədəni irsinin öyrənilməsi” və s. Bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev qeyd edib. Onun sözlərinə görə, tezliklə “azad edilmiş torpaqlarda” beynəlxalq arxeoloji ekspedisiyalar işə başlayacaqlar.

Arxeoloji işlərin bu istiqamətlərinin vurğulanması Azərbaycanın tarixi yenidən yazmaq və yeni bir keçmiş yaratmaq siyasətinin əksidir ki, onun kökləri də hələ sovet dövrünə-1930-cu illərə gedib çıxır. Aydındır ki, “Albaniyanın maddi-mədəni irsinin öyrənilməsi” Artsaxda erməni mədəni irsinin alban-udi kimi təqdim edilməsi və mənimsənilməsi siyasətinə xidmət edəcək. Yəni, Artsaxın bütün xristian irsini alban, deməli Azərbaycan olduğunu “elmi cəhətdən” təqdim etmək.

Azərbaycan “tarixşünaslığı” heç vaxt sadəcə Albaniya və ya Atropatena ilə irsi aləqə uydurmaqla kifayətlənməyib və daha da irəli gedərək, ibtidai insanı da “mənimsəməyə və azərbaycanlaşdırmağa” çalışır.

Artsaxda yerləşən arxeoloji əhəmiyyətli Azox (Azox) mağarasında 1960-1970-ci illərdə aparılan qazıntılar zamanı ibtidai insanın çənə sümüyü aşkar edilib. Azərbaycan tarixşünaslığının bəzi nümayəndələrinin sözlərinə görə, həmin çənə ilk azərbaycanlıya aiddir.

AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürovun sözlərinə görə, Azərbaycanın əlverişli təbii-coğrafi mühiti onu dünyanın ilk məskunlaşan yerlərindən birinə çevirib. Son araşdırmalara görə, Homo habilis (“bacarıqlı insan”) burada 2-2.5 milyon il əvvəl məskunlaşıb, Azərbaycanın tarixi belə başlayır”.

2021-ci ilin mart ayında İlham Əliyev ailsəsi ilə birlikdə Azıx mağarasına səfər edibdi, yuxarıdakının girişində bəyan edibdi. “Bu, dünyanın ən qədim insan məskanlarından biridir və Azərbaycan tarixinə aiddir”. Daaha sonra o, “qanunsuz qazıntılar” aparmaqda erməni və xarici arxeoloqları ittiham edərək bəyan etmişdi ki, “ermənilər tarixi irsimizə zərər veriblər” və bundan sonra “yalnız azərbaycanlı alimlər və onların dəvət etdiyi xarici tərəfdaşlar burada araşdırmalar aparacaqlar”.

Azərbaycan tarixşünaslığının saxta zehni məşqlərindən fərqli olaraq, 2023-cü ilin sentyabr ayında nüfuzlu Central Asian Survey elmi jurnalında Potsdam və Heidelberg universitetinin (Almaniya) tədqiqatçısı Uri Rozenberqin. “İbtidai insan azərbaycanlı millətçi olub? ibtidai tarixin səfərbər olunması və millət quruculuğu Azərbaycanda” adlı məqaləsi dərc edilib.

Bakı yaxınlığındakı Qobustan muzeyində aparılmış sahə işlərinin nəticəsində yazılmış məqalənin əvvəlində Rozenberq qeyd edir ki, “millət quruculuğuna dair çoxsaylı layihələr tarixin dərinlərinə gedir, onu yenidən qurur, qədim sivilizasiyalara iddialar irəli sürür, hətta mövcud olmayan tarixlər uydurur, lakin Qobustan muzeyi və onunla bağlı tarix hər türlü məntiq sərhədlərini aşır”.

Qobustan muzeyinin yaxınlğında yerləşən arxeoloji qazıntı yerində 17 mindən çox il yaşı olan mağara qaya rəsmləri və oyma yazılar aşkar edilib. Müəllifi təəccübləndirib o ki, 17 min il əvvəl mağarada oyma edən adam niyə Azərbaycanda azərbaycanlı hesab edilir. Məqalənin əvvəlində alim qeyd edir ki, azərbaycanlılara tarixin yaradılması hələ də sovet dövründən başlayıb və məsələyə dövlət quruculuğu fenomeni çərçivəsində baxır. Rozenberqin sözlərinə görə, Azərbaycanda Qobustan mağara sakinini azərbaycanlı hesab edirlər-bu da Qarabağ münaqişəsi və ermənilərdən daha qədim olduqlarını göstərmək istəyi ilə əlaqədardır.

Məqalə müəllifi qeyd edir. “azərbaycanlılar Qobustan arxeoloji tapıntılarından bölgədə yerli olduqlarını sübut etmək və həmin ərazilərin, o cümlədən Dağlıq Qarabağın yerli sakinləri olduqlarını, ermənilərin oraya daha sonra gəldiyini iddia etməyə istifadə edirlər”.

Müəllif vurğulayır ki, Qobustan muzeyinin əməkdaşlarının və ziyarətçilərinin sözlərinə görə, həmin ərazidə yaşamış ibtidai insanlar azərbaycanlıların əcdadları olub, bəziləri isə hətta ibtidai insanları azərbaycanlı adlandırırlar. Bu iddia həm də azərbaycanlı tədqiqatçıları və tarixçiləri arasında geniş yayılmışdır. Yuxarıdakılar ibtidai insanın azərbaycanlı olduğunu qeyd etməkdən çəkinmirlər. Rozenberq yazır ki, azərbaycanlıların sözlərinə görə, əgər ibtidai insanın qalıqları Azərbaycan ərazisində tapılıbsa, bu, artıq onun azərbaycanlılarla əlaqəsi üçün kifayət bir sübutdur.

Tədqiqatçı hesab edir ki, Qobustan muzeyi siyasi məqsədə xidmət edir: ermənilərin haqsız olduğunu və ərazinin ilk sakinləri azərbaycanlılar olduğunu sübut etməyə.

Beləliklə, Artsaxın Hadrut rayonunun Azox və Mets Tağer kəndlərinin ərazisindəki mağara kompleksləri Azərbaycanda mühüm təbliğat rolu oynayır.

Son illər ərzində Azərbaycan hökuməti əcnəbi səyahətçilər, turistlər, jurnalistlər və başqaları üçün mütəmadi turlar təşkil edir, dayanacaqlardan biri kimi Azox mağarasını seçir. Orada onlara “Azərbaycan ərazisində qədim insan məskanı” və “ermənilər tərəfindən aparılmış qanunsuz qazıntılar” barədə danışılır.

Əgər azərbaycanlı “arxeoloq” Fərhad Quliyev deyir ki, guya “arxeoloji abidələrinin xəritəsi Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin Daş dövrünə qədər uzandığını sübut edir”, o zaman təəccüblənmirik ki, bir gün azərbaycanlı “mütəxəssislər” belə bir bəyanatla çıxış etsinlər: guya ibtidai insanlar azərbaycanca danışıblar və mağara divarlarına Əliyevləri tərifləyən təsvirlər həkk ediblər.

Telegram kanalımıza abunə olun