2025
2025-ci ilin may ayının 15-də Azərbaycanın İordaniyadakı səfirliyi və sözdə “Qərbi Azərbaycan icmas”nın birgə təşkilatçılığı ilə İordaniyanın paytaxtı Əmman şəhərində “Qərbi Azərbaycanın Mədəni İrsinin İzi ilə” mövzusunda konfrans keçirilib. Tədbir çərçivəsində, daha sonra Azərbaycan səjfirliyində “Qərbi Azərbaycan mədəniyyəti” sərgisi də açılıb, həmin sərgidə xalçalar, geyimlər, silah və zirehlər, həmçinin guya Yerevanda zərb edildiyi iddia edilən Səfəvilər dövrünə aid 5 sikkə nümayiş etdirilib.
Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov açılış sözündə qeyd edib ki, konfrans bütöv bir “xalqın” hüquqlarının, mədəniyyətinin və mənəvi irsinin bərpasına yönəlmiş birgə səyləri təcəssüm etdirir. Onun sözlərinə görə, tədbir çərçivəsində nəzərdə tutulan çıxışlar, müzakirələr və təklif edilən təşəbbüslər güya “qərbi azərbaycanlılar”ın mədəni irsinin, tarixi abidələrinin, folklorunun, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına və yayılmasına töhfə verəcək.
“Yaxın Şərqdə Sülh Mədəniyyəti Birliyi”nin rəhbəri olan İordaniya Baş nazirinin müavini Məhəmməd Əl-Malkavi iki “dost və qardaş” xalq arasında mövcud olan mədəni bağlılığı və ortaq dəyərləri yüksək qiymətləndirib. O, 2023-cü ilin dekabr ayında Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” adlı konfransında iştirakının əhmiyyətini qeyd edərək “azərbaycanlıların geri qayıtmaq hüququnu” vacib hesab etmişdir.
Ciddi narahatlıq doğurur ki, İordaniyanın yüksək vəzifəli şəxsi və müvafiq qurumları təşkil olunmuş konfransın və tədbirlərin uydurma təbliğat mifinə-“Qərbi Azərbaycana” həsr olunmasına və həmişə ərəb xalqına dost münasibət bəsləyən erməni xalqının ərazi və tarixi-mədəni irsinin mənimsənilməsinə xidmət etməsinə diqqət yetirməyiblər.
“Geğard” elmi-analitik fondu Azərbaycan tərəfindən qondarma “Qərbi Azərbaycan” anlayışının beynəlmiləlləşdirilməsinə yönəlmiş buna oxşar tədbir və sərgilərin təşkilini qəti şəkildə pisləyir. Azərbaycanın bu hərəkətləri Bakının regional sabitliyi pozmaq və tarixi reallığı təhrif etmək üzrə ardıcıl strategiyasının sübutudur. Müxtəlif ölkələrdə əsassız “Qərbi Azərbaycan” ifadəsindən istifadə edərək belə tədbirlərin təşkili tarixi faktları təhrif etmək və regionda gərginliyi saxlamaq məqsədi daşıyır.