2025

Əliyev azərbaycanlıları Artsaxın işğal olunmuş ərazilərində yaşamağa “sövq edir”

2023-cü ilin sentyabr ayının 19-20-də Azərbaycanın Artsaxa hərbi təcavüzü nəticəsində 115 mindən çox Artsax ermənisi öz doğma yurdlarından məcburi deportasiya edilib.

Hələ də 2020-ci ildən etibarən Azərbaycanın başladığı erməni mədəni soyqırımı Artsax ermənilərinin evlərinin sökülməsi və dağıdılması ilə azərbaycanlılara yaşayış evlərinin tikilməsi prosesi ilə müşayiət olundu. Aknada (Ağdam) Kəngərli kəndinin salınması bunun növbəti təzahürüdür. 2500 nəfər əhalisi olduğu hesablanan kəndin tikintisi tamamilə Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Kəndin məskunlaşmasına stimul olaraq sərnişinlərin sürətli və pulsuz hərəkətini təmin etmək üçün Partav-Akna-Stepanakert (Bərdə-Ağdam-Xankəndi) dəmir yolunun istismarı nəzərdə tutulur.

Əgər Azərbaycan öz təcavüzünə haqq qazandırmaq üçün bir vaxtlar Artsaxın “azərbaycanlı əhalisi”nin mövcudluğu faktını qeyd edirdi və “böyük qayıdışı”barədə bəyan edirdi, onda sual yaranır: niyə “cazibədar” kəndin inşası, oraya insanları yaşamağa dəvət etməsi və müxtəlif sosial proqramlar təklif etməsi bu qədər vacib? Öz torpaqlarına bağlı, lakin bu gün zorla didərgin salınmış Artsax ermənilərinin zamanda etdikləri kimi, guya qayıdıb öz əlləri ilə ev tikməyə hazır olan “Artsaxın azərbaycanlı sakini” haradadır?

Bu onu göstərir ki, burada yaşamış və bu torpağa bağlı azərbaycanlı olmayıb, yəni baş verənlər süni və yönəldilmiş prosesdir. Əsas məqsəd Naxçıvanda və Şimali Artsaxda baş verdiyi kimi erməni Artsaxını azərbaycanlılarla məskunlaşdırılmasıdır.

Telegram kanalımıza abunə olun